Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ
Icma.az, со ссылкой на сайт Day.az, информирует.
09.12.2024-cü il tarixində saat 07:00 radələrində 3 nəfər Füzuli rayonu, Horadiz qəsəbə sakini (hər üçü kişi cinsli) müxtəlif xəsarətlərlə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, 1990-cı il təvəllüdlü şəxsə sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol aşıq və çənə sümüklərinin açıq sınığı, qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, 1995-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, üzün çapılmış yaraları, 2000-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, beyin kötüyünün əzilməsi diaqnozu qoyulub.
Yaralılara lazımi tibbi müdaxilələr edilib.
Onlardan 1990 və 2000-ci il təvəllüdlü şəxslərin vəziyyətləri ağır qiymətləndirildiyindən Gəncə şəhərindəki özəl tibb müəssisəsinə təxliyə ediliblər. Vəziyyəti orta ağır qiymətləndirilən 1995-ci il təvəllüdlü şəxsin də ixtisaslı yardım alması üçün təxliyə prosesi ilə bağlı zəruri addımlar atılır.
Qeyd edək ki, ANAMA əməkdaşları Füzulidə qəzaya düşüb. 1995-ci il təvəllüdlü Qəhrəmanov Samir Salman oğlu idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarına yuvarlanıb. Nəticədə sürücü S.Qəhrəmanov olmaqla avtomobildə olan rayonun Qayıdış 3 qəsəbə sakini 2000-ci il təvəllüdlü Bəylərzadə Ramiz İlqar oğlu və Qayıdış 2 qəsəbə sakini 1990-cı il təvəllüdlü Qasımov Mustafa Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Другие новости на эту тему:
Просмотров:59
Эта новость заархивирована с источника 09 Декабря 2024 17:21 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















