Azərbaycanda eticarət bazarının bu il 2 milyard dollara çatacağı gözlənilir
По материалам сайта Day.az, передает Icma.az.
Vizyonumuz bütün satıcılarımızı elektron ixracatçıya çevirməkdir.
Day.Az xəbər verir ki, bunu "Trendyol Group"un beynəlxalq genişlənmə şöbəsinin rəhbəri İrem Çağrı Yılandil Bakıda keçirilən "Turan E-Ticarət və İxracat Forumu"nda bildirib.
O qeyd edib ki, Azərbaycanın güclü iqtisadi əsasları, canlı ticarət mühiti və dinamik inkişafı var. Buradakı e-ticarət bazarının bu il 2 milyard dollara çatacağı və 2030-cu ilə qədər hər il 13% artacağı gözlənilir.
"Biz investisiya qoymaq, təcrübəmizi bölüşmək, müştərilərimiz və biznes tərəfdaşlarımızla böyümək üçün Azərbaycandayıq.
Birlikdə e-ticarətin gələcəyini formalaşdırmaq və hər kəs üçün qalıcı imkanlar yaratmaq gücümüz olduğuna inanırıq", - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə "Founder Club" və Azərbaycan Françayzinq Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin tanıdılmasına həsr olunmuş Turan E-Ticarət və İxracat Forumu keçirilir.

