Ətin qiyməti yenidən dəyişəcək?
Icma.az передает, что по данным сайта Day.az.
da və bəzi bölgələrdə mal ətinin qiymətində artım müşahidə olunur. Bu artım paytaxtda 2 manat, bölgələrdə isə 1 manatdır.
Bəs bu artım nə ilə bağlıdır?
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, ətin qiymətinin artmasını qəssablar da təsdiq edir. Onların sözlərinə görə, qiymət artması onlara sərf etmir.
"Çünki qiymət artdıqca alıcı da azalır. Qiymət artımının səbəbi mal qıtlığı var. Əvvəl xaricdən gəlirdi, artıq gəlmir. Həm də otun qiyməti artıb. Örüş sahələri də azalıb. Əvvəllər bazara 100 baş heyvan çıxarıldısa, indi 40-50 baş çıxarılır. Yay aylarında maldarlığa maraq qış aylarına nisbətən az olur ki, bu da qiymət artımına təsir göstərir. Bölgələrdə ət 17 manat təklif edilir, Bakıda isə 20 manatdır".
Qeyd edək ki, mal ətindən fərqli olaraq quzu ətinin qiymətində isə dəyişiklik hiss olunmur. Hazırda quzu ətinin qiyməti 19-20 manatdır.
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli qeyd edir ki, ətin qiymətinin baha olması idxaldan asılılıqla və yerli məhsulun lazimi qədər olmaması ilə bağlıdır.
"Təsərrüfatda qiymətlər artıb. Ot bağlamaları, yemlərin qiyməti heyvandarlıqla məşğul olan şəxsə sərf eləmir. Şərqi Zəngəzur və Qarabağda saxlanılan heyvanların sayı çoxaldılarsa, qiymətlər nisbətən aşağı düşə bilər".
Ekspert bildirir ki, əhalinin artımı fonunda saxlanılan heyvanların azalması da qiymətin artımına təkan verir.
Другие новости на эту тему:
Просмотров:154
Эта новость заархивирована с источника 02 Сентября 2025 10:23 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















