DİM sədri “bunker müəllimi" iddialarına aydınlıq gətirib
Согласно информации сайта Day.az, сообщает Icma.az.
"Bunker müəllimləri", "bizdə suallar var" kimi ifadələr sadəcə mifdir. Bunların hamısı abituriyentlərin və valideynlərin diqqətini cəlb etmək, nəticədə isə müştəri toplamaq məqsədi daşıyır. Bizneslə məşğul olmaq qanunla qadağan edilməsə də, Dövlət İmtahan Mərkəzinin nüfuzuna xələl gətirərək bu işi qurmaq cəhdlərinin sonu yoxdur.
Day.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, son dövrlərdə kodlaşdırma ilə bağlı da yanlış informasiyalar yayılır:
"Halbuki kodlaşdırma prosesi tam şəffaf şəkildə aparılır. Hər bir abituriyent topladığı balı bilir, boş yerlərin sayı məlumdur və biz bütün bu məlumatları ictimaiyyətə açıq təqdim edirik. Üstəlik, Bakıda və regionlarda fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzlərində mütəxəssislərimiz abituriyentlərə pulsuz xidmət göstərirlər. Həmin mütəxəssislərə əvvəlcədən vebinarlar vasitəsilə müsabiqə vəziyyəti izah olunur, mən özüm də ixtisaslar üzrə müqayisəli çıxışlar edirəm".
Məleykə xanım qeyd edib ki, buna baxmayaraq, bəzi şəxslər abituriyentlərə "kömək" adı ilə müxtəlif təkliflərlə yaxınlaşır və onların məlumat azlığından istifadə edirlər. Nəticədə isə həmin abituriyentlər kodlaşdırdıqları ixtisaslara qəbul olunmadıqda, ittihamları Dövlət İmtahan Mərkəzinə yönəldirlər.
Другие новости на эту тему:
Просмотров:61
Эта новость заархивирована с источника 19 Декабря 2025 16:39 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















