Icma.az
close
up
AZ
Menu

Алёна Алиева поделилась публикацией с фестиваля BIAF 2026

В бакинском поселке дождевая вода затопила улицу: жители жалуются на бездействие ведомств

Последствия непогоды в Баку: дерево упало на газовую трубу и автомобиль

III Международный оперный фестиваль организовал концерт в честь Дня Победы

Счет за будущее: почему Франция и Германия теряют доверие собственных детей АНАЛИЗ от Baku Network

GECO подала заявку на признание Зеленого энергетического коридора проектом взаимного интереса ЕС

Компания GECO подала в Еврокомиссию заявку на статус PMI для Зеленого энергокоридора

Дашнаки объявили войну турецкому кандидату на пост Генсека ООН

Не только резюме: кого ищут работодатели в Азербайджане? Cоветы HR специалиста

В Карабахе продолжаются масштабные восстановительные работы Эрдоган

У России нет бензина

Желающие провести праздники в районах граждане оказались в сложной ситуации

Норрис одержал победу на Гран при Бразилии: Ферстаппен второй

Нормализация отношений Азербайджана и Армении поспособствовала улучшению ситуации на Южном Кавказе Шойгу

Песни Победы в исполнении детей в Баку состоялся праздничный концерт (ФОТО)

Чайка , подстреленная дважды

Легионера Сумгайыта вызвали на матчи Лиги наций КОНКАКАФ

В Агдамском районе перевернулся автомобиль: есть пострадавшие

В Чехии столкнулись 23 автомобиля

Овьедо объявил о назначении Рауля Гонсалеса главным тренером

Dehli Bakıya qarşı Strategiya əvəzinə qisas yanğısı

Dehli Bakıya qarşı Strategiya əvəzinə qisas yanğısı

Icma.az, со ссылкой на сайт Day.az, информирует.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Çinin Tyançjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti rəsmi gündəmlə yanaşı, Avrasiya geosiyasətində bir sıra dərin struktur dəyişikliklərini də aşkarladı. Əsas nəticə təşkilatın genişlənməməsi oldu ki, bu da konsensus prinsipinin birbaşa nəticəsi idi.

İlk baxışdan quru bürokratik termin arxasında Hindistanın beynəlxalq arenada radikal şəkildə dəyişən rolu və onun Azərbaycanla getdikcə güclənən qarşıdurması dayanır. Bu qarşıdurma artıq kənar maraqlar toqquşması çərçivəsindən çıxaraq çoxtərəfli institutların fəaliyyətini sarsıdan amilə çevrilir.

Dehlinin Azərbaycanın ŞƏT-ə üzvlüyünü birtərəfli qaydada bloklaması əslində düşünülmüş strateji addımdan daha çox, Hindistan xarici siyasətində getdikcə açıq şəkildə özünü göstərən revanşist əhval-ruhiyyənin məhsuludur. Burada tarixi paralellər göz önündədir: daxildə zəiflik hissi yaşayan dövlətlər onu sərt və çox vaxt məntiqsiz xarici mövqe ilə kompensasiya etməüyə çalışır, konkret maraqların təminindən çox rəqiblərin simvolik "cəza"sına yönəlirlər.

Dehli ilə Bakının qarşıdurmasının əsası "Azərbaycan - Pakistan - Hindistan" üçbucağında formalaşır. Azərbaycan müstəqilliyinin ilk illərindən İslamabadın Kəşmir məsələsindəki mövqeyini tam dəstəkləyir. Bu, yalnız diplomatik bəyanatlarla məhdudlaşmır, həm də beynəlxalq təşkilatlarda ardıcıl səsvermə ilə təsdiqlənir. Bakı mütəmadi olaraq Hindistanın Cammu və Kəşmir üzərində nəzarəti möhkəmləndirməyə yönəlmiş təşəbbüslərinə qarşı çıxır. Cavabında Pakistan isə Azərbaycanın ərazi bütövlüyünə "dəmir-beton" dəstək nümayiş etdirir - istər hər iki Qarabağ müharibəsində, istərsə də postmünaqişə dövründə.

