Icma.az
close
up
AZ
Menu

Украинские дроны поразили полигон РФ, с которого запускаются ракеты Орешник

Дугин: Страны Центральной Азии и Южного Кавказа не должны быть суверенными Minval Politika

Побег иранских дипломатов на Запад наш комментарий

Ставка на интеграцию: Турция одобрила план объединения Сирии

Центральная Азия: кому велено играть со своим соловьем , а кому пересмотреть оборонную доктрину Minval Politika

Связь с Турцией: Грузия достраивает дороги для Азербайджана и Армении

Во Франции у воров медного кабеля конфисковали усадьбу и активы на €4,5 млн

Власти Мозамбика объявили красный уровень опасности из за наводнений

Авианосная группа на подходе: США стягивают силу к Ирану

Одно преступление, разные наказания: гражданина Азербайджана в колонию, россиянку на свободу Minval Politika

Рашад Эюбов: Впереди нас ждет много работы

Армения наконец берется за проект TRIPP оппозиция вновь паникует АНАЛИТИКА от Лейлы Таривердиевой

Спасен рабочий, упавший на 6 метровую глубину Minval Politika

Президент Сирии провел переговоры с лидером сирийских курдов

Welt: у бундесвера нет ни одной действительно боеготовой бригады

Камеры наблюдения помогли раскрыть преступление в Самухском районе Minval Politika

Китайский спецназ провел учения по сценарию захвата руководства Тайваня

Судьба Гвардиолы в Манчестер Сити решится в ближайшие месяцы Minval Politika

При взрыве на заводе в Китае погибли два человека, еще 66 ранены

Тайные переговоры США с союзником Мадуро по данным Reuters

Birinci xanım Mehriban Əliyeva: Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir TAM NİTQ

Birinci xanım Mehriban Əliyeva: Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir TAM NİTQ

Как сообщает Icma.az со ссылкой на сайт Day.az.

Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva COP29 çərçivəsində Yaşıl Zonada "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində" mövzusunda konfransda çıxışı zamanı deyib.

Birinci xanım Mehriban Əliyevanın çıxışı

Hörmətli Birinci xanımlar.

Hörmətli qonaqlar.

Əziz gənc iştirakçılar.

Xanımlar və cənablar.

Əvvəlcə, Sizi Azərbaycanda salamlamaq, sizin hamınıza möhkəm cansağlığı arzulamaq və COP29-da təmsil etdiyiniz ölkələrə sülh və əmin-amanlıq diləmək istərdim.

"Gənclər iqlim fəaliyyətinin ön cərgəsində" panelimizin elə adının özündən məqsəd bəllidir. Son tədqiqatlara görə, dünya gənclərinin 60 faizdən çoxu iqlim dəyişmələrini təxirəsalınmaz məsələ hesab edir.

Ümid edirəm ki, COP29 çərçivəsində əməkdaşlıq, təcrübə mübadiləsi, gənc nəsil tərəfindən birgə layihələrin müəyyənləşdirilməsi üçün platformanı yaratmaq imkanımız olacaq.

Mən COP29-da iştirak edən və qayğı ilə yanaşan bütün gəncləri, ekofəalları, gənclər təşkilatlarının bütün nümayəndələrini salamlayıram.

Mən Sıfır Atık Fondunun yaradılmasında təşəbbüs göstərmiş və ətraf mühitin, eləcə də mədəni irsin qorunmasına yönələn layihələrə şəxsən töhfə vermiş Türkiyə Respublikasının Birinci xanımına təşəkkürümü bildirirəm.

2024-2030-cu illərə aid iqlim gündəliyində uşaqların və gənclərin iştirakını, o cümlədən dayanıqlı inkişafı təşviq etmək məqsədilə ötən il Mərkəzi Asiya Strategiyasının qəbul edilməsi ilə nəticələnən təşəbbüsünə görə Özbəkistanın səylərini yüksək dəyərləndirirəm.

Mən bu cür mühüm mərama şəxsən himayədarlıq etmiş Özbəkistanın Birinci xanımı Ziroatxon Mirziyoyevaya təşəkkürümü bildirmək istərdim.

Mən ətraf mühit gündəliyi barədə maarifləndirmənin artırılmasında, həmin gündəliyə gənclərin qoşulmasında oynadığı fəal rola və iştirakına görə Qırğızıstanın Birinci xanımına minnətdaram.

Əziz dostlar, COP29 ölkəsi seçilmək bizim üçün böyük şərəfdir. Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir.

