Icma.az
close
up
AZ
Azərbaycanda rəqəmsal inkişaf prosesinin idarə olunması bu struktura əsasən həyata keçiriləcək

Azərbaycanda rəqəmsal inkişaf prosesinin idarə olunması bu struktura əsasən həyata keçiriləcək

Rəqəmsal inkişaf dövründə proseslərin ciddi şəkildə dəyişdirilməsi üçün inkişaf layihələrinin həyata keçirilməsi, baza infrastrukturunun tənzimlənməsi və inkişafı, habelə ənənəvi dövlət idarəetmə mexanizmlərinin rəqəmsal sistemlərlə tədricən əvəzlənməsi üçün effektiv idarəetmə strukturu tələb olunur.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası"nda əksini tapıb.

Belə ki, dövlət qurumlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə monitorinqlər aparılacaq, xidmətlər üzrə rəqəmsal idarəetmə çərçivəsi və təşkilati struktur təşkil ediləcək, rəqəmsal gündəliyin idarə edilməsi və rəqəmsal xidmətlər üzrə layihə və təşəbbüslərin əlaqələndirilməsi üçün qurumlarda rəqəmsal inkişaf sahəsinə məsul şəxslər müəyyənləşdiriləcək, dövlət qurumlarında məsul şəxslərin hüquq və vəzifələri müəyyən olunacaqdır

"Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, həmin informasiya ehtiyatlarının və sistemlərinin, habelə "Elektron Hökumət İnformasiya Sisteminin" (EHİS) və altsistemlərinin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsasları müəyyənləşdiriləcəkdir.

Azərbaycanda rəqəmsal inkişaf prosesinin idarə olunması aşağıdakı təşkilati struktura əsasən həyata keçiriləcək.

seeПросмотров:106
embedИсточник:https://news.day.az
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас
newsПоследние новости
Самые свежие и актуальные события дня