Dehli bu ittifaqı geosiyasi realizm məntiqində deyil, ideoloji prizmadan qəbul edir. Hindistanda iqtidarda olan, baş nazir Narendra Modinin rəhbərlik etdiyi "Bharatiya Canata" Partiyasının hakimiyyəti dövründə Hindistan siyasəti hinduist "sivilizasiya qalası" obrazı üzərində qurulub. Bu paradiqmada Pakistanla hər hansı yaxınlaşma praqmatizm deyil, Hindistan kimliyinə qarşı düşmənçilik jesti kimi dəyərləndirilir.

Hindistanda islamofobiya meyllərinin artması faktlarla təsdiqlənir. "Pew Research Center"in məlumatına görə, hinduistlərin 64 faizindən çoxu İslamı "yad din" hesab edir, 2014-cü ildən sonra müsəlman icmalarına qarşı zorakılıq isə təxminən iki dəfə artıb. Bu daxili dinamika birbaşa olaraq xarici siyasətə də proyeksiya olunur. Hindistan diplomatiyası artıq rasional maraqlardan deyil, ideoloji revanşizmdən çıxış edir.

Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə dair açıq şəkildə bildirib: "Bizim üçün qardaşlıq münasibətləri hər şeydən üstündür". Bakının bu yanaşması Dehlinin məntiqi ilə kəskin kontrast təşkil edir: Azərbaycan Pakistan və Türkiyə ilə strateji dərinlik üzərində ittifaqa arxalanarkən, Hindistan bunun cavabında inciklik və simvolik intiqam xəttini seçir.

Klassik nümunə - Hindistan tərəfinin Azərbaycanın ŞƏT-ə müraciətini bloklamasıdır. Bu qərar faktların fonunda irrasional görünür. Son beş ildə Bakı Mərkəzi Asiyada mövcudluğunu fəal şəkildə genişləndirib: Qazaxıstan və Özbəkistanla ticarət dövriyyəsi 35 faizdən çox artıb, Azərbaycan Türkmənistanla strateji enerji sazişi imzalayıb, 2024-cü ildə isə Transxəzər marşrutu ilə 9 milyon tondan artıq yük daşınıb. ŞƏT üçün Azərbaycanın qoşulması Xəzər regionu ilə əlaqələrin güclənməsi və "Orta dəhliz"lə nəqliyyat inteqrasiyası demək olardı.

Hindistan isə bu prosesi bloklamaqla əslində özünə qarşı oynayır. Cənubi Qafqazda təsir imkanlarını artırmaq, yeni enerji və nəqliyyat kanalları açmaq əvəzinə, Dehli dünyaya yalnız öz zəifliyini nümayiş etdirir. Faktiki olaraq Hindistan zərbəni Azərbaycana yox, ŞƏT-in institusional güclənməsində maraqlı olan Çinə vurur. Nəticədə Pekin Pakistanın mövqeyini gücləndirmək üçün əlavə arqument qazanır ki, bu da avtomatik olaraq Hindistanın təşkilat daxilindəki çəkisini azaldır.

Kontrast xüsusilə Pakistanla Ermənistanın yaxınlaşması nümunəsində aydın görünür. İslamabadla müttəfiqlik münasibətlərinə baxmayaraq, Bakı bu prosesə mane olmadı. Hətta 2023-cü ildə İrəvan və İslamabad arasında diplomatik münasibətlərin qurulması Azərbaycan-Pakistan oxuna kritik təsir göstərmədi. Bu, Bakının yetkinliyini göstərir: o, qısamüddətli emosional reaksiyalardan deyil, uzunmüddətli sabitlik kateqoriyalarından çıxış edir.

Hindistan isə tam əksinə davranır. O, bloklayır, sabotaj edir, təcrid edir - amma konstruktiv gündəm irəli sürmür. Nəticədə Dehli özünü təsir alətlərindən məhrum edən dövlət mövqeyinə düşür.

