Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib FOTO
По информации сайта Day.az, передает Icma.az.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 14-də Asiya İnkişaf Bankının prezidenti Masato Kanda ilə görüşüb.
Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bİldirilib ki, görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib.
Ötən müddət ərzində Bankın Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarının inkişafına dəstək verdiyi bildirilib. Eyni zamanda nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirilməsindən məmnunluq ifadə olunub.
Azərbaycanın Asiya İnkişaf Bankının az inkişaf etmiş ölkələrə yardım göstərilməsi təşəbbüsünün iştirakçısı olduğu, ölkəmizin Bankın Asiya İnkişaf Fonduna ianələr ayırdığı diqqətə çatdırılıb.
Eyni zamanda ölkəmizdə yaradılan əlverişli investisiya və biznes mühitinə toxunulub, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi dirçəlişi istiqamətində həyata keçirilən proqramlar, həmçinin bu ərazilərin investisiya potensialı barədə məlumat verilib.
Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında cari ilin iyul ayında təsdiqlənmiş 2025-2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində prioritet istiqamətlər üzrə əməkdaşlıq imkanları, o cümlədən metro şəbəkəsinin genişləndirilməsi, dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi, su təchizatı sisteminin yaxşılaşdırılması və ikitərəfli gündəlikdə duran bir sıra digər perspektivli layihələr müzakirə olunub.
Другие новости на эту тему:
Просмотров:59
Эта новость заархивирована с источника 14 Ноября 2025 17:59 



Войти
Новости
Погода
Магнитные бури
Время намаза
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















