Ət alanlara şad xəbər QİYMƏT ENDİ VİDEO
По материалам сайта Day.az, передает Icma.az.
Bölgələrdə heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlardan sonra mal ətinə tələbat azalıb. Bu hal isə mal ətinin ucuzlaşmasına səbəb olub. Satıcılar ucuzlaşmanın 2 manat civarında olduğunu deyirlər.
Day.Az xəbər verir ki, məsələn, Tovuzda iri və xırdabuynuzlu heyvan ətinin qiyməti düşüb.
İribuynuzlu heyvan ətinin 1 kiloqramı əvvəl 17 manata idisə, indi 15 manata təklif olunur. Xırdabuynuzlu heyvan ətinin qiymətində də 1-2 manat ucuzlaşma müşahidə olunur. Əvvəllər 20 manata satılan quzu əti, indi 18 manata təklif olunur.
Cəlilabadda da ətin qiymətində 1 manat, 1 manat 50 qəpik enmə müşahidə olunur. Satıcıların sözlərinə görə, əvvəllər 16 manat - 16 manat 50 qəpiyə satılan mal əti indi ucuzlaşıb. Hazırda mal ətinin 1 kiloqramı müştərilərə 15 manata təklif olunur. Satıcılar deyirlər ki, qiymətlərdə enmə olsa da, yenə də alıcı azdır.
Satıcılar deyirlər ki, ətin qiymətinin aşağı düşməsinin bir səbəbi xəstəliklə əlaqələndirilsə də, digər səbəbi ölkəyə ucuz heyvan ətinin idxal olunmasıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Другие новости на эту тему:
Просмотров:57
Эта новость заархивирована с источника 11 Ноября 2025 09:25 



Войти
Новости
Погода
Магнитные бури
Время намаза
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















