Icma.az
close
up
AZ
Menu

Кадыров тяжело болен, близкие собрались в его больнице Minval Politika

ВСУ ударили по буровым установкам Лукойла на Каспии Minval Politika

ING поделилась прогнозами по инфляции в Турции до 2028 г.

В Азербайджане резко похолодает: температура снизится на 10 градусов Minval Politika

Война России и Украины превысила по длительности Великую Отечественную

Источники ГУР: У Кадырова отказали почки, Кремль обсуждает замену главы Чечни

В ряде поселков Баку будет создана система управления сточными водами

Эльчин Амирбеков: Азербайджан это естественные ворота в Центральную Азию из Европы

В Баку строится новая дорога ВИДЕО

В Нью Йорке тысячи людей провели акцию протеста против политики администрации Трампа

Ученые нашли для кофе новое применение

В Агдаме автомобиль сбил пешехода ФОТО

Приоритет: человеческий капитал

Вашингтон планирует снять часть санкций с Каракаса для продажи венесуэльской нефти

Скандинавские страны отвергают заявления Трампа о кораблях РФ и КНР у берегов Гренландии

Соловьев озвучил планы Кремля: Армения и Узбекистан ответили ТОЧКА ЗРЕНИЯ

Температура понизится на 10 градусов ПРЕДУПРЕЖДЕНИЕ

Изменение в сборной Азербайджана

Карабах в ожидании матча с Нефтчи

"Барселона" обыграла "Реал" и в 16 й раз выиграла Суперкубок Испании

Əhməd Əl Şaraanın Bakıya səfəri Azərbaycan Suriya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir Azər Qarayev

Əhməd Əl Şaraanın Bakıya səfəri Azərbaycan Suriya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir Azər Qarayev

Как передает Icma.az, основываясь на информации сайта Day.az.

Azərbaycan-Suriya münasibətləri uzun illərdir ki, dondurulmuş vəziyyətdə idi. Əsəd rejiminin dövründə rəsmi Dəməşqin Azərbaycanın ərazi bütövlüyünə laqeyd münasibəti, xüsusilə Ermənistanla yaxın əlaqələri münasibətləri soyutmuşdu. Lakin Suriyada baş verən son siyasi transformasiyalar, yeni keçid hakimiyyətinin formalaşması və onun regional siyasətə yeni baxışı fonunda Azərbaycanla münasibətlərin bərpası prosesi start götürüb. Bu baxımdan, iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Bakıya işgüzar səfəri və Prezident İlham Əliyevlə görüşü iki ölkə arasında münasibətlərin tamamilə yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Əslində, Azərbaycanla Suriya arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Lakin 2000-ci illərin ortalarından etibarən Suriya hakimiyyətinin Ermənistanla hərbi və siyasi yaxınlaşması, xüsusilə də Qarabağ məsələsinə dair qeyri-obyektiv mövqeyi Bakıda ciddi narazılıq doğururdu. Əsəd rejimi həm diplomatik kanallarda, həm də BMT çərçivəsində Azərbaycanın maraqlarını nəzərə almadan addımlar atırdı. Nəticədə, 2010-cu illərin əvvəllərində münasibətlər faktiki olaraq donduruldu, səfirliklər qeyri-aktiv rejimə keçdi, siyasi dialoq tam dayandı. Suriyada vətəndaş müharibəsinin başlanması, ölkədə sabitliyin itirilməsi və Əsədin legitimliyinin qlobal mübahisə mövzusuna çevrilməsi də Bakının Dəməşqlə əlaqələrini uzun illər ərzində qeyri-funksional səviyyədə saxladı", - o bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin dekabr ayından etibarən Suriyada keçid dövrü hakimiyyətinin formalaşması ilə bölgədə yeni dinamika yaranmağa başladı.

