Icma.az
close
up
AZ
Menu

Зеленский и Берсе подписали соглашение о Спецтрибунале по Украине

Баку и Тегеран "сверили часы": очень важный разговор АКТУАЛЬНО от Акпера Гасанова

Учительница химии из Гаха с ужаленным глазом сдала экзамен лучше всех

В Кремле надеются на подписание мирного договора между Азербайджаном и Арменией

Праздничный ажиотаж: к поезду маршрута Баку Балакян были добавлены 8 дополнительных вагонов

Гаджи Алиев получил новое назначение

Три возможности для Намика Алескерова

Заговор в Сербии: планировали штурм госорганов

Акопян отдохнула в отеле, построенном азербайджанцем, за $100 000

Вблизи аэропорта Актау установили памятник экипажу разбившегося самолета AZAL

Неожиданность на выборах в Нью Йорке: кандидат мусульманин опередил экс губернатора

Госсекретаря Дагестана отпустили под подписку о невыезде

Новый главком НАТО в Европе: Украина победит Россию

Путин за изъятие Западом российского золота

Эрдоган: Вопрос с С 400 закрыт

Трамп дал неожиданную клятву о России

Расходы на оборону НАТО резко возрастут

Французский форвард: Абасов создает новый Нефтчи, и в следующем сезоне стоит ждать других результатов

Tasnim о новых погибших генералах КСИР в результате ударов Израиля

В Армении возбудили дело против еще одного архиепископа

İrəvan yalançı, "avropalı müşahidəçilər" saxtakar: sülh müqaviləsi risk altında...

İrəvan yalançı, "avropalı müşahidəçilər" saxtakar: sülh müqaviləsi risk altında...

Icma.az, ссылаясь на сайт Day.az, передает.

Müəllif: Elçin Alıoğlu, Baku Network, Direktor

Şərti dövlət sərhədində sürəkli olaraq təxribatlar törədən, mövqelərimizi atəşə tutan Ermənistan baş verənləri inadla və israrla  təkzib edir.

Azərbaycanın Müdafiə Nazirliyi mayın 1-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması ilə bağlı məlumat yaydı. Bildirildi ki, Kəlbəcər istiqamətindəki Azərbaycan mövqeləri atəşə tutulub.

İrəvan dərhal bu iddianı təkzib etdi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirdi ki, "erməni tərəfinin apardığı araşdırma atəşkəsin pozulmasına dair heç bir fakt aşkarlamayıb" və "məlumat diplomatik kanallarla Bakıya təqdim olunub".

Bundan əlavə, Ermənistan qarşılıqlı iddialar irəli sürdü, Azərbaycanı "hərbi insidentlərdə" ittiham etdi və oxşar araşdırmanın aparılmasını tələb etdi.

Fəqət rəsmi İrəvanın təqdim etdiyi "araşdırma" obyektiv təhlildən daha çox daxili sənədləşmə və bəraət ssenarisidir. Belə bəsit versiyanın arxasında nə ictimaiyyətə, nə də müstəqil müşahidəçilərə açıq sübutlar yoxdur.

Heç bir video, foto və ya yer xəritəsi təqdim olunmayıb. Araşdırmanın hansı hissə, struktur və zabitlər tərəfindən aparıldığı məlum deyil.

Üçüncü tərəflər və beynəlxalq müşahidəçilər bu prosesə cəlb edilməyib. Belə "araşdırma" şəffaflıq mexanizmi deyil, Ermənistanın özünü yoxlayıb "təbii olaraq" günahsız çıxardığı diplomatik müdafiə vasitəsidir. Bakı hələlik qarşı tərəfin təqdim etdiyi materiallara rəsmi reaksiya verməyib.

Azərbaycanın Müdafiə Nazirliyi oxşar insidentlər barədə əvvəllər dəfələrlə məlumat verib və Ermənistan hərbi hissələrinin "lokal təxribat" taktikasından sistemli şəkildə istifadə etdiyini vurğulayıb.

Əsas məqam budur: Azərbaycan bu kimi hallara hərbi yolla cavab vermir - bu, bölgədəki kövrək sabitliyi pozmaq cəhdlərinə qarşı strateji təmkinin nümayişidir. Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası (EUMA) isə insidentlə bağlı "qeyri-adi hadisə" müşahidə etmədiyini açıqlayıb. Amma bu bəyanat formal xarakter daşıyır. Çünki missiyanın mandatı yalnız Ermənistan ərazisinə şamil olunur, texniki nəzarət vasitələri (PUA, radar və s.) yoxdur və Azərbaycan sərhədinə çıxışı tamamilə istisna edilib.

