Bakı bulvarında Yeni il yarmarkasına xüsusi hazırlıq görüb, buz meydançası yaradılıb
Icma.az сообщает, ссылаясь на сайт Day.az.
Dənizkənarı Bulvar İdarəsi builki Yeni il yarmarkasına xüsusi hazırlıq görüb.
Day.Az xəbər verir ki, bu barədə Bulvar İdarəsi məlumat yayıb.
Bildirilib ki, builki yarmarka yeni və fərqli tərtibatda hazırlanıb.
Burada quraşdırılan oturacaqlar, dekorativ elementlər və işıqlandırma bulvarda sanki kiçik şəhərcik görüntüsü yaradır.
Dənizkənarı Bulvar İdarəsinin təşkil etdiyi yarmarkanın ən diqqətçəkən yeniliklərindən biri şəhərin ilk açıq havada buz meydançasıdır.
ÜNNA Studio tərəfindən qurulan və Nargis Fondu tərəfindən təşkil olunan bu meydança "Dinamo" ərazisində yerləşir və 1 dekabrdan 5 yanvara qədər fəaliyyət göstərəcək. Məkan açıq səma altında konki sürmək istəyənlər üçün yeni və maraqlı bir imkan yaradıb.
Meydança beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına uyğun şəkildə hazırlanıb. Bu isə hər yaşdan və bacarıq səviyyəsindən olan ziyarətçilər üçün rahat və təhlükəsiz istirahət imkanı təmin edir. Təxminən 750 kvadratmetr genişliyində olan buz örtüyü sərbəst və rahat konki sürməyə şərait yaradır. İşıqlandırma və qışa xas detallarla tamamlanan meydança bulvara fərqli bir mövsümi rəng qatır.
Другие новости на эту тему:
Просмотров:44
Эта новость заархивирована с источника 01 Декабря 2025 18:08 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