"Bu rəhbərliyin əsas prioritetlərindən biri ölkənin xarici siyasət kursunu yenidən tənzimləmək və bir sıra regional ölkələrlə münasibətləri normallaşdırmaq oldu. Məhz bu prosesin nəticəsi olaraq, Azərbaycanla ilkin diplomatik əlaqələrin bərpası təşəbbüsü irəli sürüldü. 2025-ci ilin əvvəlində Azərbaycanın Baş nazirinin müavini və Xarici İşlər Nazirliyinin rəhbərliyi səviyyəsində nümayəndə heyətinin Suriyaya rəsmi səfəri bu təşəbbüsün ilk ciddi nəticəsi oldu. Səfər zamanı iqtisadi, enerji, mədəni və humanitar sahələrdə əməkdaşlığın perspektivləri geniş şəkildə müzakirə edildi", - o bildirib.

A.Qarayev qeyd edib ki, iyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında Bakıda keçirilən geniş və məhdud tərkibdə görüşlər Azərbaycan-Suriya münasibətlərində əhəmiyyətli dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.

"Prezident İlham Əliyev görüşdə açıq şəkildə bildirdi ki, əvvəlki Suriya hökumətinin Azərbaycana qarşı qeyri-dost siyasəti nəticəsində münasibətlərdə durğunluq yaranmışdı. Lakin yeni hakimiyyətin mövqeyi, bu siyasətin dəyişdirilməsi və dostluq əlaqələrinin qurulması üçün səyləri yüksək qiymətləndirilir. Əhməd Əl Şaraa öz növbəsində qeyd etdi ki, əvvəlki rejim ölkəni regional təcridə sürükləyib, Azərbaycanla da əlaqələr zədələnib.

Hazırkı keçid hökuməti isə bu səhvləri düzəltmək, ölkəni yenidən beynəlxalq və regional əməkdaşlıqlara cəlb etmək niyyətindədir. Görüşdə müzakirə olunan əsas mövzulardan biri enerji əməkdaşlığı oldu. Suriyanın hazırda ciddi enerji böhranı yaşadığı, elektrik enerjisinə çıxışın son dərəcə məhdud olduğu, neft-qaz infrastrukturunun isə böyük hissəsinin sıradan çıxdığı vurğulandı. Bu konteksdə Prezident İlham Əliyev Azərbaycanın Suriyanın enerji təhlükəsizliyinə real töhfə verə biləcəyini bildirdi. Xüsusilə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı məsələsi gündəmə gətirildi. Bu layihənin həyata keçirilməsi, Suriya üçün təkcə iqtisadi deyil, həm də humanitar əhəmiyyət daşıyır. Məhz bu məqsədlə səfər çərçivəsində iyulun 12-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalandı. Memorandumu SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzaladılar. Bu sənəd gələcək enerji əməkdaşlığının hüquqi və iqtisadi bazasını müəyyən edir", - o bildirib.

Onun sözlərinə görə, Suriyanın neft və qaz resursları, xüsusilə Deyr əz-Zor, Homs və Haseke bölgələrində yerləşən yataqları, illərdir davam edən vətəndaş müharibəsi nəticəsində ya sıradan çıxıb, ya da nəzarətsiz qalıb.

"Münaqişədən əvvəl ölkə gündəlik 380-400 min barel neft hasilatı ilə Yaxın Şərqdə mühüm enerji oyunçularından biri sayılırdı. Hazırda bu ehtiyatların bərpası və yenidən işlənməsi Suriyanın iqtisadi dirçəlişində həlledici rol oynaya bilər. Məhz bu kontekstdə Azərbaycanın SOCAR vasitəsilə bu sahəyə cəlb olunması həm texniki imkanlar, həm də investisiya baxımından real və strateji addım ola bilər.

Azərbaycanın Xəzər hövzəsində zəngin təcrübəyə malik olması və postmüharibə bölgələrində sürətli infrastruktur bərpası bacarığı, Suriyada enerji infrastrukturunun yenidən qurulması prosesində də tətbiq oluna bilər. Bu, Azərbaycanın yalnız təbii qaz ixracatçısı deyil, həm də texnologiya və təcrübə daşıyıcısı kimi regional statusunu daha da möhkəmləndirər", - A.Qarayev bildirib.

Politoloq vurğulayıb ki, görüş zamanı yalnız enerji və siyasət deyil, həm də humanitar sahədə əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparıldı.

