Bu rayonda üçəm dünyaya gəlib FOTO
Как сообщает Icma.az со ссылкой на сайт Day.az.
Babək rayonundan Naxçıvan Perinatal Mərkəzə müraciət edən hamilə qadın hamiləliyinin 30-cu həftəsində üçəm dünyaya gətirib.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, körpələrdən ikisi oğlan, biri isə qızdır. Onlardan biri 1100, digəri 900, üçüncüsü isə 800 qram çəki ilə doğulub. Hamiləliyin vaxtından əvvəl başa çatması ilə əlaqədar hər üç körpədə ekstremal az doğum çəkisi, ağciyərlərin və həzm sisteminin gestasion yetişməməsi müşahidə olunub. Bu səbəbdən körpələr Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya Şöbəsinə yerləşdirilərək müvafiq müayinə, müalicə və xüsusi qulluqla təmin ediliblər.
Müalicə müddətində ağciyərlərin yetişməsini dəstəkləmək məqsədilə surfaktant terapiyası tətbiq olunub, tibbi göstərişlərə uyğun olaraq tənəffüs və oksigen dəstəyi təmin edilib. Körpələrin vəziyyəti küvəz şəraitində, davamlı monitorinq və fərdi qulluq əsasında izlənilib.
Aparılan müalicə və intensiv qulluq nəticəsində hər üç körpənin klinik vəziyyətində stabilləşmə əldə olunub. Hazırda körpələrin vəziyyəti kafi və stabildir. Bu gün isə körpələr tibbi nəzarətin davam etdirilməsi məqsədilə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüblər.
Qeyd edək ki, hamiləliyin idarə olunması və qeysəriyyə əməliyyatı ginekoloq Bəhriyyə İsmayılova, körpələrin müalicə prosesi isə neonatoloq Ülviyyə Vəliyeva tərəfindən həyata keçirilib.
Другие новости на эту тему:
Просмотров:133
Эта новость заархивирована с источника 12 Октября 2026 15:09 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