Bu səbəbdən missiyanın bəyanatları faktları inkar etmir, sadəcə onların müşahidə olunmadığını bildirir və belə formatda bunun hüquqi və sübutedici çəkisi yoxdur. 2024-cü ildən etibarən Ermənistan özünəməxsus davranış modelini tətbiq edir: birinci - dərhal inkar, ikinci - nəticəsi əvvəlcədən bəlli olan daxili "araşdırma", üçüncü - qarşı tərəfə eyni ittihamı yönəltmək və bununla qarşılıqlı pozuntu illüziyası yaratmaq, dördüncü - Avropa İttifaqı və xüsusilə Fransa kimi xarici kanalları səfərbər etməklə Azərbaycanın diplomatik fəallığını neytrallaşdırmaq.

May insidenti də məhz bu ssenarinin tərkib hissəsidir. Məqsəd sülh mühitini sabotaj etmək, qeyri-müəyyənliyi qoruyub saxlamaq, etimadı sarsıtmaq və təcavüzkarla qurban rollarını dəyişməkdir.

Rəsmi İrəvan bu yolla sülh sazişini imzalamaq üzrə beynəlxalq təzyiqlərdən yayınmağa, sərhədlərin delimitasiyasını "stabil olmayan vəziyyət" arqumenti ilə təxirə salmağa, eyni zamanda, pozucu fəaliyyət göstərsə belə, özünü "konstruktiv tərəf" kimi təqdim etməyə çalışır. Belə taktika daxili auditoriyanı da manipulyasiya etmək üçündür - "mühasirəyə alınmış qaladayıq" obrazı ilə seçicini qoruyub saxlamaq və bütün uğursuzluqları "xarici düşmənin" üzərinə atmaq.

Ən təhlükəlisi isə odur ki, bir çox beynəlxalq aktorlar bu oyunları səssiz şəkildə dəstəkləyir. Faktiki olaraq, bölgədəki gərginliyin bütün yükü Azərbaycanın üzərinə yüklənir, amma reallıq analiz olunmur, obyektiv araşdırma aparılmır. Bu, əsasən, aşağıdakı məqsədlərə xidmət edir: Ermənistanın Aİ, xüsusilə Fransanın təsir dairəsində saxlanılması, Zəngəzur dəhlizi kimi transregional infrastruktur təşəbbüslərinin qarşısının alınması, və nəhayət, enerji, nəqliyyat və siyasi sabitlik üzərində qurulan Azərbaycanın regional liderliyinin zəiflədilməsi. Hərbi insidentlərin özlüyündə zərərsiz görünməsi təəssürat yaratmasın - bu hadisələr danışıqlar masasındakı minalardır.

Əgər bu cür diplomatik yalanlar, saxta araşdırmalar və ikiüzlü bəyanatlar normaya çevrilərsə, bu, tərəflər arasında etimadı daha da sarsıdacaq, vasitəçilərin fəaliyyətini çətinləşdirəcək və real postmünaqişə normallaşmasına keçidi qeyri-mümkün edəcək.

May insidenti sadəcə sərhəddə atəşkəsin pozulması ilə bağlı mübahisə deyil. Bu, daha dərin bir problemin əlamətidir: Ermənistan məsuliyyətdən yayınmaq və xarici himayədarların dəstəyi ilə diplomatik ikiüzlülük siyasətini davam etdirmək yolunu tutub. Azərbaycan isə strateji təmkin nümayiş etdirir.

Ancaq bölgə sonsuzadək elə bir vəziyyətdə qala bilməz ki, bir tərəf pozuntu törədir, digər tərəf isə sülh prosesini pozmamaq üçün susur. Sülh dürüstlük tələb edir. May hadisəsi göstərdi ki, bu dürüstlük İrəvanın hərəkətlərində yoxdur. İlk baxışdan Ermənistanın davranışı xaotik və situativ reaksiya kimi görünə bilər.

Diqqətlə araşdırdıqda aydın olur: qarşımızda sistemli şəkildə qurulmuş bir strategiya dayanır.

Bu strategiya üç dayağa əsaslanır.

