İranın Astara dəmiryol sərhəd terminalında yükdaşımanın artacağı gözlənilir
По данным сайта Day.az, передает Icma.az.
Gələn 2-3 il ərzində İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunda dəmiryol sərhəd terminalında yükdaşımanın ildə 3 milyon tona yüksələcəyi gözlənilir.
Day.Az-ın məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və Dəmir Yollarının rəhbəri Cabbarəli Zakeri yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi (ADY) Astara dəmiryol sərhəd terminalında yükdaşımanı ildə 1 milyon tona yüksəldib.
Zakeri qeyd edib ki, hazırda İran və Rusiya arasında dəmiryol əlaqəsi Azərbaycan vasitəsi ilə qurulub. Azərbaycan tərəfi son illərdə dəmiryolu xətlərinin keyfiyyətini yüksəldib.
Qeyd edək ki, 23 yanvarda Tehranda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov və İranın Dəmir Yollarının rəhbəri Cabbarəli Zakeri Azərbaycan-İran Hökumətlərarası Birgə Komissiyasının növbəti iclası çərçivəsində İranın Astara şəhərində yerləşən yük terminalının fəaliyyətinin genişləndirilməsi və terminalda aparılan işləri müzakirə ediblər.
Другие новости на эту тему:
Просмотров:84
Эта новость заархивирована с источника 26 Января 2025 11:58 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















