İqtisadi Şuranın növbəti iclası keçirildi Aktual məsələlər müzakirə olundu
Icma.az сообщает, основываясь на информации сайта Day.az.
Aprelin 4-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində milli iqtisadiyyatımız üçün vacib olan prioritet məsələlər, o cümlədən, ortamüddətli dövr üzrə dayanıqlı makroiqtisadi və fiskal çərçivənin formalaşdırılması, özəl sektorun inkişafı və özəl investisiyaların artırılması, qeyri-neft ixracının həcminin və ixrac coğrafiyasının genişləndirilməsi və digər aktual məsələlər ətraflı müzakirə olunub.
Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, gündəlikdə olan makroiqtisadi məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümovun təqdimatı dinlənilib. Təqdim olunan iqtisadi suallara dair İqtisadi Şuranın üzvləri tərəfindən geniş müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub, maliyyə və iqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilib.
Другие новости на эту тему:
Просмотров:131
Эта новость заархивирована с источника 04 Апреля 2025 17:28 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