Birincisi - yekun sülhdən yayınmaq. Hazırkı erməni elitası üçün Azərbaycanla sülh imzalamaq siyasi intihardır. 2025-ci ildə sülh sazişinə imza atmaq, xüsusilə Qarabağda separatizmin tamamilə ləğvindən sonra, Ermənistanın 30 illik münaqişədə hüquqi və mənəvi məğlubiyyətini rəsmiləşdirmək deməkdir. Paşinyan və komandası isə bu imzanı atmaq istəmir. Məhz buna görə təxribatlar, saxta "araşdırmalar", "bərabər məsuliyyət" bəyanatları və beynəlxalq platformalarda alver cəhdləri davam edir.

İkincisi - xarici dəstək. Fransa, Avropa İttifaqının bəzi qurumları və ABŞ-dakı qeyri-hökumət təşkilatlarının bir hissəsi bölgədə gərginliyin qalmasında bilavasitə maraqlıdır. Bu, özünü göstərir: Fransanın Ermənistanla hərbi əməkdaşlığı (hava hücumundan müdafiə sistemləri, erməni hərbçilərin təlimi), Ermənistanın Avropa strukturlarında mediaya və diplomatik dəstəyə sahib olması, Ermənistanla Azərbaycan arasında tam normallaşmanı tələb edən balanslaşdırılmış qətnamələrin qəbulunun qarşısının alınması.

Üçüncüsü - Ermənistanın daxili siyasi sabitliyinin olmaması. Cəmiyyətdəki dərin sosial parçalanma və müxalifətin təzyiqi fonunda Paşinyan hakimiyyəti yalnız xarici təhlükə obrazı yaradaraq iqtidarda qalmağa çalışır. Strategiya sadədir: Azərbaycanla gərginlik nə qədər uzun sürsə, hökumət bir o qədər uzun müddət "milli həmrəylik" çağırışlarına sığınaraq iqtisadi böhran, demoqrafik geriləmə və siyasi təcrid üçün məsuliyyətdən yayınacaq.

Bəhs etdiyimiz siyasətin dağıdıcı nəticələri isə çoxqatlıdır.

Birincisi, dialoqun iflası: inkar oyunu tərəflər arasında qalan son etimadı da dağıdır. Pozuntuları sistemli şəkildə inkar edən tərəflə şəffaf danışıqlar aparmaq mümkün deyil. Xüsusilə 2025-ci ilin əvvəlindən Brüssel-Vaşinqton formatının faktiki dondurulduğu şəraitdə.

İkincisi, təhlükəsizliyə təhdid: ölüm halı olmasa belə, vaxtaşırı silahlı insidentlər istənilməyən eskalasiya riskini artırır. Hərbi büdcələrin artdığı, qarşılıqlı militarizasiya getdiyi bir zamanda atılan istənilən güllə genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər. Stokholm Sülh Tədqiqatları İnstitutunun (SIPRI) məlumatına görə, 2024-cü ildə Ermənistanın hərbi büdcəsi 41%, Azərbaycanınki isə 18% artıb - bu isə sərhədlərdə artan gərginliyin əlamətidir.

Üçüncüsü, regional layihələrə təhlükə: hər bir təxribat - nəqliyyat və enerji təşəbbüslərinə zərbədir. Qlobal investorlar sabitliyi müşahidə edir. Cənubi Qafqaz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üçün mühüm mərkəzdir. Uzunmüddətli qeyri-sabitlik ssenarisi yalnız Azərbaycanın tranzit potensialını dondurmaq istəyən aktorların - məsələn, İranın və Rusiyadakı bəzi elitaların maraqlarına xidmət edir. Azərbaycan isə 2023-cü ilin payızından etibarən yekun sülhə sadiqliyini ardıcıl şəkildə nümayiş etdirir.

Bu, özünü göstərir: sərhədlərin qarşılıqlı tanınması prinsipinə əsaslanan ikitərəfli müqavilə imzalamağa hazırlıq, sərhədin delimitasiyası və demarkasiyası üçün davamlı çağırışlar, Müdafiə Nazirliyinin qeydə aldığı kiçik və orta təxribatlara təmkinli cavab. Lakin Bakının hər bir irəliləyiş addımı Ermənistanın və bəzi Qərb qurumlarının koordinasiyalı kampaniyası ilə qarşılanır. Bu kampaniyanın məqsədləri aydındır: Zəngəzur dəhlizini bloklamaq, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və OPEC+ daxilindəki rolunu zəiflətmək və Azərbaycanı "regional təhlükə mənbəyi" kimi təqdim etmək.

Ssenarilərin inkişafı bir neçə istiqamətdə mümkündür.

