İcra başçısı müavinləri ilə bağlı yeni QAYDA
Icma.az сообщает, ссылаясь на сайт Day.az.
Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik edilir.
Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan "Dövlət qulluğu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə qəbul daxili müsahibə əsasında həyata keçirilir.
Təklif olunan dəyişikliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə (yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri və Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) qəbul daxili müsahibə əsasında həyata keçiriləcək.
Другие новости на эту тему:
Просмотров:103
Эта новость заархивирована с источника 16 Сентября 2025 10:22 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















