Icma.az
close
up
AZ
Menu

Солнце, ветер и вода на службе у экономики

Капитал банков Азербайджана позволяет поддержать рост риск взвешенных активов

GEROPHARM представил в Австрии первые в мире данные о терапии детского ожирения тирзепатидом ФОТО

PASHA Bank организовал мероприятие Новая логистическая карта Азербайджана: от Среднего коридора к региональному логистическому центру ФОТО

Шахин Махмудзаде об устойчивости банковской системы Азербайджана

Кибератака на холодильники: во Франции пострадали около 700 магазинов

Задержка поезда вызвала скопление пассажиров на Бакинском вокзале

МЧС Азербайджана организовало дни открытых дверей для детей ФОТО

От C5+1 к C6+1. Самарканд как репетиция, а премьера во Флориде? обзор на

Нетаньяху рассказал о беседе с президентом Сирии СМИ

45 минут в сердце Ордубада: путешествие сквозь историю и традиции (ФОТО)

Сила, обретшая голос

Индия снизила закупки золота за рубежом до 1,8 млрд долларов

Около 17 тысяч потребителей на освобожденных от оккупации территориях обеспечены электроэнергией

В WhatsApp появилась возможность звонить без регистрации

В ООН подчеркнули приверженность Азербайджана международным договорам против пыток

Жизнь на сцене, вечность в искусстве: в Баку торжественно отметили юбилей Нуреддина Мехтиханлы (ФОТО)

В Испании ограбили дом вингера Бетиса Антони

Протестующие в Албании ворвались в здание Минэкономики и устроили погром

Власти Стамбула призвали жителей без необходимости не выходить из дома из за ливней

COP29un media tərəfdaşları açıqlanıb

COP29un media tərəfdaşları açıqlanıb

Icma.az сообщает, ссылаясь на сайт Day.az.

"FT Live", "Project Syndicate", "Newsweek", "CBC" və "ANEWZ" COP29-un rəsmi media tərəfdaşları elan edilib.

COP29 media tərəfdaşları COP29 çərçivəsində aparılacaq müzakirələri təşviq etmək və iqlim fəaliyyətinə təkan vermək baxımından vacib rol oynayacaqlar. Qlobal auditoriya ilə COP29 arasında təmas yaratmaq üçün tədbiri daha əlçatan və inklüziv edən rəqəmsal texnologiyalardan istifadə olunacaq.

COP29-un media tərəfdaşları tədbirin tematik proqramlarına uyğun tədbirləri işıqlandırmaqla, o cümlədən Yaşıl Zonada ziyarətçi təcrübəsinin artırılması baxımından mühüm rol oynayır. COP29 Sədrliyi tərəfindən təşkil və idarə olunan Yaşıl Zona iştirakçılara həm mövcud yenilikləri, həm də iqlim dəyişmələrinə qarşı mübarizə üzrə potensial həlləri ön plana çəkən maraqlı müzakirələr, panel sessiyaları və nümayişlər çərçivəsində fikir mübadiləsi aparmaq üçün dinamik platforma təklif edir.

Media tərəfdaşları konfransın əhatə dairəsini genişləndirərək COP29 məzmununu rəqəmsal kanallar, o cümlədən sosial media və onlayn platformalar vasitəsilə bütün dünyaya yayımlayacaq. Bu yanaşma qlobal miqyasda milyonlarla insanın COP29-un müzakirə və nəticələrinə cəlb olunmasına şərait yaradır və məkandan asılı olmayaraq, tədbiri müxtəlif auditoriyalar üçün daha əlçatan edir.

Bundan əlavə, COP29-da media tərəfdaşlarının öz proqramları da təqdim olunacaq. Belə ki, "FT Live" telekanalının "FT Sessions at COP" verilişində Bakı Stadionundan panel sessiyalarının canlı yayımı təşkil olunacaq. Bu sessiyalar mühüm iqlim məsələlərinin həlli ilə bağlı ən son problemləri, habelə hadisələrin gedişatını və görülən işlər çərçivəsində əldə olunan irəliləyişləri müzakirə etmək üçün siyasətçiləri, şirkət rəhbərlərini və iqlim ekspertlərini bir araya gətirəcək.