"Ölkəmizin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində təcrübəsinin olduğu nəzərə alınaraq vurğulandı ki, bu xüsusda Azərbaycan Suriyanın postmünaqişə dövründə bərpa və quruculuq prosesinə öz töhfəsini verə bilər", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Suriya ilə bu yaxınlaşması təsadüfi deyil.

"Suriya Yaxın Şərqdə əsas coğrafi oyunçulardan biridir. Bölgədəki sabitlik və enerji-logistika layihələrinin təhlükəsizliyi üçün Suriya ilə əməkdaşlıq zərurətə çevrilib. Eyni zamanda, Azərbaycanın müsəlman ölkələri ilə həmrəy siyasətinin bir hissəsi kimi də bu yaxınlaşma təhlil edilə bilər. Bu proses həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Son illərdə müxtəlif bölgələrdən ölkəyə yüksək səviyyəli səfərlərin artması, Bakı diplomatiyasının universal tərəfdaşlıq modelinə keçdiyini göstərir", - o bildirib.

A.Qarayev qeyd edib ki, Əhməd Əl Şaraanın Bakıya səfəri təkcə protokol xarakterli deyil, strateji xarakterli diplomatik hadisə idi.

"Prezident İlham Əliyevin regionda yüksələn lider statusu, Azərbaycanın iqtisadi və enerji imkanları, həmçinin, humanitar təşəbbüsləri Suriyanın yeni rəhbərliyi üçün mühüm tərəfdaşlıq imkanları açır. Azərbaycan isə bölgədə nüfuzunu genişləndirmək, sabitliyin qurulmasına töhfə vermək, həm də öz iqtisadi maraqlarını reallaşdırmaq üçün Suriyanı yeni regional körpü kimi görür. Əlaqələrin daha da genişlənməsi, səfirliklərin açılması, iqtisadi və humanitar layihələrin reallaşması qarşıdakı aylarda Bakı-Dəməşq xəttində daha çox diplomatik fəallıq vəd edir", - politoloq əlavə edib.

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
seeПросмотров:86
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 14 Июля 2025 16:01
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Кадыров тяжело болен, близкие собрались в его больнице Minval Politika

11 Января 2026 15:29see573

ВСУ ударили по буровым установкам Лукойла на Каспии Minval Politika

11 Января 2026 18:01see212

ING поделилась прогнозами по инфляции в Турции до 2028 г.

12 Января 2026 08:46see196

В Азербайджане резко похолодает: температура снизится на 10 градусов Minval Politika

12 Января 2026 17:00see193

Война России и Украины превысила по длительности Великую Отечественную

11 Января 2026 12:54see180

Источники ГУР: У Кадырова отказали почки, Кремль обсуждает замену главы Чечни

11 Января 2026 16:11see169

В ряде поселков Баку будет создана система управления сточными водами

12 Января 2026 16:59see165

Эльчин Амирбеков: Азербайджан это естественные ворота в Центральную Азию из Европы

12 Января 2026 10:10see162

В Баку строится новая дорога ВИДЕО

11 Января 2026 08:28see155

В Нью Йорке тысячи людей провели акцию протеста против политики администрации Трампа

12 Января 2026 06:55see142

Ученые нашли для кофе новое применение

11 Января 2026 08:44see142

В Агдаме автомобиль сбил пешехода ФОТО

11 Января 2026 08:14see141

Приоритет: человеческий капитал

12 Января 2026 17:07see136

Вашингтон планирует снять часть санкций с Каракаса для продажи венесуэльской нефти

11 Января 2026 05:04see132

Скандинавские страны отвергают заявления Трампа о кораблях РФ и КНР у берегов Гренландии

11 Января 2026 16:40see132

Соловьев озвучил планы Кремля: Армения и Узбекистан ответили ТОЧКА ЗРЕНИЯ

12 Января 2026 17:01see130

Температура понизится на 10 градусов ПРЕДУПРЕЖДЕНИЕ

12 Января 2026 17:00see130

Изменение в сборной Азербайджана

12 Января 2026 14:38see124

Карабах в ожидании матча с Нефтчи

12 Января 2026 14:38see123

"Барселона" обыграла "Реал" и в 16 й раз выиграла Суперкубок Испании

12 Января 2026 01:10see122
newsПоследние новости
Самые свежие и актуальные события дня