Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı fərmanda dəyişiklik edilib
По данным сайта Day.az, передает Icma.az.
Prezident İlham Əliyev "Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında" fərmanda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, dövlət qulluqçularının hazırlanması işinin təkmilləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, dövlət idarəçiliyinə dair nəzəri biliklərinin artırılması, habelə bu sahədə vahid kadr siyasətinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçuları üçün ixtisasartırma istiqaməti üzrə əlavə təhsili təşkil etməlidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təşkil olunan ixtisasartırma istiqaməti üzrə əlavə təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
İxtisasartırma istiqaməti üzrə əlavə təhsilə cəlb olunan dövlət qulluqçularının təhsil aldıqları müddətdə əməkhaqları saxlanılır.
Bu Fərmanda nəzərdə tutulmuş dövlət sifarişinin təşkili və icrası işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası hər il ixtisasartırma istiqaməti üzrə əlavə təhsilə cəlb olunan dövlət qulluqçularının siyahısını və sayını müəyyən etməlidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birlikdə ixtisasartırma istiqaməti üzrə əlavə təhsilin həyata keçirilməsini təmin etmək üçün lazımi təbdirlər görməlidir.
Другие новости на эту тему:
Просмотров:225
Эта новость заархивирована с источника 15 Мая 2025 12:43 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