Mövcud vəziyyət heyrətamiz dərəcədə ABŞ-ın 1960-cı illərdə Latın Amerikasındakı siyasətini xatırladır. O zaman Vaşinqton Kuba və sosializmdən doğan qorxu ilə bütün regionu təcrid etmiş, bununla da sovet təsirinin artmasına şərait yaratmışdı. Hindistan eyni səhvi təkrar edir: strateji genişlənmə əvəzinə ideoloji düşmənçilik xəttini seçir və nəticədə bu siyasət ən çox onun öz əleyhinə işləyir.

Hindistanın "Ermənistana dəstək" bəyanatları strategiya deyil, Dehlinin köhnə anti-Pakistan və anti-Türkiyə ritorikasının yan məhsuludur. Halbuki region çoxdan başqa qaydalarla yaşayır: dəhlizlərə nəzarət, tranzit rəqəmləri, enerji kontraktları və diplomatik mühəndislik. Burada şüarlar deyil, resurslar, müqavilə imzalamaq qabiliyyəti və çıxış imkanları önəmlidir.

Hindistan bu parametrlərin heç birində Cənubi Qafqazın "birinci liqasına" daxil deyil - və aşağıdakı faktların hər biri bunu təsdiqləyir.

Hindistan üçün Qafqaz istiqamətində yeganə real "quru" xətti İran üzərindən - Beynəlxalq Nəqliyyat Dəhlizi (MTK) və Çabahar limanı ilə bağlıdır. 2024-cü ilin mayında Hindistan İranla Çabaharın istismarı üçün 10 illik müqavilə imzaladı. Amma ABŞ dərhal sanksiya riskləri barədə xəbərdarlıq etdi. Bu isə Hindistan logistikası üçün siyasi həssaslıq yaradır.

Kağız üzərində MTK marşrutu Süveyşlə müqayisədə yolu təxminən 30-40% qısaldır. Amma real yük axınları İran infrastrukturundakı "boğaz" səbəbindən məhduddur. Halbuki Azərbaycanın Orta dəhlizi tam başqa miqyas nümayiş etdirir: 2024-cü ildə TITR üzrə yükdaşımalar 60% artdı, konteyner tranziti isə demək olar ki, iki dəfə böyüdü. Ələt limanı və modernləşdirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu illik 5 milyon tona qədər buraxılış gücü ilə fəaliyyəti bərpa etdi. Hindistan isə bu proseslərə heç bir aidiyyəti olmayan ölkədir.

2024-cü ildə Hindistanın Azərbaycanla ikitərəfli ticarəti 1 milyard dollardan az olub, Gürcüstanla təxminən 200 milyon, Ermənistanla isə 200-300 milyon dollar civarındadır. Müqayisə üçün: təkcə Azərbaycanın Çinlə ticarəti 3,7 milyard dolları keçib.

Energetika daha da aydın göstəricidir. Avropa İttifaqı və Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz tədarükünü iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmaq barədə razılaşıb. 2024-cü ildə isə Avropaya artıq 13 milyard kub qaz göndərilib. Bu, infrastruktur və uzunmüddətli kapitaldır. Hindistan isə bu oyunda yoxdur.

Hindistan həqiqətən də Ermənistanın silah təchizatçısına çevrilib: Swathi radiolokasiya kompleksləri, Pinaka reaktiv sistemləri, ATAGS artilleriya və Akash raketlərinin göndərilməsi planları. Ümumi müqavilələrin dəyəri 1,5 milyard dollardan çox qiymətləndirilir. Amma bu, strateji balansı dəyişmədi. 2023-cü ilin sentyabrında Azərbaycan cəmi bir sutkada Qarabağ üzərində nəzarəti bərpa etdi, 2024-2025-ci illərdə isə danışıqlar sülh sazişi mərhələsinə gəlib çatdı. Balansı silah yox, dəhlizlərə nəzarət və diplomatik təşəbbüslər müəyyənləşdirir.