Dünya biosferin çirklənməsi, içməli suyun qıtlığı, tez-tez baş verən quraqlıq və ərzaq təhlükəsizliyində artan risklər kimi ciddi ətraf mühit çağırışları ilə üz-üzədir. Bizim ölkəmiz də istisna deyil. Biz çay sularının, Xəzər dənizinin səviyyəsinin azalmasını müşahidə edirik və su qıtlığı təhlükəsi ilə üzləşirik.

Mən qeyd etmək istərdim k, qlobal istixana tullantılarının 0,1 faizi Azərbaycanın payına düşür. Biz havaya tullantıların azaldılması və təmiz enerjiyə keçidin həyata keçirilməsi kimi milli hədəflərimizə doğru gedirik. Bərpaolunan enerji sahəsində əldə edilən nailiyyələtlərin cari tempi ilə, biz 2027-ci ilə qədər quraşdırılan güclərimizin 32 faizə çatacağını, 2030-cu ilə qədər 30 faizlik azalma kimi ilkin hədəfə üç il əvvəl nail olacağımızı gözləyirik.

Biz, həmçinin Ermənistanın işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzur regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında 2050-ci ilə qədər "xalis sıfır atılmalar zonası"nın yaradılmasına diqqət yetiririk. Əsasən Günəş və külək enerji layihələri ilə bağlı artıq fəal iş aparılır. Yaşıl enerjinin istehsalı və ixracı Azərbaycanın enerji strategiyasında prioritet təşkil edir.

Uzun müddətdir ki, iqlim fəaliyyəti beynəlxalq arenada ən vacib və prioritet məsələlərdən biridir. Atılmış addımlara baxmayaraq, bəşəriyyətin üzləşdiyi çağırışlar və təhdidlər günbəgün daha da ciddiləşir. Bunu nəzərə alaraq, qlobal məsələlərin həllində tətbiq olunan yanaşma və üsullara yenidən baxılması vaxtı yetişib. Bu gün, mən açıq və düzgün qeyd olunmalı digər mühüm mövzuya toxunmaq istəyirəm: riyakarlıq və ikili standartlar beynəlxalq ətraf mühit gündəliyində aydın görünür.

COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan ətraf mühit məsələlərindən xeyli uzaq olan mülahizələr hesabına ədalətsiz hücum dalğası, yalan hekayətlər və ikili standartlar ilə üzləşib.

Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə, Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır. Məqsədimiz bu məsələnin həllinə verdiyimiz töhfəni ortaq gələcəyə verəcəyimiz töhfəyə çevirməkdən ibarətdir. Bununla belə, bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə, biz çoxsaylı qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik. Məlumdur ki, həmin media əvvəlcədən cızılmış ssenariyə uyğun getməyən və ya qoyulmuş qaydalarla oynamayan, müstəqil siyasət yürüdən və öz milli maraqlarını qoruyan ölkələri gözdən salmaq üçün alətə çevrilib. Müəyyən ölkələrin təsiri altında olan bəzi iri media platformaları əmr ilə Azərbaycan haqqında mənfi hekayətləri yaymağa başlayırlar.

Əslində, bəs bunun arxasında dayanan nədir? Bu cür çirkin kampaniyanın sponsorları hansı məqsədləri güdürlər? Əslində, biz cavabı bilirik.

Vətəndaşlarımızın öz ölkəsini beynəlxalq səhnədə ədalətli və düzgün şəkildə təmsil etmək hüquqları var. Onların Azərbaycanın müstəqil mövqeyini təhdid kimi görən dairələrin təzyiqinin və manipulyasiyanın qurbanına çevrilməmək hüququ var.

Nailiyyətlərimiz və işimiz bəzi dövlətlərin geosiyasi maraqları uğrunda səhv təsvirə deyil, hörmətə layiqdir.

Riyakarlıq, həmçinin müxtəlif ölkələr tərəfindən öz iqlim öhdəliklərinə necə yanaşmasında özünü büruzə verir.

Əsrlər boyu çirklənmənin əsas mənbəyi və sərvətlərin məsuliyyətsiz istehlakçısı olmuş inkişaf etmiş ölkələr hazırda sərt hakim rolunda çıxış edir. Onlar hamı üçün sərt məhdudiyyətləri təşviq edir və eyni zamanda, öz siyasətində iddialı məqsədlərini güdür, öz maraqları uğrunda işini davam etdirir. Onlar digər ölkələrdən transformasiyanı tələb edir, lakin bununla belə, maliyyə və ya texnoloji baxımdan yardım etməyə tələsmirlər.

Azərbaycan manipulyasiya və təzyiq deyil, səmərəli fəaliyyət, real həll variantları və ədalətli əməkdaşlığı arzulayan ölkədir.

