Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələr dinamik inkişaf edir Deputat
По материалам сайта Day.az, передает Icma.az.
Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirakı Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək.
Day.Az bildirir ki, bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələrini təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir:
"Prezident İlham Əliyevin Daşkənddə keçirilən Məşvərət görüşündə iştirakı eyni zamanda Mərkəzi Asiya, həm Özbəkistanla strateji münasibətlərin inkişafına mühüm töhf vermis olacaq. Azərbaycan hər zaman ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirib. Bu xüsusda Özbəkistanla əlaqələrin inkişafına mühüm diqqət yetirir. Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsində iki qardaş ölkə arasında münasibətlərin inkişafına və gələcək perspektivlərinə toxunaraq bildirdi ki, ölkələrimizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir".
Deputat qeyd edib ki, Azərbaycan və Özbəkistan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərin inkişafına böyük təkan verib:
"Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixi-mədəni bağlılıqlardan qaynaqlanaraq bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında əlaqələr yalnız diplomatik münasibətlərin qurulması ilə məhdudlaşmır, iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələr, ticarət dövriyyəsinin genişləndirilməsi, nəqliyyat-logistika əməkdaşlığı, enerji və sənaye sektorunda qarşılıqlı təşəbbüslər bu münasibətləri daha da möhkəmləndirir. Bununla yanaşı, humanitar sahədə sıx əlaqələr, mədəniyyət və təhsil mübadilələri, həmçinin beynəlxalq platformalarda bir-birinə göstərilən ardıcıl dəstək iki ölkənin strateji dostluğunu dərinləşdirir".
A.Həsənova bildirib ki, Özbəkistanın Qarabağın bərpası prosesinə göstərdiyi diqqət və yardım xüsusi vurğulanmalıdır:
"Füzuli şəhərində Mirzo Ulugbek adına 960 şagird yerlik müasir məktəbin inşası Özbəkistanın Azərbaycana yüksək səviyyəli həmrəyliyinin və qardaşlıq münasibətlərinin parlaq nümunəsidir. Bu layihə təkcə təhsil infrastrukturuna töhfə deyil, həm də tarixən bağlı olan xalqlarımız arasında mənəvi körpünü daha da gücləndirir".
Deputat əlavə edib ki, Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birini dəstəkləyib, regional və qlobal məsələlərdə mövqelərinin uyğunsuzluğu müşahidə olunmayıb.
Onun sözlərinə görə, hər iki dövlət ortaq maraqlara əsaslanan bu səmərəli əməkdaşlığı gələcəkdə daha da inkişaf etdirmək niyyətindədir.
Другие новости на эту тему:
Просмотров:89
Эта новость заархивирована с источника 17 Ноября 2025 13:43 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















