Budapeştdə diaspor gənclərinin toplantısı keçirilib FOTO
Icma.az, ссылаясь на сайт Day.az, передает.
Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan Evində "Diaspor gəncləri: strateji hədəflərə doğru" mövzusunda Azərbaycan Diaspor Gənclərinin İşçi Qrupunun görüşü keçirilib.
Bu barədə Day.Az-а Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, görüşə Diaspor Gənclərinin Yay Düşərgələrində iştirak edən azərbaycanlı gənclər qatılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad edilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan və müasir yanaşmalar əsasında inkişaf edən diaspor siyasətində gənclərin xüsusi yeri barədə danışıb. Bildirib ki, müasir dünyada diaspor artıq sadəcə mədəni icma deyil, informasiya müharibəsinin güclü aktorudur. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin də bu sahədə uğurları var və onlar ortaq müzakirə platformalarının yaradılması, milli-mədəni kimliyin qorunması istiqamətində faydalı işlər görürlər. Sədr, həmçinin Diaspor Gənclərinin Yay Düşərgələrinə diqqət çəkib. Düşərgələrin gənclərdə vətənə bağlılıq hissini inkişaf etdirdiyini söyləyib.
Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə diaspor gənclərinin fəaliyyətini və keçirilən tədbiri müsbət qiymətləndirib, toplantının işinə uğurlar arzu edib.
Görüşdə Diaspor Gənclərinin Yay Düşərgələrinin tarixindən və gənclərin düşərgələrə marağından bəhs edən videoçarx göstərilib. Macarıstandakı Azərbaycan Evinin və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə "Diaspor gəncləri: strateji hədəflərə doğru" mövzusunda keçirilən toplantı "Konstitusiya və Suverenlik İli"nə və Qarabağda Şanlı Zəfərimizin beşilliyinə həsr olunub.
Tədbirin moderatoru Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı olub.
Toplantı geniş fikir mübadiləsinin aparılması və perspektivə dair təkliflərin səsləndirilməsi ilə davam edib.
Другие новости на эту тему:
Просмотров:95
Эта новость заархивирована с источника 01 Декабря 2025 19:03 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















