Cibdə bıçaq gəzdirmək olarmı? Qanun nə deyir?
Icma.az передает, что по данным сайта Day.az.
Cibdə bıçaq gəzdirmək məsələsi bıçağın növündən və onun hansı məqsədlə daşınmasından asılıdır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, qaz silahının, soyuq silahın, o cümlədən soyuq atıcı silahın qanunsuz olaraq əldə edilməsi, satılması və ya gəzdirilməsi cinayət məsuliyyəti yarada bilər. Maddədə milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı soyuq silah gəzdirmə halları ayrıca istisna edilir.
Qanunvericiliyə görə, 228.5-ci maddədə nəzərdə tutulan əməllərə görə 320 saatdan 400 saatadək ictimai işlər, iki ilədək islah işləri, bir ilədək azadlığın məhdudlaşdırılması və ya bir ilədək azadlıqdan məhrumetmə cəzası müəyyən edilib. Bu baxımdan, hər hansı bıçağın cibdə olması avtomatik olaraq cinayət demək deyil; əsas məsələ həmin əşyanın hüquqi baxımdan soyuq silah hesab edilib-edilməməsi və onun qanunsuz şəkildə gəzdirməsinin müəyyən olunmasıdır.
Məcəllənin qeyd hissəsində isə 228-ci maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxsin, əgər əməlində başqa cinayət tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edildiyi bildirilir. Buna görə də gündəlik istifadə üçün nəzərdə tutulan adi bıçaqla soyuq silahın hüquqi statusunu eyniləşdirmək olmaz. Konkret bıçağın soyuq silah olub-olmaması isə onun konstruksiyası və digər xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir.
Nəsimi Ələsgərli
Другие новости на эту тему:
Просмотров:61
Эта новость заархивирована с источника 29 Сентября 2026 16:44 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















