Icma.az
close
up
AZ
Menu

Желающие провести праздники в районах граждане оказались в сложной ситуации

Эрлинг Холанд повторил успех трехлетней давности

Пол Маккартни занял третье место среди самых богатых музыкантов мира

Ученые открыли новые генетические признаки, помогающие объяснить аутизм

В Париже состоялся показ фильма Танец Победы , посвященного Отечественной войне

Ушел из жизни заслуженный деятель культуры Азербайджана Аслан Фатуллаев

В Филармонии состоялся торжественный концерт, посвященный Дню Победы ФОТО

Бюст Чаренца в Голубой мечети? Армяно иранский акт этнокультурного подлога

Президент США назвал конфликт с Ираном практически оконченным с военной точки зрения

КСИР атаковал принадлежащий Оману остров

Азербайджанский актер Эльдар Искендеров привлек внимание международной кинопрессы

Иран атаковал оманский остров видео

В Азербайджане начали действовать новые правила для продавцов товаров в рассрочку

Российским спортсменам могут запретить въезд в Финляндию

В павильоне Азербайджана на COP31 обсудили пути развития зеленых энергетических коридоров

Рост неинфекционных заболеваний в Азербайджане: причины и основные факторы риска

Джевдет Йылмаз: Встреча Реджепа Тайипа Эрдогана и Ильхама Алиева лучший ответ на дезинформации

Китайский вектор Грузии: инвестиции, геополитика и новые правила игры на Южном Кавказе

Эльвин Юнусзаде: Он находится в другой стране. Пусть менталитеты и похожи, но он уже не в Азербайджане

Юнис Гусейнов: Победы над Сабахом и Карабахом ничего не изменили

Gizli dialoqların pərdə arxası: “Boz Kardinal” Əli Kərimli əlaqəsi

Gizli dialoqların pərdə arxası: “Boz Kardinal” Əli Kərimli əlaqəsi

По информации сайта Day.az, передает Icma.az.

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barəsində məhkəmə qərarından sonra Əli Kərimli təlaş içindəydi.

Bugün məlum olduğu kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evində axtarış aparılıb. Bu da əbəs yerə deyil. AXCP sədrinin evindəki axtarış Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır. Əli Kərimli Ramiz Mehdiyevlə özünü əks qütblərdə göstərsə də elə deyil. Müəyyən edilmiş sənədlərlə sübutlardan məlum olur ki, "Boz kardinal" ın dövlət çevrilişi məqsədilə yaratdığı "Dövlət Şurası"nın tərkibində Əli Kərimli də yer alır. Əli Kərimli Ramiz Mehdiyevin köməkçisi olan Eldar Əmirovla gizli görüşlər keçirib və məxfi məlumatlar mübadiləsi həyata keçirib. Lakin görünən odur ki, "Boz Kardinal"la Əli Kərimlinin qurduğu məkirli planlar "suya düşüb".

Ramiz Mehdiyevin həbs olunması ilə növbənin ona da çatacağından qorxuya düşüb.

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirib ki, regionda gedən geosiyasi proseslər, xüsusilə də Rusiya-Ukrayna müharibəsinin nəticələri Cənubi Qafqazda təhlükəsizlik balansına birbaşa təsir göstərə bilər.

"Müharibədən sonrakı dövrdə böyük güclərin təsir dairələrini yenidən qurmağa çalışacağı ehtimalı bu məsələnin aktuallığını daha da artırır. Belə şəraitdə Azərbaycan üçün daxili siyasi sabitlik, milli maraqlara uyğun fəaliyyət və potensial xarici təsirlərə qarşı dayanıqlılıq xüsusi əhəmiyyət daşıyır."

T. İsmayılov vurğulayıb ki, cəmiyyət daxilində müxtəlif siyasi qrupların fəaliyyətinin regional proseslərdən təsirlənə biləcəyi də nəzərə alınmalıdır:

"Bu kontekstdə hər hansı siyasi qüvvənin kənar təsirlərə açıq olması ehtimalı, radikallaşma riski və milli təhlükəsizliklə ziddiyyət təşkil edəcək davranışlar diqqətlə qiymətləndirilməli faktorlardır. Dövlətin bu kimi riskləri vaxtında dəyərləndirməsi və preventiv addımlar atması isə ümumi təhlükəsizlik sisteminin ayrılmaz hissəsidir.

Bu dairələr sistemli şəkildə dövlətçiliyə qarşı mövqe tutmaqla fərqlənir. Xüsusilə AXCP uzun illərdir destruktiv xətti ilə tanınır. Onların çıxışları cəmiyyətdə sağlam siyasi rəqabət deyil, qarşıdurma yaratmağa xidmət edir. AXCP üçün əsas məqsəd heç vaxt milli maraqlar olmayıb".