Daha önəmlisi, 2025-ci il sentyabrın 1-də Pakistan və Ermənistan diplomatik münasibətlər qurdu. Elə həmin gün Hindistanın Qafqazdakı "anti-Pakistan oyunu" məntiqi yoxa çıxdı.

Əsl danışıqlar platformaları Brüssel, Vaşinqton və birbaşa Bakı ilə İrəvan arasında olub. ABŞ və Aİ vasitəçi, Türkiyə və Rusiya isə regional təminatçı rolunu oynayıb. Hindistan bu proseslərdə nə vasitəçi, nə də müşahidəçi kimi iştirak edib.

Energetika sahəsində Cənub Qaz Dəhlizi regionun əsas strateji layihəsi kimi ön plana çıxır. Buraya 40 milyard dollardan artıq sərmayə qoyulub və Avropa ilə uzunmüddətli müqavilələr imzalanıb. Bu infrastruktur həm geosiyasi, həm də iqtisadi baxımdan regionun gələcəyini müəyyənləşdirir. Hindistan isə bu mexanizmlərə çıxış imkanı olmayan ölkə olaraq kənarda qalır.

Ticarət müstəvisində Çin və Türkiyə artıq özlərini əsas tərəfdaşlar kimi təsdiqləyiblər. Həm mal dövriyyəsi, həm də tranzit həcmləri durmadan artır. Azərbaycanın bu iki ölkə ilə iqtisadi inteqrasiyası ildən-ilə güclənir. Hindistanın göstəriciləri isə müqayisə olunmayacaq dərəcədə zəifdir və regionun iqtisadi xəritəsində real çəki qazandırmır.

Müdafiə sahəsində isə Türkiyə və Pakistan Azərbaycanla institusional çərçivələrdə möhkəmlənmiş əməkdaşlığa malikdirlər. Şuşa Bəyannaməsi və "üç qardaş" formatı artıq regional təhlükəsizlik arxitekturasının mühüm elementlərinə çevrilib. Hindistan isə bu mexanizmlərdə iştirak etmir və nəticə etibarilə regional təhlükəsizlik sisteminin kənarında qalır.

Hindistan "ONGC Videsh" şirkəti vasitəsilə AÇQ konsorsiumunda və BTC neft kəmərində iştirak edir. Bu, Azərbaycanla praqmatik münasibətlərin əsası ola bilərdi. Amma Dehli bunun əvəzinə Ermənistanı anti-Pakistan siyasətinin simvolik alətinə çevirdi. Nəticədə Hindistan regionun ən zəif halqasına siyasi kapital yatırır.

Cənubi Qafqaz "düşmənimin düşməni mənim dostumdur" prinsipi ilə işləyən meydan deyil. Burada qalib gələnlər real qovşaqlara - qaz kəmərlərinə, limanlara, dəmir yollarına nəzarət edənlərdir.

Azərbaycan özünü əsas nəqliyyat-enerji mərkəzi kimi möhkəmləndirib, qaz ixracını artırıb və regionun tranzit xəritəsini yenidən qurub. Hindistan isə birbaşa çıxışsız, İran üzərindən sanksiya riskli marşruta bağlı və cüzi ticarətlə kənarda qalıb.

Dehlinin Ermənistan xəttinə "Pakistan və Türkiyəyə qarşı alət" kimi güvənməsi sadəcə sadəlövhlük deyil - bu, Hindistanı regionda marjinallaşdırır. Qafqazda rol qazanmaq üçün Hindistan infrastruktur, kontraktlar və maraqlar balansı dilində danışmalı idi. Hazırda isə onun bu real oyunçular klubunda yeri yoxdur.

