Azərbaycanın təmsilçisi Mamagama qrupu Amsterdamda canlı çıxışını təqdim edib
Как стало известно Icma.az, со ссылкой на сайт Day.az.
Azərbaycanın "Avroviziya 2025" mahnı müsabiqəsindəki təmsilçisi olan Mamagama qrupu, Niderlandın paytaxtı Amsterdamda keçirilən ənənəvi "Eurovision in Concert" tədbirində ilk dəfə canlı çıxışını gerçəkləşdirib.
Day.Az xəbər verir ki, "Mamagama" qrupu, səhnədə "Avroviziya 2025" üçün təqdim etdiyi "Run With U" adlı mahnısını canlı şəkildə ifa edib.
Konsertdən əvvəl keçirilən mətbuat konfransında isə qrup, müxtəlif ölkələrdən gəlmiş media nümayəndələrinin suallarını cavablandıraraq, öz yaradıcılıqları, Avroviziya təcrübəsi və musiqi mesajları haqqında ətraflı məlumat verib. Eyni zamanda, təmsilçilər digər iştirakçılarla tanış olub və müsabiqə öncəsi münasibətlər qurublar.
Hər il keçirilən və Avroviziya mövsümünün simvolik tədbirlərindən biri sayılan "Eurovision in Concert", təmsilçilərə geniş auditoriya qarşısında özlərini təqdim etmək, ifalarını sərgiləmək və media ilə birbaşa ünsiyyət qurmaq imkanı verir. Bu il tədbirdə 27 ölkənin təmsilçisi çıxış edib.
Tədbirin təşkilatçılarına görə, bu il "Eurovision in Concert" üçün 6000-dən artıq bilet satılıb. Əsas auditoriyanı Avropanın müxtəlif ölkələrindən gəlmiş Avroviziya azarkeşləri təşkil edib.
Xatırladaq ki, "Avroviziya 2025" mahnı müsabiqəsi bu il İsveçrənin Bazel şəhərində keçiriləcək və Mamagama qrupu may ayında baş tutacaq şounun birinci yarımfinalında 10 nömrə altında səhnə alacaq.