Siyasi şərhçi bildirib ki, bu təşkilat daha çox gərginlik üzərindən siyasi mövcudluğunu qorumağa çalışır:

"Radikal ritorika ilə kütləni çaşdırmaq əsas taktika kimi istifadə olunur. Davamlı şəkildə dövlət institutlarına qarşı etimadın sarsıdılması hədəflənir. Bu isə birbaşa daxili sabitliyin pozulmasına hesablanıb. Cəmiyyətin həssas nöqtələrindən manipulyativ şəkildə istifadə edilir. AXCP-nin siyasi davranışları məsuliyyətli müxalifət meyarlarına uyğun gəlmir. Onların fəaliyyəti daha çox xaos və güvənsizlik yaratmağa köklənir. Belə yanaşmalar artıq sırf siyasi yox, təhlükəsizlik məsələsi kimi qiymətləndirilməlidir. Radikal müxalifətin vaxtında neytrallaşdırılması dövlətin sabitliyi üçün strateji əhəmiyyət daşıyır."

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov isə bildirib ki, Rusiyanın Ukrayna müharibəsindən sonra bir sıra regionlarda, o cümlədən Cənubi Qafqazda mövqeləri ciddi şəkildə zəifləyib.

"Amma bu dövrdə Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Tarixi ədalətin bərpası, Cənubi Qafqazda beynəlxalq hüquq prinsiplərinin qüvvəyə minməsi, eyni zamanda sülhün və əməkdaşlığın güclənməsi Azərbaycanın regionda yaratdığı yeni reallıqlardır. Rusiyanın Ukrayna ilə müharibəni bitirdikdən sonra müharibə səbəbi ilə zəiflədiyi regionlarda yenidən güclənmək niyyəti gözləniləndir.

Biz bilirik ki, Rusiya daim imperialist siyasət yürütməkdə niyyətli olub. Rusiya Ukrayna müharibəsinə görə hazırda Cənubi Qafqazda və bir sıra digər regionlarda bu siyasəti əvvəlki səviyyədə həyata keçirə bilmir. İmperialist siyasətini əsasən yerlərdə öz emissarları, 'beşinci kolon' adlandırılan qüvvələr və təsir agentləri vasitəsilə həyata keçirib. Azərbaycanın Cənubi Qafqazda aparıcı dövlət olduğunu nəzərə alsaq, Rusiyanın regionda mövqeyini yenidən möhkəmləndirmək üçün Azərbaycana münasibətdə də imperialist siyasəti davam etdirəcəyi gözləniləndir," - deyə o bildirib.

"Son illər baş verən proseslər, o cümlədən uzun müddət Azərbaycanda yüksək vəzifələrdə təmsil olunmuş Ramiz Mehdiyevlə bağlı yayılan məlumatlar, barəsində cinayət işinin başlanması və bir sıra ağır maddələrlə bağlı araşdırmaların aparılması cəmiyyətin diqqət mərkəzindədir. Araşdırmalar davam etdiyindən həmin şəxslərin dəqiq dairəsi hələlik məlum deyil. Mətbuatda onun məktubu ilə bağlı məlumatlar dərc olunub və həmin məktubda 'Dövlət Şurası' adlı qurumun yaradılması ilə bağlı iddialar yer alıb. Həmin şurada təmsil olunacaq şəxslərin də onun tərəfindən müəyyən edilmiş şəxslər olduğu ehtimal olunur. Bütün bunlar onu göstərir ki, hazırda çox ciddi proseslər gedir. Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən genişmiqyaslı araşdırmalar aparılır və artıq müəyyən addımlar atılıb. Bu barədə mətbuatda yayılan məlumatlar təkzib olunmayıb," - deyə X.Bəşirov əlavə edib.

"Bu baxımdan düşünürəm ki, Rusiya gələcəkdə regionda mövqelərini möhkəmləndirmək üçün məhz bu cür emissarlardan istifadə etməyə çalışacaq. Əgər Ramiz Mehdiyev barəsində səsləndirilən iddialar təsdiqlənərsə, bu halda Rusiyanın həmin şəxslərdən, o cümlədən onun yaxın ətrafından təsir aləti kimi istifadə etdiyi qənaətinə gəlmək mümkündür. Lakin Azərbaycan dövləti bu məsələdə də ayıq-sayıq davranıb və vaxtında adekvat addımlar atıb," - deyə o qeyd edib.

