Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Nyu Yorkda beynəlxalq konfrans keçiriləcək
Icma.az информирует, ссылаясь на сайт Day.az.
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə aprelin 15-də BMT-nin Nyu Yorkda yerləşən mənzil qərargahında "Dekolonizasiya: Sakit İnqilab" adlı beynəlxalq konfrans keçiriləcək.
Day.Az xəbər verir ki, konfransda Dənizaşırı ərazilərdə - Qvadelup, Martinik, Kanaki (Yeni Kaledoniya), Sen Martin, Reyunyon, Boneyra, Aruba, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianasında fəaliyyət göstərən milli müqavimət hərəkatlarının rəhbərləri və üzvləri, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin təmsilçiləri, insan haqları müdafiəçiləri, siyasətçilər, dekolonizasiya üzrə ekspertlər, o cümlədən Fransanın keçmiş müstəmləkələrindən olan nümayəndələr iştirak edəcəklər.
Konfransda müstəmləkəçilik irsinin iqtisadi, siyasi və sosial sahələrdə yaratdığı dərin təsirlər, habelə müstəmləkə siyasətinin fəsadlarından əziyyət çəkən yerli xalqların siyasi və iqtisadi müstəqilliyə nail olmaq yolundakı səyləri və bu prosesdə üzləşdikləri əsas maneələr ətraflı şəkildə müzakirə olunacaq. Eyni zamanda, Fransa tərəfindən tətbiq olunan idarəetmə modelləri və institusional mexanizmlərin yerli xalqların öz müqəddəratını təyinetmə və ərazilərin Dekolonizasiya hüququnu məhdudlaşdırması əsas müzakirə mövzusu olacaq.
Səfər çərçivəsində BTQ, həmçinin BMT-nin Afrika əsilli Şəxslərin Daimi Forumunun illik sessiyasında (PFPAD) iştirak edəcək.
Другие новости на эту тему:
Просмотров:133
Эта новость заархивирована с источника 09 Апреля 2025 18:23 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















