Icma.az
close
up
AZ
Menu

Мбаппе не сыграет против сборной Азербайджана

Аномалии A1 и A2: что скрывает пирамида последнего фараона IV династии

Язык как последняя линия обороны смыслов АНАЛИЗ от Baku Network

Северная Корея резко сократила поставки боеприпасов в Россию

Украина заявила об уничтожении четырех установок ЗРК С 400 в Новороссийске

Сирийское министерство обороны: по Дамаску был нанесён ракетный удар

СБУ уничтожила в Новороссийске пусковые установки С 400 Minval Politika

Взрыв, ракетный удар, перестрелка: в центре Дамаска ранены двое

Украина готовится к вечной войне

WhatsApp прекращает работу на ряде смартфонов СПИСОК

Вашингтон сделал исключение для словаков

Агаев зафиксировал победу Хорватии

Россия атаковала дронами рынок в Украине: есть погибшие Minval Politika

Момент внезапного наводнения в тунелле в Китае попал на ВИДЕО есть жертвы

США разрешили операции с Лукойлом и Роснефтью для проекта в Казахстане Minval Politika

В Гусарском районе река приблизилась к домам на опасное расстояние

Министр поспорил с вице премьером из за Украины

Рустам Ахмедзаде: Чуть чуть не хватило, где то не повезло

Коррупционный скандал в Украине: НАБУ обнаружило $100 млн хищений

Звонки с номеров "9990" и "7770" МВД провело проверку

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri yüksələn xətlə inkişaf edir Xanlar Fətiyev

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri yüksələn xətlə inkişaf edir Xanlar Fətiyev

Icma.az сообщает, что по информации сайта Day.az.

Müəllif: Xanlar Fətiyev, Milli Məclisin deputatı

Azərbaycanın xarici siyasətində və beynəlxalq iqtisadi əlaqələrində Mərkəzi Asiya dövlətləri ilə münasibətlər prioritet istiqamətlərdən birini təşkil edir. Təsadüfi deyil ki, bu coğrafiyada yerləşən dövlətlərlə Azərbaycanın əlaqələri strateji məzmun daşıyır. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində yer alan fikirlər də göstərir ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasındakı əməkdaşlıq strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ruhunda inkişaf edir.

Respublikamızla Mərkəzi Asiya ölkələri arasındakı əlaqələrin səviyyəsini dövlət başçılarının qarşılıqlı səfərlərindən də görmək mümkündür. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları respublikamıza təxminən 30 səfər ediblər. Prezident İlham Əliyev isə bu müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olub.

Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələrinin yüksək səviyyəsini göstərən başqa bir məqam isə Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə dəvət edilməsidir. Bu görüşlərin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Məqsəd Mərkəzi Asiya ölkələrinin inkişafına xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlığın, regional və beynəlxalq iqtisadi inteqrasiyanın gücləndirilməsidir.

Məşvərət görüşlərinə Prezident İlham Əliyevin dəvət edilməsi dövlətimizin başçısına olan yüksək ehtiramın, Azərbaycanın dünyada və regiondakı nüfuzunun, regional və beynəlxalq iqtisadi inteqrasiya məsələlərində artan rolunun göstəricisidir. Prezident İlham Əliyev indiyə kimi 2023-cü ildə Düşənbədə, 2024-cü ildə Astanada keçirilən görüşlərdə iştirak edib. Bu görüşlərin hər biri Mərkəzi Asiya dövlətlərinin qarşısında dayanan qlobal çağırışların realizə edilməsi ilə yanaşı, onların Azərbaycanla ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığını genişləndirib. Azərbaycanın coğrafi mövqeyi, malik olduğu tranzit və logistik imkanlar Mərkəzi Asiya dövlətlərinin xarici ticarət əlaqələrinin genişləndirilməsi, onların qlobal çağırışlara vaxtında cavab verə bilmələri üçün olduqca əlverişlidir. Yaxın vaxtda Zəngəzur dəhlizinin işə düşməsi bu sahədə olan imkanları daha da artıracaq.

Bu günlərdə isə Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşündə iştirak etmək üçün qardaş ölkədə səfərdədir. Cənab Prezidentin UzA agentliyinə müsahibəsində qeyd etdiyi kimi Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq.

Dövlət başçımız müsahibəsində Azərbaycan-Özbəkistan münasibətləri barədə də ətraflı danışıb. Qeyd edək ki, Azərbaycana dost dövlətlər arasında Özbəkistanın xüsusi yeri var. Çünki Özbəkistan Azərbaycanın həm də ən yaxın strateji tərəfdaşlarından biri və müttəfiqidir. Prezident İlham Əliyevin vurğuladığı kimi bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir:

"Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir".

Əlaqələrin inkişafına mühüm təsir edən əsas amillərdən biri isə iki dövlətin prezidentləri arasındakı dostluq, qardaşlıq və şəxsi etimaddır. Dövlət başçılarının qarşılıqlı səfərləri də onların arasındakı dostluğun göstəricisidir. Bu səfərlərin hər biri Azərbaycan-Özbəkistan əlaqələrinin daha da inkişafına təkan verib, münasibətlərin strateji məzmununu gücləndirib.