Xəyal Bəşirov hesab edir ki, müxalifət daxilində də Rusiyanın maraqlarına xidmət edən qüvvələrin olması istisna deyil:

"Fikrimcə, uzun müddət çıxışlarında anti-Rusiya mövqeyi nümayiş etdirən bəzi müxalif qüvvələrin pərdə arxasında Rusiyanın maraqlarına xidmət etməsi ehtimalı da diqqətdən kənarda qalmamalıdır. AXCP demokratiya, insan hüquqları və Azərbaycanın Qərbə inteqrasiyası ilə bağlı bəyanatlar versə də, son vaxtlar yayılan məlumatlar bu mövqelərin daha çox görüntü xarakteri daşıdığını göstərir."

"AXCP rəhbərliyi, partiya sədri Əli Kərimli və onun yaxın ətrafı ilə bağlı axtarışların aparılması barədə məlumatlar yayılıb. Uzun müddətdir Ramiz Mehdiyevlə bəzi şəxslər arasında əlaqələrin olması ilə bağlı iddialar mövcud idi. Həm Ramiz Mehdiyev, həm də Əli Kərimli və ətrafındakı şəxslər tərəfindən bu iddiaları əsaslı şəkildə təkzib edən sübutlar təqdim edilməyib. Yalnız ümumi səciyyəli açıqlamalar verilib. Qeyd etmək lazımdır ki, AXCP daxilində rəhbərliyə inanmış sadə vətəndaşlar da var və məsələ partiyanın sıravi üzvlərindən çox, rəhbər strukturuna aiddir. Hüquqi müstəvidə bütün bu məsələlər araşdırılacaq və kimin qanunsuz fəaliyyətdə iştirak etdiyi müəyyən olunacaq", - deyə o əlavə edib.

Sonda Xəyal Bəşirov bildirib ki, Azərbaycan hüquqi dövlətdir və Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, hər kəs qanun qarşısında bərabərdir. Keçmiş xidmətlər hüquqi məsuliyyətdən azad etmir. Dövlətçiliyə, suverenliyə və xalqın mənafeyinə zidd fəaliyyət göstərmiş hər kəs məsuliyyətə cəlb ediləcək və bu istiqamətdə atılan addımlar Azərbaycanın milli təhlükəsizliyinə xidmət edəcək.

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
seeПросмотров:196
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 29 Ноября 2025 19:53
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Желающие провести праздники в районах граждане оказались в сложной ситуации

10 Ноября 2026 01:45see275

Эрлинг Холанд повторил успех трехлетней давности

10 Ноября 2026 02:19see244

Пол Маккартни занял третье место среди самых богатых музыкантов мира

10 Ноября 2026 11:32see226

Ученые открыли новые генетические признаки, помогающие объяснить аутизм

10 Ноября 2026 07:11see223

В Париже состоялся показ фильма Танец Победы , посвященного Отечественной войне

10 Ноября 2026 10:27see216

Ушел из жизни заслуженный деятель культуры Азербайджана Аслан Фатуллаев

10 Ноября 2026 15:36see216

В Филармонии состоялся торжественный концерт, посвященный Дню Победы ФОТО

10 Ноября 2026 17:45see209

Бюст Чаренца в Голубой мечети? Армяно иранский акт этнокультурного подлога

10 Ноября 2026 14:30see207

Президент США назвал конфликт с Ираном практически оконченным с военной точки зрения

10 Ноября 2026 16:10see205

КСИР атаковал принадлежащий Оману остров

10 Ноября 2026 03:31see201

Азербайджанский актер Эльдар Искендеров привлек внимание международной кинопрессы

10 Ноября 2026 16:36see200

Иран атаковал оманский остров видео

10 Ноября 2026 01:38see198

В Азербайджане начали действовать новые правила для продавцов товаров в рассрочку

10 Ноября 2026 16:15see196

Российским спортсменам могут запретить въезд в Финляндию

10 Ноября 2026 20:05see187

В павильоне Азербайджана на COP31 обсудили пути развития зеленых энергетических коридоров

10 Ноября 2026 16:21see180

Рост неинфекционных заболеваний в Азербайджане: причины и основные факторы риска

10 Ноября 2026 14:03see165

Джевдет Йылмаз: Встреча Реджепа Тайипа Эрдогана и Ильхама Алиева лучший ответ на дезинформации

10 Ноября 2026 20:17see162

Китайский вектор Грузии: инвестиции, геополитика и новые правила игры на Южном Кавказе

10 Ноября 2026 14:55see154

Эльвин Юнусзаде: Он находится в другой стране. Пусть менталитеты и похожи, но он уже не в Азербайджане

10 Ноября 2026 20:20see154

Юнис Гусейнов: Победы над Сабахом и Карабахом ничего не изменили

10 Ноября 2026 23:05see153
newsПоследние новости
Самые свежие и актуальные события дня