İpoteka krediti ilə bağlı YENİLİK
По информации сайта Day.az, передает Icma.az.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır.
Day.Az xəbər verir ki, bu barədə İKZF məlumat yayıb.
Bildirilib ki, müraciətlərin qəbuluna 13 noyabr 2026-cı il tarixində saat 15:00-dan etibarən başlanılacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədək elektron kabinetlərinin formalaşdırılması tövsiyə edilir.
Müraciətlərin qəbulu Mygov portalında yerləşən "Elektron ipoteka və kredit zəmanət" sistemi üzərindən həyata keçiriləcək. Vətəndaşlar müraciətlərini "SİMA İmza"nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyə biləcəklər.
Bununla yanaşı bildirilir ki, sonradan imtina edilmiş müraciətlər üzrə formalaşan qalıq limitlər həcmində müraciətlərin qəbulu cümə günləri saat 12:00-dan etibarən həyata keçiriləcək.
Qeyd edilib ki, müraciətə dair təlimatla Fondun rəsmi internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin Mygov portalının müvafiq bölməsində tanış ola bilərsiniz.
Другие новости на эту тему:
Просмотров:96
Эта новость заархивирована с источника 11 Ноября 2026 15:31 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















