Icma.az
close
up
AZ
Menu

В Украине атакована ж/д станция: есть погибший и раненые

Легионер Шамахы: Судьи тоже делают выводы из своих ошибок

В Нахчыване обсудили меры по развитию сельского хозяйства и аквакультуры на 2026 2030 годы

В Джалилабадском районе скончался экс чиновник

Он съест твой язык и заговорит вместо тебя

Трамп сообщил о планах главы Nvidia разработать три новых чипа

Суд в Баку отказал 74 летней обвиняемой в переводе под домашний арест

В Шахрисабзе представлена Азербайджанская культура: Неделя литературы и искусства (ФОТО)

Она молчала. Говорил ее платок

Симоньян и компания нашли новую игрушку: алиевская конституция .

Число загрузок приложения SİMA İmza превысило 8 млн представитель AzInTelecom

В Баку состоялся юбилейный концерт композитора Лалы Джафаровой ФОТО

In App QR и другие платежные инструменты: банки АР расширяют линейку продуктов для бизнеса

Спортивный арбитражный суд признал сборную Сенегала победителем Кубка африканских наций‑2025

Банк России назвал приоритетные направления развития платежной системы

Доля факторинга в ВВП Азербайджана составляет менее 1% против 12 13% в Европе

В Азербайджане хурма подешевела до 30 50 гяпиков: фермеры жалуются на убытки

Сегодня 6 лет со дня освобождения Кяльбаджара от оккупации

В рамках Азербайджано итальянского бизнес форума рассмотрены возможности сотрудничества в различных сферах

Раздутая цена на недвижимость в Баку: что показал наш анализ 13 ти тысяч объявлений о продаже квартир

Bahalı hazırlıq, yüksək nəticə vədi Repetitorluqda nə baş verir?

Bahalı hazırlıq, yüksək nəticə vədi Repetitorluqda nə baş verir?

Icma.az передает, что по данным сайта Day.az.

Azərbaycanda şagirdlərin məktəbdənkənar əlavə dərslərə müraciət etməsi artıq geniş yayılıb. Şagirdlərin əlavə bilik əldə etməsi, imtahanlara hazırlaşması baxımından repetitor xidmətlərinə tələbat artır. Xüsusilə qəbul və buraxılış imtahanlarına hazırlıq dövründə bir çox ailə övladının fərdi qaydada əlavə dərs almasına üstünlük verir. Hazırda gündəmdə olan məsələlərdən biri də bu xidmətlərin qiymətləridir. Araşdırmalarımıza görə, repetitorluq fəaliyyətində aylıq ödənişlər bir fənn üzrə 60-130 manat arasında dəyişir. Özünü "bunker müəllim" adlandıran və yüksək nəticə vəd edən bəzi müəllimlərdə isə qiymətlər daha yüksəkdir.

Bununla yanaşı, repetitorluğun təhsil sistemindəki rolu ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Əlavə məşğələlər bəzi şagirdlər üçün tədrisin daha yaxşı mənimsənilməsinə imkan yaratsa da, repetitorluğun geniş miqyas alması məktəb təhsilinin funksiyası, şagirdlərin dərs yükü və ailələrin əlavə maliyyə xərcləri ilə bağlı suallar da doğurur. Bəs repetitorluq təhsilin keyfiyyətinə necə təsir edir? Onun məktəb təhsilini tamamlayan, yoxsa əvəz edən amilə çevrilməsi hansı nəticələrə gətirib çıxara bilər?

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, tədris ilinin başlanması ilə bağlı repetitorluq fəaliyyəti artıq geniş müzakirə olunur.

"Əslində, mən belə qiymətləndirərdim hal-hazırda bizim yuxarı siniflərdə, xüsusilə də ali təhsilə qəbul istiqamətində repetitorluq fəaliyyətinin təhsilə verdiyi töhfə danılmazdır. Çünki bu gün əgər repetitorluq fəaliyyəti olmasa, bizim uşaqların nəticələri də aşağı olar, ümumi olaraq orta ümumtəhsil məktəbindən kifayət qədər lazım olan bilik və bacarıqları mənimsəməkdə çətinlik çəkə bilərlər. Söhbət ali təhsil müəssisələrinə qəbul imtahanından gedir.

Çünki hal-hazırda biz müəyyən edirik ki, ali təhsil müəssisələrinə qəbul imtahanı 5-6 fənn üzrə 5-ci sinifdən 11-ci sinfə qədər olan bütün mövzuları əhatə edir. Yuxarı sinfə gələn bir şagird istər-istəməz həmin mövzuların bir qismini unudur. Mövzuların ciddi bir şəkildə təkrarən öyrənilməsi mütləqdir. Bu da orta ümumtəhsil məktəblərində mümkün olmadığı təqdirdə abituriyent əlbəttə ki, əlavə dəstək almaq məcburiyyətindədir. Bunun da yolu ya repetitorluq fəaliyyəti, yaxud da hazırlıq kurslarına istiqamətlənməkdir", - deyə o əlavə edib.

Ekspert vurğulayıb ki, əgər hər hansı bir hazırlıq kursu ödənişli fəaliyyət göstərirsə, əlbəttə, repetitor müəllim də ödənişli fəaliyyət göstərə bilər.

