Icma.az
close
up
RU
Dəmir yumruq milli birliyin və gücün rəmzidir DEPUTAT

Dəmir yumruq milli birliyin və gücün rəmzidir DEPUTAT

Icma.az, Sonxeber.az portalına istinadən məlumat verir.

""Dəmir yumruq" milli birliyin və gücün rəmzidir" - DEPUTAT

"Məlum olduğu kimi, 30 ilə yaxın müddətdə erməni qəsbkarlarının işğalı altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bu müddət ərzində dövlətimizin ali və strateji məqsədi olub. Həmçinin, bu müddətdə ordu quruculuğu Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub".

Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.

Deputat vurğulayıb ki, Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev "8 Noyabr – Zəfər günü" ilə əlaqədar çıxışında əbəs yerə qeyd etməmişdir ki, "Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq." Uzun illər ərzində düşmən ölkə ilə aparılan danışıqlar zamanı Azərbaycan eyni zamanda güclü ordu yaratmış, ordunun döyüş qabiliyyəti möhkəmləndirmiş, hərbi qüdrətini daha da artırmış və ordumuz müasir silah-sursat və texnika ilə təchiz edilmişdir:

"Ölkədə son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur, mindən çox hərbi təyinatlı məhsul istehsal edilir ki, həmin hərbi məhsullar dünyanın bir çox beynəlxalq sərgilərində nümayiş etdirilir.

Ermənistan dövlətindən fərqli olaraq Azərbaycan bir çox layihələr ilə regionda yeni nailiyyətlər qazanmış, regionun enerji və nəqliyyat xəritəsini yenidən tərtib etmişdir. Azərbaycan tərəfindən atılan uğurlu addımlar xalqımızla yanaşı, bir çox ölkələrin də maraqlarını təmin edir.

Azərbaycan müharibə vəziyyətində olduğu dönəmlərdə bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq etmiş və münaqişənin həlli üçün hüquqi bazasını yaratmışdır. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar tərəfindən Azərbaycanın xeyrinə qətnamələr qəbul edilmiş, beynəlxalq sənədlərdə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi".

Deputat vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (sonradan ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışılmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz, beynəlxalq qətnamələr isə sadəcə kağız üzərində qalmışdır:

"Buna baxmayaraq, Azərbaycan hər zaman beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi icra olunmadığı üçün, aramsız davam edən Ermənistanın təxribatçı addımları və hərəkətləri müharibəni qaçılmaz etmişdi.

Ölkə Prezidenti 2003-cü ildən bu günə kimi Azərbaycanın gücləndirilməsinə çalışmış, vətən müharibəsinə qədər bütün addımları yalnız torpaqlarımızı düşmənin işğalından azad edilməsinə xidmət etmişdir.

"Məlum olduğu kimi, 1988-ci ildə başlayan Qarabağ hadisələri kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan isə bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.

2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq, Ermənistanın müxtəli rayon və kəndlərində yerləşən mövqelərindən Azərbaycanın bir çox əraziləri atəşə tutulmuşdur.

Buna cavab olaraq, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ali Baş Komandan tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. "Dəmir yumruq" əməliyyatının ilk anlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başlamışdır. 44 gün ərzində hər gün Azərbaycan Silahlı Qüvvələri irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgər və zabitləri işğala son qoyulması və tarixi ədalətin zəfər çalması naminə öz canlarını və qanlarını fəda edirdilər. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirərək, on minlərlə insan orduya könüllü kimi yazılmış, eləcədə təxribatlar zamanı insanlar öz evlərini tərk etməməklə Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamını təzahür etmişdir.

Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 44 gün ərzində düşmən ordusunu məhv edərək, noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdir. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliklər azad olundu, Azərbaycanın ərazi bütövlüyünü bərpa edilmişdir.

Şuşa şəhərinin Silahlı Qüvvələrimiz tərəfindən azad olunması ilə müharibənin taleyini həll edildi. 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

44 gün ərzində Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Bu müddət ərzində Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı və peşəkarlığı ilə Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü və öz qüdrətini göstərdi".

Deputat söyləyib ki, "Dəmir yumruq" milli birliyin və gücün rəmzidir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə aparır:

"Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq "Dəmir yumruq" kimi səciyyələndirilir".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 04 Noyabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri