Azərbaycanın diaspor təcrübəsi yüksək qiymətləndirilib FOTO
По информации сайта Day.az, передает Icma.az.
Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin 7-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib.
Bu barədə Day.Az-a Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Komitə sədri Fuad Muradov Qazaxıstan Respublikasının "Otandastar Fondu"nun prezidenti Daniyar Kadyrov və Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdə Yaşayan Həmvətənlərlə İş üzrə Komitəsinin sədri Kahraman Sarievlə görüşüb.
Görüşlərdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafından danışılıb, diasporlarımızın ortaq fəaliyyət imkanları müzakirə edilib.
Özbəkistan və Qazaxıstan tərəfi Azərbaycanın diaspor təcrübəsini yüksək qiymətləndirdiklərini və bu təcrübədən faydalanmağın zəruriliyini diqqətə çatdırıblar.
Əməkdaşlıq sahəsində dinamiklik müsbət dəyərləndirilib, Azərbaycan, özbək və qazax diasporlarının görüşlərinin təşkili ilə bağlı razılığa gəlinib.
Другие новости на эту тему:
Просмотров:21
Эта новость заархивирована с источника 06 Декабря 2025 16:18 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