Ən nikbin ssenariyə görə, vasitəçilərin - ilk növbədə Türkiyə və ABŞ-nin - artan təzyiqi nəticəsində tərəflər praktik dialoqa qayıdır, atəşkəs pozuntularının monitorinqi üçün birgə mexanizm yaradılır və 2025-ci ilin payızında sərhədlərlə bağlı saziş imzalanır.

Realist ssenaridə isə 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər aşağı intensivlikli konfrontasiya qorunub saxlanılır. İrəvan danışıqları uzadır, amma açıq təxribatlardan yayınır. Sülh sazişi təxirə salınır, lakin münaqişə yenidən genişmiqyaslı müharibəyə çevrilmir.

Bədbin ssenari isə Ermənistanın Fransa ilə hərbi əməkdaşlığı daha da gücləndirməsini, Aİ-nin Bakıya siyasi təzyiqləri artırmasını və yeni silahlı insidentin baş verməsini ehtiva edir. Bu halda danışıqlar tamamilə pozulur, BMT və ATƏT səviyyəsində diplomatik eskalasiya başlayır. Nəticə etibarilə, 2025-ci ildə artıq heç kim "qarşılıqlı pozuntular", "texniki anlaşılmazlıqlar" və "sərhəddəki səhvlər" barədə boş sözlərlə aldanmamalıdır.

Gerçəklik budur: Ermənistanın məqsədli strategiyası var - danışıqları uzatmaq, reallığı təhrif etmək, yalançı araşdırmalarla simulyasiya yaratmaq. Azərbaycan başqasının yalanının girovuna çevrilə bilməz.

Davamlı sülh yalnız dürüstlük, məsuliyyət və açıq həqiqətin tanınması ilə mümkündür.

Atəşkəs - oyuncaq deyil. Onun pozulması, xüsusilə də inkar edilməsi, beynəlxalq məsələ səviyyəsinə qaldırılmalı, sərt reaksiya ilə müşayiət olunmalı, yalan danışan tərəf danışıqlardan uzaqlaşdırılmalıdır.

Əks halda, bu təxribatların təkrarlanacağını görəcəyik. Tək-tük yox. Dəfələrlə. Növbəti böyük müharibəyə qədər.

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
seeПросмотров:117
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 10 Мая 2025 11:27
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Зеленский и Берсе подписали соглашение о Спецтрибунале по Украине

26 Июня 2025 00:56see291

Баку и Тегеран "сверили часы": очень важный разговор АКТУАЛЬНО от Акпера Гасанова

26 Июня 2025 22:48see266

Учительница химии из Гаха с ужаленным глазом сдала экзамен лучше всех

26 Июня 2025 05:30see235

В Кремле надеются на подписание мирного договора между Азербайджаном и Арменией

25 Июня 2025 13:28see219

Праздничный ажиотаж: к поезду маршрута Баку Балакян были добавлены 8 дополнительных вагонов

26 Июня 2025 12:03see206

Гаджи Алиев получил новое назначение

26 Июня 2025 23:13see204

Три возможности для Намика Алескерова

26 Июня 2025 10:41see198

Заговор в Сербии: планировали штурм госорганов

25 Июня 2025 23:55see195

Акопян отдохнула в отеле, построенном азербайджанцем, за $100 000

26 Июня 2025 11:40see194

Вблизи аэропорта Актау установили памятник экипажу разбившегося самолета AZAL

26 Июня 2025 19:41see189

Неожиданность на выборах в Нью Йорке: кандидат мусульманин опередил экс губернатора

25 Июня 2025 14:20see187

Госсекретаря Дагестана отпустили под подписку о невыезде

26 Июня 2025 23:25see171

Новый главком НАТО в Европе: Украина победит Россию

25 Июня 2025 16:08see168

Путин за изъятие Западом российского золота

26 Июня 2025 23:06see164

Эрдоган: Вопрос с С 400 закрыт

25 Июня 2025 21:42see161

Трамп дал неожиданную клятву о России

26 Июня 2025 10:22see159

Расходы на оборону НАТО резко возрастут

25 Июня 2025 22:33see153

Французский форвард: Абасов создает новый Нефтчи, и в следующем сезоне стоит ждать других результатов

26 Июня 2025 11:05see149

Tasnim о новых погибших генералах КСИР в результате ударов Израиля

26 Июня 2025 11:35see142

В Армении возбудили дело против еще одного архиепископа

26 Июня 2025 17:13see139
newsПоследние новости
Самые свежие и актуальные события дня