İçərişəhərdə simulyasiyalı təxliyə təlimi keçirilib FOTO
Icma.az сообщает, основываясь на информации сайта Day.az.
Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları üçün təxliyə mövzusunda maarifləndirici təlim təşkil edilib. Təlimin məqsədi fövqəladə vəziyyətlər zamanı operativ və düzgün davranış qaydalarının aşılanması, eləcə də idarə əməkdaşlarının təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması olub.
İki mərhələdən ibarət proqramın ilk hissəsində fövqəladə hallar və yanğın təhlükəsizliyi ilə bağlı əsas tələblər, təxliyə prosesinin düzgün təşkili, mühafizə olunan ərazidə risklərin qiymətləndirilməsi və ilkin davranış prinsipləri barədə ətraflı nəzəri məlumatlar təqdim edilib.
Təlimin praktiki hissəsi idarənin ikinci inzibati binasında real vəziyyət simulyasiyası əsasında keçirilib. Təlimatçılar tərəfindən yaradılmış təxliyə ssenarisi üzrə əməkdaşlar binanı təhlükəsiz şəkildə tərk etmə ardıcıllığını, təxliyə yollarının düzgün qiymətləndirilməsini, həmçinin fövqəladə hal şəraitində düzgün davranış bacarıqlarını təcrübədə sınayıblar. Məşq, iştirakçılara fövqəladə vəziyyətlər zamanı həm şəxsi, həm də kollektiv təhlükəsizliyi təmin etməyin praktiki tərəflərini öyrənmək imkanı yaradıb.
Qeyd edək ki, belə maarifləndirici proqramların yalnız qurum əməkdaşları üçün deyil, gələcəkdə İçərişəhər sakinləri və ərazidə fəaliyyət göstərən biznes subyektləri üçün də mütəmadi olaraq təşkili planlaşdırılır
Другие новости на эту тему:
Просмотров:48
Эта новость заархивирована с источника 05 Декабря 2025 15:12 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