"Project Syndicate" media qurumu mühüm qlobal iqlim problemlərinə dair dinamik müzakirələr platforması ilə çıxış edəcək. Bu panel sessiyaları zamanı çoxtərəfli inkişaf bankları və maliyyə institutlarının çağdaş dövrünün bərabər maliyyələşdirmə ehtiyaclarına necə uyğunlaşdığı, qlobal iqtisadi problemlər fonunda İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Panelinin (IPCC) ən son hesabatının təsirləri və iqlim fəaliyyətinə dəstək verilməsində generativ süni intellektin perspektiv rolu araşdırılacaq.

"Newsweek" isə özünün "Yaşıl keçidin əsas istiqamətləri" seriyasının üçüncü buraxılışını təqdim edəcək və burada həm dayanıqlılıq, həm də təmiz texnologiyalar sahəsində aparıcı simaları bir arada toplayacaq. Proqram təbiət əsaslı həlləri təşviq etməklə yanaşı, həm də təmiz istehsalın artımı, bərpa olunan enerjinin vüsət alması, eləcə də karbon emissiyalarının azaldılması üçün innovativ strategiyaları əhatə edəcək.

Azərbaycanda təmsil olunan "CBC" və "ANEWZ" media qurumları isə həm Mavi, həm də Yaşıl Zonalar üzrə əsas müzakirələrin və hadisələrin nümayiş etdirilməsində mühüm rol oynayacaq və COP29 iqlim fəaliyyəti və mesajlarının qlobal auditoriya çatdırılmasını gücləndirəcək.

Bununla yanaşı, Yaşıl Zonada tədbirləri qlobal müstəvidə, o cümlədən uzaq auditoriyalar üçün yayımlamaq məqsədilə lazımı avadanlıqlarla təchiz edilmiş Təsir Məkanı (Impact Stage) fəaliyyət göstərəcək. Bu məkanda gündəlik 30 dəqiqəlik canlı yayımda "Daily Show" verilişi təqdim olunacaq.. Bundan əlavə, COP29-un gənc auditoriya üçün hazırlanmış canlı panel və müzakirələrdən ibarət olan "Extreme Hangout" zonası da burada təşkil olunacaq. Bu məkan həm tədbir qonaqlarını, həm də qlobal auditoriyanı cəlb edən əhəmiyyətli müzakirələr üçün platforma rolunu oynayacaq.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova COP29-un media tərəfdaşlarının elan edilməsi ilə bağlı bunları qeyd edib: "Qlobal iqlim fəaliyyəti barədə ən son məlumatların dünya auditoriyasına çatdırılmasında media tərəfdşlarımızın əvəzsiz rol oynayacaqlarına əminəm. Yaşıl Zonada bu tərəfdaşlıq çərçivəsində qlobal auditoriya ilə iqlim fəaliyyətinin kommunikasiyasını dəstəkləyən platformaları təmin etməyi hədəfləyirik".

COP29-un rəsmi media tərəfdaşı seçildiyini bəyan edən "Newsweek" jurnalının icraçı vitse-prezidenti Amit Şah isə bildirib: "COP29-un media tərəfdaşı olaraq, "Newsweek" qəzeti yaşıl keçidin əsas prinsiplərini və qlobal dayanıqlılıq təşəbbüslərini dəstəkləyən mühüm müzakirələri işıqlandırmaq əzmindədir. Biz ekoloji cəhətdən təmiz enerji, iqlim dəyişməsinə qarşı davamlılıq və dayanıqlı maliyyə kimi mühüm mövzuları ön plana çıxararaq sözdən əmələ keçidi stimullaşdırmaq niyyətindəyik. COP29 daha sağlam, eləcə də daha dayanıqlı dünya naminə effektiv və uzunmüddətli dəyişikliklər üçün analoqsuz fürsətlər təqdim edir."

"FT Live" media şirkətinin icraçı direktoru Orson Françeskone COP29-un rəsmi media tərəfdaşı olduqlarını bəyan edərkən vurğulayıb: "Keyfiyyət və qlobal jurnalistikanın etibarlı mənbəyi olan "FT" media şirkəti COP29-da aparılan vacib müzakirələrin bir hissəsi olmaqdan məmnundur. Rəqəmsal texnologiyalardan istifadə etməklə, biz iqlim maliyyəsi, enerji keçidi və su təhlükəsizliyi kimi məsələlər üzrə bu mühüm dialoqu tədbirin fiziki hüdudlarından kənara çıxarır və müxtəlif dünya bölgələrindən insanların iştirakını təmin edirik."

