Bakıda hamı bu qətldən danışır görüntülər yayıldı VİDEO
По данным сайта Day.az, передает Icma.az.
Bakının Əhmədli qəsəbəsində yerləşən "Ab-Hava" restoranında 1 nəfərin ölümü ilə nəticələnən kütləvi davanın videogörüntüləri yayılıb.
Trend-in kafeninin təhlükəsizlik kamerasından əldə etdiyi görüntülərdə insidentin gecə saat 00:06-00:08 aralığında baş verdiyi qeydə alınıb.
Kadrlarda obyektin daxilində bir qrup şəxsin mübahisə etdiyi, sonradan əlbəyaxa davaya çevrildiyi görünür. Dalaşan şəxslərin bir-birinə bıçaqla xəsarət yetirmək istədiyi, onlardan birinin digərinə bıçaqla bir neçə dəfə zərbə endirdiyi qeydə alınıb. Yaralanmış şəxs sonradan daha bir dava iştirakçısı tərəfindən bıçaq xəsarəti alaraq yerə yıxılır.
Növbəti kadrlarda onun döşəməyə yıxılaraq hərəkətsiz qaldığı əks olunub. Bu zaman insidentin daha bir iştirakçısının cibindən tapança düşdüyü də kadrlarda əks olunub.
Hadisə ilə bağlı yayılan məlumatlarda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də davada iştirak etdiyi qeyd olunur. Bununla yanaşı, əldə edilən məlumata əsasən, onun heç kimə bıçaq xəsarəti yetirmədiyi və qətli törətmədiyi bildirilir.
Xatırladaq ki, faktla bağlı cinayət işi açılıb, insidentin 9 iştirakçısı müəyyən edilərək saxlanılıb. Qətldə birbaşa iştirak etməkdə şübhəli bilinən daha 2 nəfərin axtarışı davam etdirilir.
Другие новости на эту тему:
Просмотров:72
Эта новость заархивирована с источника 24 Октября 2026 16:37 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















