Əsgərlərimiz qar uçqununa düşüb, axtarış gedir RƏSMİ
Согласно информации сайта Day.az, сообщает Icma.az.
Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Həmidov Ruslan Rüstəm oğlu və əsgər İmanov Əli Tariyel oğlu dumanlı hava şəraitində qar uçqununa düşüblər.
Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.
Bildirilir ki, hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal zəruri axtarış tədbirlərinə başlanılıb.
Axtarış-xilasetmə tədbirlərinə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin qüvvə, vasitə və xüsusi texnikaları cəlb edilib.
Axtarışın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Другие новости на эту тему:
Просмотров:72
Эта новость заархивирована с источника 19 Марта 2025 16:24 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