"CBC TV" telekanalının baş direktoru Vüqar Xəlilov COP29-un yayım tərəfdaşı olduqlarını bəyan edərkən qeyd edib: "COP29 bütün bəşəriyyətə təsir edən qlobal problemləri həll etmək üçün vacib platforma funksiyasını yerinə yetirir. Bakıda keçirilən bu tədbirdə dünya liderləri, dövlət başçıları və hökumət nümayəndələri iqlim problemləri üzrə həll yollarını müəyyən etmək və ədalətli maliyyə bölgüsü məqsədilə birlikdə çalışacaqlar. Bu, bütün səslərin eşidildiyi bir məkan olacaq. Belə genişmiqyaslı tədbirlər hər bir media şirkəti üçün mühüm əhəmiyyət kəsb edir."

"ANEWZ" telekanalının icraçı direktoru Rüfət Həmzəyev COP29-un yerli yayım tərəfdaşı seçildiklərinə toxunaraq bildirib: "COP29-un rəsmi tərəfdaşı olaraq, "ANEWZ" şirkəti son dərəcə məmnundur ki, iqlim dəyişmələri ilə mübarizə sahəsində müxtəlif rəy və təşəbbüslərin gücləndirilməsinə töhfə verəcək. Bu tərəfdaşlıq qlobal auditoriya üçün maraqlı olan təsirli materiallar təqdim etmək əzmimizi əks etdirir. "ANEWZ" şirkətinin məqsədi gələcək nəsillər üçün dayanıqlı dünya naminə çiyin-çiyinə çalışan liderlərin, eləcə də novatorçular və icmaların səylərini nümayiş etdirməkdir."

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
seeПросмотров:224
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 08 Ноября 2024 19:01
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Солнце, ветер и вода на службе у экономики

15 Октября 2026 15:06see221

Капитал банков Азербайджана позволяет поддержать рост риск взвешенных активов

15 Октября 2026 11:52see217

GEROPHARM представил в Австрии первые в мире данные о терапии детского ожирения тирзепатидом ФОТО

16 Октября 2026 14:50see211

PASHA Bank организовал мероприятие Новая логистическая карта Азербайджана: от Среднего коридора к региональному логистическому центру ФОТО

15 Октября 2026 19:48see206

Шахин Махмудзаде об устойчивости банковской системы Азербайджана

15 Октября 2026 14:56see188

Кибератака на холодильники: во Франции пострадали около 700 магазинов

15 Октября 2026 18:05see182

Задержка поезда вызвала скопление пассажиров на Бакинском вокзале

15 Октября 2026 20:50see180

МЧС Азербайджана организовало дни открытых дверей для детей ФОТО

15 Октября 2026 18:47see178

От C5+1 к C6+1. Самарканд как репетиция, а премьера во Флориде? обзор на

16 Октября 2026 02:21see178

Нетаньяху рассказал о беседе с президентом Сирии СМИ

15 Октября 2026 20:48see175

45 минут в сердце Ордубада: путешествие сквозь историю и традиции (ФОТО)

15 Октября 2026 22:32see175

Сила, обретшая голос

15 Октября 2026 16:38see167

Индия снизила закупки золота за рубежом до 1,8 млрд долларов

15 Октября 2026 22:26see166

Около 17 тысяч потребителей на освобожденных от оккупации территориях обеспечены электроэнергией

15 Октября 2026 15:53see163

В WhatsApp появилась возможность звонить без регистрации

16 Октября 2026 04:31see160

В ООН подчеркнули приверженность Азербайджана международным договорам против пыток

16 Октября 2026 06:09see158

Жизнь на сцене, вечность в искусстве: в Баку торжественно отметили юбилей Нуреддина Мехтиханлы (ФОТО)

15 Октября 2026 23:35see158

В Испании ограбили дом вингера Бетиса Антони

16 Октября 2026 03:32see158

Протестующие в Албании ворвались в здание Минэкономики и устроили погром

16 Октября 2026 02:23see152

Власти Стамбула призвали жителей без необходимости не выходить из дома из за ливней

15 Октября 2026 22:12see143
newsПоследние новости
Самые свежие и актуальные события дня