Belarusda Milli Qəhrəman Anatoliy Davidoviçin xatirəsi anılıb FOTO
Как передает Icma.az со ссылкой на сайт Day.az.
Martın 28-də Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyinin və Silahlı Qüvvələrinin hərbi attaşelik aparatının nümayəndələri, həmçinin Belarusun Azərbaycan İcmaları Konqresi beynəlxalq ictimai birliyinin nümayəndələri birinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda əvəzsiz qəhrəmanlıqlar göstərərək döyüşmüş Azərbaycanın Milli Qəhrəmanı, Belarus əsilli mayor Davidoviç Anatoliy Nikolayeviçin anadan olmasının 60-cı ildönümü ilə əlaqədar onun məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Day.Az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, mhərbi orkestr tərəfindən hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Tədbir iştirakçıları, həmçinin Milli Qəhrəmanın anası Kima Davidoviçin evini ziyarət edib, onun səhhəti və qayğıları ilə yaxından maraqlanıblar. Milli Qəhrəmanın anası övladının xatirəsinə olan ehtirama, eləcə də göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, A.Davidoviç 1992-ci ilin iyun ayının 13-də şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli Fərmanı ilə mayor Davidoviç Anatoliy Nikolayeviçə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Другие новости на эту тему:
Просмотров:126
Эта новость заархивирована с источника 28 Марта 2025 17:48 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