"Müəllimlər qanun çərçivəsində VÖEN açaraq xidmət göstərib müəyyən qədər ödəniş tələb edə bilərlər. Amma əlbəttə, bu ödənişlər şişirdilmiş bir formada olmamalıdır. Bəzi hallarda biz diqqət yetiririk, xüsusilə də Dövlət İmtahan Mərkəzində müəyyən müddət işləmiş, "bunker", "marker" müəllim kimi fəaliyyət göstərmiş bəzi şəxslər xüsusilə də Dövlət İmtahan Mərkəzinin adından istifadə eləyərək repetitorluq fəaliyyəti göstərir və şagird sayı çoxaldığı təqdirdə də qiymətləri yüksəldir. Bu da ümumi olaraq, demək olar ki, repetitorluq bazarına müəyyən qədər təsir göstərir və digər müəllimlər də artıq buna görə qiyməti qaldırmaq məcburiyyətində qalır.

Ümumi olaraq deyək ki, hər bir müəllim öz təfəkkürünü sata bilər. Yəni burada hər hansı bir məhdudiyyət yoxdur. Dünyanın əksər ölkələrində fərdi hazırlıqlar, repetitorluq fəaliyyətləri var. Yəni burada hər hansı bir məhdudiyyətin tətbiq olunması doğru bir yanaşma olmaz", - deyə o qeyd edib.

R. Nurəliyev qeyd edib ki, hər hansı müəllim orta ümumtəhsil məktəbində işləyirsə və işlədiyi müddətdə öz şagirdlərini fərdi repetitorluq fəaliyyətinə cəlb edir və buna məcbur edirsə, əsas problem məhz budur.

"Hər hansı məktəb direktoru ödənişli əsaslarla məktəbi müəllimlərə icarəyə verirsə və orada repetitorluq fəaliyyətinə şərait yaradırsa, ən böyük problem budur. Amma hər hansı müəllim məktəbdə işləmirsə və fərdi repetitor kimi fəaliyyət göstərirsə, burada hər hansı problem yoxdur. Tam əksinə, şagirdlərə müəyyən qədər dəstək verir, onların universitetə hazırlaşmasına köməklik göstərir.

Məktəbdə dərs deyən müəllimin şagirdləri öz yanına cəlb edərək, istər məktəbin öz inzibati binasında, istərsə də şəxsi evində, xüsusilə də öz şagirdlərinə repetitorluq fəaliyyəti göstərməsi doğru deyil. Yəni müəllim öz şagirdini məktəbdə öyrətməyə borcludur, çünki bunun müqabilində əməkhaqqı alır. Amma öz şagirdini məktəbdə öyrətməyərək, buna istəkli olmayaraq fərdi hazırlığa yanına çağırırsa, baxın, burada böyük problem var. Əgər məhdudiyyət tətbiq olunacaqsa, məktəblərdə repetitorluq fəaliyyətinə məhdudiyyət tətbiq olunmalıdır. Məktəbdə dərs deyən hər hansı müəllimin öz şagirdinin repetitor kimi onun yanına getməsinə müəyyən məhdudiyyət tətbiq olunmalıdır", - deyə o bildirib.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
seeПросмотров:120
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 18 Сентября 2026 22:18
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

В Украине атакована ж/д станция: есть погибший и раненые

24 Ноября 2026 12:56see290

Легионер Шамахы: Судьи тоже делают выводы из своих ошибок

23 Ноября 2026 22:04see263

В Нахчыване обсудили меры по развитию сельского хозяйства и аквакультуры на 2026 2030 годы

23 Ноября 2026 21:29see237

В Джалилабадском районе скончался экс чиновник

24 Ноября 2026 04:31see224

Он съест твой язык и заговорит вместо тебя

24 Ноября 2026 12:24see217

Трамп сообщил о планах главы Nvidia разработать три новых чипа

23 Ноября 2026 21:17see216

Суд в Баку отказал 74 летней обвиняемой в переводе под домашний арест

23 Ноября 2026 23:05see215

В Шахрисабзе представлена Азербайджанская культура: Неделя литературы и искусства (ФОТО)

23 Ноября 2026 20:43see206

Она молчала. Говорил ее платок

24 Ноября 2026 15:18see194

Симоньян и компания нашли новую игрушку: алиевская конституция .

25 Ноября 2026 00:20see193

Число загрузок приложения SİMA İmza превысило 8 млн представитель AzInTelecom

24 Ноября 2026 15:28see186

В Баку состоялся юбилейный концерт композитора Лалы Джафаровой ФОТО

24 Ноября 2026 18:27see181

In App QR и другие платежные инструменты: банки АР расширяют линейку продуктов для бизнеса

24 Ноября 2026 16:22see181

Спортивный арбитражный суд признал сборную Сенегала победителем Кубка африканских наций‑2025

24 Ноября 2026 21:51see178

Банк России назвал приоритетные направления развития платежной системы

24 Ноября 2026 15:42see177

Доля факторинга в ВВП Азербайджана составляет менее 1% против 12 13% в Европе

24 Ноября 2026 17:30see177

В Азербайджане хурма подешевела до 30 50 гяпиков: фермеры жалуются на убытки

25 Ноября 2026 01:00see175

Сегодня 6 лет со дня освобождения Кяльбаджара от оккупации

25 Ноября 2026 01:15see169

В рамках Азербайджано итальянского бизнес форума рассмотрены возможности сотрудничества в различных сферах

23 Ноября 2026 20:03see168

Раздутая цена на недвижимость в Баку: что показал наш анализ 13 ти тысяч объявлений о продаже квартир

24 Ноября 2026 18:09see167
newsПоследние новости
Самые свежие и актуальные события дня