Bakıda tikinti zamanı yaşıllıqlara 3 min manatdan çox ziyan vurulub
Согласно сайту Day.az, передает Icma.az.
Bakının Xətai rayonunda obyekt tikintisi zamanı 1 şam tingi və 6 nar kolu məhv edilib.
Day.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, Məzahir Rüstəmov küçəsi 15 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Araşdırma zamanı ərazidə obyekt tikintisi aparılarkən 1 şam tingi və 6 nar kolunun məhv edildiyi, təbiətə 3 360 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Faktla bağlı obyektin sahibi Elməddin Aslanov barəsində akt tərtib edilib və onun cərimələnməsi istiqamətində qanunamüvafiq tədbirlər görülür.
Eyni zamanda, məhv edilmiş yaşıllıqların əvəzinə ərazidə 5 sərv ağacı əkilib, onlara identifikasiya etiketləri vurularaq "agac.az" portalında yerləşdirilib.
Другие новости на эту тему:
Просмотров:60
Эта новость заархивирована с источника 23 Ноября 2026 17:51 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