Xüsusən Prezident İlham Əliyevin ötən il Özbəkistana, Şavkat Mirziyoyevin isə bu il Azərbaycana dövlət səfərləri ikitərəfli əlaqələri tamamilə yeni səviyyəyə yüksəldib. Belə ki, bu səfərlər zamanı Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün "Yol Xəritəsi" və digər sənədlər imzalanıb.

Cənab İlham Əliyev bu barədə danışarkən qeyd edib ki, bu səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib.

Özbəkistan dostluq və qardaşlıq münasibətlərindən irəli gələrək hər zaman Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyib. Bu baxımdan torpaqlarımızın işğaldan azad edilməsi Özbəkistanda da sevinclə qarşılanır. Təsadüfi deyil ki, Özbəkistan Qarabağın yenidən qurulmasında Azərbaycana yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkədir. Müsahibəsində bu barədə danışan Prezident İlham Əliyev Füzuli şəhərində böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisinə görə bir daha minnətdarlığını ifadə etdi və bildirdi ki, biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq, qardaşlıq jesti kimi qəbul edəcəyik. Məktəbin inşası ilə yanaşı Xankəndi şəhərində tikiş fabrikinin yaradılması da iki ölkənin dostluğunun və qardaşlığının təcəssümüdür.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi rəqəmlər isə iki dövlət arasındakı iqtisadi-ticari dövriyyənin artan dinamikasını nümayiş etdiyini göstərir. Belə ki, əmtəə dövriyyəsi 2024-cü ildə 252 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında isə bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb. İki ölkə arasında tranzit daşımalarının həcmində də artım var. Ötən il 2023-cü illə müqayisədə tranzit daşımaları 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm artıq bir milyon tona çatıb. Bu da ondan xəbər ki, iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı mövcud potensialdan səmərəli istifadə edilir.

Azərbaycanla Özbəkistan uzun illərdir ki, enerji sferasında da fəal əməkdaşlıq həyata keçirirlər. Son dövrlərdə enerji sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlın sənədlərin imzalanması isə bu sahədə əməkdaşlığının daha da gücləndirilməsi üçün yeni perspektivlər açır.

Prezident İlham Əliyevin UzA agentliyinə müsahibəsi göstərdi ki, Azərbaycan-Özbəkistan münasibətləri bütün müstəvilərdə yüksələn xətlə inkişaf edir. Bu münasibətlərin əsasında isə iki dövlətin qardaşlığı, strateji tərəfdaşlığı və prezidentlərin dostluğu dayanır.

Продолжайте следить за ситуацией на Icma.az, где мы всегда предоставляем свежие новости.
seeПросмотров:87
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 16 Ноября 2025 10:06
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Мбаппе не сыграет против сборной Азербайджана

14 Ноября 2025 16:46see326

Аномалии A1 и A2: что скрывает пирамида последнего фараона IV династии

14 Ноября 2025 19:53see316

Язык как последняя линия обороны смыслов АНАЛИЗ от Baku Network

14 Ноября 2025 19:37see301

Северная Корея резко сократила поставки боеприпасов в Россию

15 Ноября 2025 21:01see207

Украина заявила об уничтожении четырех установок ЗРК С 400 в Новороссийске

15 Ноября 2025 21:12see205

Сирийское министерство обороны: по Дамаску был нанесён ракетный удар

15 Ноября 2025 03:30see171

СБУ уничтожила в Новороссийске пусковые установки С 400 Minval Politika

15 Ноября 2025 19:20see169

Взрыв, ракетный удар, перестрелка: в центре Дамаска ранены двое

15 Ноября 2025 02:05see166

Украина готовится к вечной войне

14 Ноября 2025 12:06see165

WhatsApp прекращает работу на ряде смартфонов СПИСОК

15 Ноября 2025 09:53see163

Вашингтон сделал исключение для словаков

14 Ноября 2025 20:27see162

Агаев зафиксировал победу Хорватии

15 Ноября 2025 10:33see154

Россия атаковала дронами рынок в Украине: есть погибшие Minval Politika

14 Ноября 2025 13:55see153

Момент внезапного наводнения в тунелле в Китае попал на ВИДЕО есть жертвы

14 Ноября 2025 12:03see152

США разрешили операции с Лукойлом и Роснефтью для проекта в Казахстане Minval Politika

15 Ноября 2025 00:50see138

В Гусарском районе река приблизилась к домам на опасное расстояние

15 Ноября 2025 21:10see135

Министр поспорил с вице премьером из за Украины

15 Ноября 2025 13:27see133

Рустам Ахмедзаде: Чуть чуть не хватило, где то не повезло

14 Ноября 2025 14:48see127

Коррупционный скандал в Украине: НАБУ обнаружило $100 млн хищений

14 Ноября 2025 14:54see122

Звонки с номеров "9990" и "7770" МВД провело проверку

14 Ноября 2025 19:24see122
newsПоследние новости
Самые свежие и актуальные события дня