İRİA 10 a yaxın Afrika ölkəsinin heyəti ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib FOTO
Icma.az сообщает, ссылаясь на сайт Day.az.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Mali, Tanzaniya, Burkina Faso, Somali, Seneqal, Çad, Tunis, Keniya və digər Afrika ölkələrindən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı rəqəmsal inkişaf istiqamətində əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
Afrika nümayəndələri səfər çərçivəsində Azərbaycanın rəqəmsal dövlət texnologiyaları ilə tanış olublar. Təqdimatlar zamanı vətəndaşyönümlü rəqəmsal həllər olan "mygov" və "mygov ID", eləcə də rəqəmsal hökumət həlləri - Rəqəmsal Sənəd Dövriyyəsi və "digital.bridge" haqqında ətraflı məlumat verilib. Xüsusilə də "mygov" timsalında "bir pəncərə" prinsipi ilə işləyən "GovTech" məhsullar böyük marağa səbəb olub.
İRİA-nın kommersiya üzrə baş inzibatçısı Salar İmaməliyev bildirib ki, Afrikanın bir sıra ölkələri Azərbaycanın rəqəmsal inkişaf təcrübəsini öyrənməkdə maraqlıdır və İRİA bu istiqamətdə sistematik olaraq təcrübə mübadiləsini həyata keçirməyə hazırdır. O, həmçinin vurğulayıb ki, digər ölkələrin Azərbaycanın rəqəmsal dövlət məhsullarına artan marağı ölkəmizdə uğurlu rəqəmsallaşma siyasətinin keyfiyyət göstəricisidir.
Qeyd edək ki, sözügedən görüşlər Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) çərçivəsində keçirilir və ölkələr arasında rəqəmsal körpülərin qurulması, əməkdaşlıq imkanlarının araşdırılması və texnoloji diplomatiyanın gücləndirilməsinə xidmət edir.
Другие новости на эту тему:
Просмотров:68
Эта новость заархивирована с источника 04 Декабря 2025 11:20 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