Tarixi təcrübə göstərir ki, böyük dövlətlər təsirini koalisiyalar qurmaqla və pozitiv gündəm təklif etməklə gücləndiriblər. Əksinə, inciklik və intiqam üzərində qurulan siyasət tarixən iflasa məhkum olub. Roma müttəfiqlərinə hüquq və infrastruktur təqdim edirdi; Britaniya imperiyası, bütün ziddiyyətlərinə baxmayaraq, ticarət və siyasi institutların sistemini formalaşdırmışdı. Müasir Hindistan isə böyük güc olmaq iddiası ilə çıxış edərkən, daxili sərtlik və dialoqa qapalı siyasət ucbatından süquta uğrayan imperiyaların yolunu təkrarlamaq riski daşıyır.

Azərbaycanın qarşısını kəsməklə Hindistan nə öz təhlükəsizliyini gücləndirir, nə də Pakistanı zəiflədir. Əksinə, özünü diplomatik dalana salır, potensial tərəfdaşları uzaqlaşdırır və Dehlini konstruktiv şərik yox, qəfil gərginlik və qarşıdurma mənbəyi kimi görənlərin düşərgəsini gücləndirir.

Azərbaycan isə praqmatizm və strateji tərəfdaşlıq məntiqi ilə hərəkət etməklə mövqelərini möhkəmləndirir, bir daha göstərir ki, dövlətin əsl gücü başqalarını bloklamaq qabiliyyəti ilə deyil, möhkəm və qarşılıqlı faydalı ittifaqlar qurmaq bacarığı ilə ölçülür.

Не пропустите дальнейшие события, следите за актуальными новостями на Icma.az.
seeПросмотров:231
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 02 Сентября 2025 12:31
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Алёна Алиева поделилась публикацией с фестиваля BIAF 2026

09 Ноября 2026 04:01see273

В бакинском поселке дождевая вода затопила улицу: жители жалуются на бездействие ведомств

09 Ноября 2026 13:31see237

Последствия непогоды в Баку: дерево упало на газовую трубу и автомобиль

09 Ноября 2026 13:37see228

III Международный оперный фестиваль организовал концерт в честь Дня Победы

09 Ноября 2026 14:12see222

Счет за будущее: почему Франция и Германия теряют доверие собственных детей АНАЛИЗ от Baku Network

09 Ноября 2026 17:10see221

GECO подала заявку на признание Зеленого энергетического коридора проектом взаимного интереса ЕС

09 Ноября 2026 13:25see217

Компания GECO подала в Еврокомиссию заявку на статус PMI для Зеленого энергокоридора

09 Ноября 2026 15:37see212

Дашнаки объявили войну турецкому кандидату на пост Генсека ООН

09 Ноября 2026 18:16see205

Не только резюме: кого ищут работодатели в Азербайджане? Cоветы HR специалиста

09 Ноября 2026 14:06see205

В Карабахе продолжаются масштабные восстановительные работы Эрдоган

09 Ноября 2026 21:51see202

У России нет бензина

09 Ноября 2026 11:42see199

Желающие провести праздники в районах граждане оказались в сложной ситуации

10 Ноября 2026 01:45see197

Норрис одержал победу на Гран при Бразилии: Ферстаппен второй

09 Ноября 2026 03:07see195

Нормализация отношений Азербайджана и Армении поспособствовала улучшению ситуации на Южном Кавказе Шойгу

09 Ноября 2026 16:36see193

Песни Победы в исполнении детей в Баку состоялся праздничный концерт (ФОТО)

09 Ноября 2026 18:47see190

Чайка , подстреленная дважды

09 Ноября 2026 10:13see181

Легионера Сумгайыта вызвали на матчи Лиги наций КОНКАКАФ

09 Ноября 2026 23:34see168

В Агдамском районе перевернулся автомобиль: есть пострадавшие

09 Ноября 2026 04:30see160

В Чехии столкнулись 23 автомобиля

09 Ноября 2026 21:14see159

Овьедо объявил о назначении Рауля Гонсалеса главным тренером

09 Ноября 2026 21:13see155
newsПоследние новости
Самые свежие и актуальные события дня