Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək
Icma.az сообщает, ссылаясь на сайт Day.az.
İspaniyanın "Barselona" futbol klubunun rəsmi saytı Azərbaycandakı yeganə rəsmi fan-klubu olan "Peña Barcelonista Bakú" haqqında məqalə dərc edib.
Klubun rəsmi saytında yayımlanan məqalədə Bakıda keçiriləcək "Sabah" - "Barselona" matçı, Azərbaycandakı kataloniyalı azarkeşlərin fəaliyyəti və yerli fan-klubun qarşılaşma ərəfəsində üzərinə götürdüyü ev sahibliyi missiyası barədə məlumat verilib.
Məqalədə bildirilir ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyununda "Barselona"nı dəstəkləmək üçün ümumilikdə 474 azarkeş Azərbaycana gələcək. Onlardan 268-i klubun üzvü, 206-sı isə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 41 fan-klubun nümayəndəsidir.
Məqalədə vurğulanır ki, bu qarşılaşma "Barselona"nın peşəkar komandasının Azərbaycana rəsmi yarış çərçivəsində ilk səfəri olacaq. Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində "Sabah"la üz-üzə gələcək.
"Barselona"nın Azərbaycandakı yerli fan-klubu - "Peña Barcelonista Bakú" isə matç üçün Bakıya gələcək azarkeşləri qarşılayacaq və onlara ev sahibliyi edəcək. Klubun rəsmi saytının məlumatına görə, fan-klubun 400-dən çox qeydiyyatdan keçmiş üzvü var. "Peña Barcelonista Bakú" 2017-ci ildə rəsmi status alıb və Qafqaz ölkələri arasında "Barselona"nın yeganə rəsmi fan-klubudur.
Bundan başqa, İraqın "Peña Blaugrana de Bagdad" və İsrailin "Peña Blaugrana Tel Aviv" fan-klublarının hər birindən 18 nəfər Bakıya gələcək. Paris və Poznan şəhərlərindəki fan-klubların nümayəndələri də komandanı dəstəkləmək üçün Azərbaycana səfər edəcəklər.
Qeyd edək ki, "Sabah" - "Barselona" qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. Trend BİA-nın əməkdaşı da oyunu operativ şəkildə işıqlandırmaq üçün rəsmi akkreditasiyadan keçib.
Другие новости на эту тему:
Просмотров:82
Эта новость заархивирована с источника 23 Ноября 2026 18:07 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