Biz platformamızdan elə istifadə etmək istəyirik ki, qlobal koalisiya yaransın və orada hər ölkənin - böyük və ya kiçik, inkişaf etmiş və ya inkişaf edən ölkənin mövqeyi, haqqı ədalətli şəkildə qəbul edilsin.

Yalan hekayətlər və riyakarlıq nəinki reallığı səhv göstərir, o cümlədən ədalət və düzgünlük, ləyaqət və məsuliyyət kimi fundamental konsepsiyaları sual altına qoyur.

Səhv informasiyanın yayılmasında, ölkələrə qarşı qarayaxma kampaniyaların aparılmasında mediadan istifadə həmin ölkələrə o qədər zərər vurmur, nəyinki mənəvi dəyərlərin mahiyyətini dəyərsizləşdirir, etimadı zəiflədir və parçalanma yaradır.

Mən bütün iştirakçılara üz tutaraq istəyirəm onlar yadda saxlasınlar ki, COP29 siyasi hücumlar arenası deyil. O, iqlim böhranı qarşısında hamımızın birləşdiyi məkandır.

Yalnız ədalətli əməkdaşlıq və real tədbirlərə hazırlıq bizi uğura aparacaq.

Əziz dostlar, yekun olaraq, mən növbəti konfransların təşkilinə gəldikdə təkliflə çıxış etmək istərdim. Təklif edirəm ki, gələcəkdə konfransların onlayn formatda keçirilməsi imkanı araşdırılsın. Bu yanaşma nəinki ciddi şəkildə vəsaitlərə qənaət edəcək, o cümlədən uçuşlar və böyük tədbirlər nəticəsində yaranan atılmaları, həmçinin ətraf mühitə təsiri azaldacaq.

İşçi qruplar təfərrüatlı müzakirələr və əlaqələndirmə üçün şəxsən görüşə bilərlər. Lakin rəhbərlərin sammitləri videokonfrans formasında keçirilə bilər.

Bu, bizə resursları, səyləri və vaxtı hədəflənmiş məsələlərə yönəltmək imkanı yaradacaq və prosesi ətraf mühit baxımından daha uyğun edəcək.

Diqqətinizə görə minnətdaram.

Продолжайте следить за ситуацией на Icma.az, где мы всегда предоставляем свежие новости.
seeПросмотров:164
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 12 Ноября 2024 21:12
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Украинские дроны поразили полигон РФ, с которого запускаются ракеты Орешник

17 Января 2026 20:58see399

Дугин: Страны Центральной Азии и Южного Кавказа не должны быть суверенными Minval Politika

18 Января 2026 11:18see323

Побег иранских дипломатов на Запад наш комментарий

19 Января 2026 02:46see227

Ставка на интеграцию: Турция одобрила план объединения Сирии

19 Января 2026 00:26see201

Центральная Азия: кому велено играть со своим соловьем , а кому пересмотреть оборонную доктрину Minval Politika

17 Января 2026 22:08see194

Связь с Турцией: Грузия достраивает дороги для Азербайджана и Армении

18 Января 2026 19:37see175

Во Франции у воров медного кабеля конфисковали усадьбу и активы на €4,5 млн

17 Января 2026 21:13see162

Власти Мозамбика объявили красный уровень опасности из за наводнений

18 Января 2026 02:06see152

Авианосная группа на подходе: США стягивают силу к Ирану

19 Января 2026 01:28see151

Одно преступление, разные наказания: гражданина Азербайджана в колонию, россиянку на свободу Minval Politika

17 Января 2026 21:12see150

Рашад Эюбов: Впереди нас ждет много работы

17 Января 2026 23:02see148

Армения наконец берется за проект TRIPP оппозиция вновь паникует АНАЛИТИКА от Лейлы Таривердиевой

19 Января 2026 08:04see147

Спасен рабочий, упавший на 6 метровую глубину Minval Politika

18 Января 2026 00:37see144

Президент Сирии провел переговоры с лидером сирийских курдов

18 Января 2026 16:28see141

Welt: у бундесвера нет ни одной действительно боеготовой бригады

18 Января 2026 12:40see139

Камеры наблюдения помогли раскрыть преступление в Самухском районе Minval Politika

18 Января 2026 11:33see132

Китайский спецназ провел учения по сценарию захвата руководства Тайваня

17 Января 2026 23:01see132

Судьба Гвардиолы в Манчестер Сити решится в ближайшие месяцы Minval Politika

19 Января 2026 00:49see131

При взрыве на заводе в Китае погибли два человека, еще 66 ранены

18 Января 2026 19:45see127

Тайные переговоры США с союзником Мадуро по данным Reuters

18 Января 2026 09:48see127
newsПоследние новости
Самые свежие и актуальные события дня