Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva BMT nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub FOTO
Как передает Icma.az со ссылкой на сайт Day.az.
Yanvarın 30-da Leyla Əliyeva Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində "Azərbaycan otağı" ilə tanış olub.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tanışlıq zamanı "Azərbaycan otağı"nda istifadə edilmiş konsepsiya və milli elementlər barədə məlumat verilib. Qeyd edilib ki, BMT-nin Cenevrə ofisində az sayda ölkənin öz otağı mövcuddur. Bu otaqlar BMT-nin tədbirləri zamanı müxtəlif sessiyaların, iclasların və görüşlərin keçirilməsində istifadə olunur. Bu baxımdan BMT-nin Cenevrə ofisində "Azərbaycan otağı" ölkəmizin təqdimatı istiqamətində əhəmiyyət kəsb edir.
Qeyd edək ki, BMT-nin Cenevrə bölməsində "Azərbaycan otağı" Heydər Əliyev Fondu tərəfindən yaradılıb. Burada müxtəlif konfrans və görüşlərin keçirilməsi üçün müvafiq şərait yaradılıb, həmçinin otaq müasir proqramlaşdırma və yüksək texnoloji avadanlıqlarla təmin olunub.
"Azərbaycan otağı"nın tərtibatında milli elementlərə, eləcə də Qarabağ xalçası, şəbəkə eksponatı, muğam üçlüyü - tar, kamança və qavala, Azərbaycan təbiəti və memarlığını əks etdirən fotolara yer verilib.
Другие новости на эту тему:
Просмотров:74
Эта новость заархивирована с источника 31 Января 2026 00:15 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















