Hökümənin ölüm xəbərini qəbul edə bilmirdim Anası
Icma.az сообщает, ссылаясь на сайт Day.az.
Hökümə uçuşdan əvvəl axşam bizə zəng etdi. Qardaşının balaca övladı ilə danışdı.
Day.Az xəbər verir ki, bunu Milli Qəhrəman Hökümə Əliyevanın anası Kəmalə Əliyeva jurnalistlərə açıqlamasında deyib.
"Qızım səhəri günü uçuşun olacağını bizə deməmişdi. Səhəri günü faciə xəbəri aldıq. Bu, ən ağır xəbər idi. Balamın ölüm xəbərini eşitmək qəbuledilməz idi".
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür. "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Baş verən təyyarə qəzası nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb. Həyatını itirənlərdən üçü ekipaj üzvü olub.
Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları" QSC-yə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən təyyarənin ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Другие новости на эту тему:
Просмотров:42
Эта новость заархивирована с источника 25 Декабря 2025 10:15 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















