Icma.az
close
up
AZ
Hərbi xidmət yaşı ilə bağlı mühüm QƏRAR VERİLİR

Hərbi xidmət yaşı ilə bağlı mühüm QƏRAR VERİLİR

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Day.Az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda hərbi xidmətkeçmədə son yaş həddi aşağı endirilir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilir.

Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.

Eyni zamanda ehtiyata keçirilən şəxslərin hərbi komissarlıqlarında tibbi müayinəyə cəlb edilməsinin yaş həddi azaldılır.

Hazırda ehtiyata keçirilən şəxslər vaxtaşırı rayon (şəhər) hərbi komissarlıqlarında yaradılan tibbi müayinə komissiyalarında tibbi müayinəyə cəlb edilirlər. Bu halda hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 35 yaşına çatanadək hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların uçotuna qaytarılır (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Dəyişikliyə əsasən isə 35 yaş həddi 30-a endirilir.

Həmçinin Azərbaycanda təhsili davam etdirmək üçün hərbi xidmətdən möhlət verilməsi müddətləri dəyişir.

Dəyişikliklərdən bir də dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların xidmətinin son yaş həddi azalması ilə bağlıdır
Hazırda "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - 36,5. Dəyişikliyə əsasən isə yaş həddi 31,5-ə endirilir.

Əsasnaməyə digər dəyişikliklər də edilir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

seeПросмотров:45
embedИсточник:https://news.day.az
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

СМИ: в штате Аляска с радаров пропал самолет с 10 людьми

07 Февраля 2025 09:11see135

Между Азербайджаном и Арменией состоялся обмен мнениями по вопросам пропавших без вести граждан

07 Февраля 2025 21:02see124

Во Франции активисты добились изменения названия района из за его колониального характера

07 Февраля 2025 07:30see122

Так убили Насраллу видео

07 Февраля 2025 11:33see122

В Эгейском море произошло очередное землетрясение

07 Февраля 2025 21:01see121

Сегодня продолжится суд по делу лиц армянского происхождения, обвиняемых в военных преступлениях

07 Февраля 2025 08:39see121

Кади подписал контракт и уехал

07 Февраля 2025 12:16see119

ГТК предотвратил контрабанду томатной пасты и газовых плит в Нахчыван ФОТО

07 Февраля 2025 12:16see116

Подоляк: Киеву было бы лучше, если США вступили в войну с Россией

07 Февраля 2025 13:26see111

Руфат Абдуллазаде: Матчи с Карабахом друг от друга не отличаются

07 Февраля 2025 19:25see111
newsПоследние новости
Самые свежие и актуальные события дня