Icma.az
close
up
RU
İrəvanBakı qarşıdurmasına son qoymalıyıq Zahid Oruc

İrəvanBakı qarşıdurmasına son qoymalıyıq Zahid Oruc

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Sanksiyalardan qorunmaq üçün İrəvan-Bakı qarşıdurmasına son qoymalıyıq.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc STM-in təşkilatçılığı ilə “Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi lobbiçilik beynəlxalq hüquqa maneədir” mövzusunda kitab təqdimatına həsr edilmiş dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, Qarabağ zəfərinin 4-cü ildönümü qarşısında hər bir azərbaycanlı iftixar və qürur hissi keçirir.

“Cənubi Qafqazda 35 il əvvəl sovetlərin dağılması ilə formalaşan düzəni dəyişdirən İlham Əliyev geosiyasi inqilab etməklə bir çox dövlətlərin bölgədə hökmranlığına son qoydu. Lakin hərbi meydanda məğlub olanlar digər platformalarda Azərbaycandan qisas almaq, onu cəzalandırmaq xəttini seçərək son 4 ildə “3-cü Qarabağ savaşı” üçün beynəlxalq zəmin, tərəfdar və hüquqi-siyasi aktlar toplayırlar. Bircə qalıb BMT qətnamələri, ondan aşağı bütün səviyyələrdə bizim 30 illik imtahanları onların əvəzindən keçən böyük bir şəbəkə formalaşıb.

Xüsusilə də, beynəlxalq hüquq, ədliyyə və məhkəmə sistemində kök salan erməni şəbəkəsinin miqyası və fəaliyyəti nəticəsində cinayət, ədliyyə sistemi və ədalət mühakiməsi tam siyasiləşib. Hər gün ölkəmizə qarşı yönələn geosiyasi təzyiq, informasiya hücumu, media və hüquq orqanların təhdidinə yeni institutlar, tərəfdaş və isimlər cəlb edilir. Xankəndidən könüllü köçən ermənilərinin hüquqları ilə bağlı çoxsaylı qurumlar yaradılır, beynəlxalq hüquq sahəsində vəzifəli, yaxud sabiq şəxslərin prosesə cəlbi genişlənir, onlar rəhbər postlara gətirilir”, – STM sədri deyib.

Deputat xatırladıb ki, regionda yerləşən digər qonşular, məsələn, İran əleyhinə 1979-cu il islam inqilabından bu yana tətbiq olunan sanksiyalarının sayı 3 616-dır. 40 ildən artıq belə ağır iqtisadi, maliyyə, diplomatik və hərbi cəzalar altında yaşamaq İran xalqından fədakarlıq və dözüm tələb edir.

“Rusiya əleyhinə son iki ildə tətbiq olunan sanksiyaların isə ümumi sayı 17 636-dır. Onun təkcə 29 faizini, yəni, 5100-dən artığını bir ölkə – ABŞ tətbiq edib. Əsrlərlə qurulan qlobal iqtisadi-ticarət zəncirləri dağıdılır, xalqlararası mədəni-humanitar bağlar məhv edilir, milyonlarla insan bir vaxtlar “xalqlar həbsxanası” adlandırdıqları keçmiş imperiyanın qala divarları arasından çıxmaqdan məhrum olunur. Sanksiya müharibələri Sovetlər Birliyinin mövcud olduğu dövrlə müqayisədə daha dəhşətli dəmir pərdə çəkib. Dünyada heç vaxt indiki qədər parçalanma və qütbləşmə olmayıb. Beynəlxalq təhlükəsizlik sistemi dərin böhran keçirir”, – Z.Oruc qeyd edib.

Onun sözlərinə görə, Azərbaycana qarşı aparılan sistemli kampaniyanın da yalnız bir məqsədi var:

“Qələbəmizi əlimizdən almaq, mümkün olmadıqda onu kiçiltmək, xalqın gözündən və dəyərdən salmaq, məkrli planlar vasitəsilə ona zərbə vurub regionu beynəlmiləl toqquşma meydanına çevirmək, xaosla dövlətləri idarə etmək.. “Qlobal layları tərpətmişik” deyərkən ölkə başçısı məhz bunu nəzərdə tuturdu.

Gəlin, əleyhimizə aparılan kampaniyanın bir neçəsini xatırlayaq – Fransa Senatının müharibədən cəmi 10 gün sonra-20 noyabr 2020-ci ildə Qarabağın müstəqilliyinə dair qətnaməsi son 4 ildə Ermənistan parlamentində nə müzakirə, nə də səsə qoyulub. Göründüyü kimi, ermənilər olmayanda da onu uydururlar!

AŞPA və Avropa Parlamentində, üzv ölkələrin siyasi partiyalarında, xüsusilə də, Belçika və Fransanın inzibati-bürokratik idarəçilik sistemində vəzifələrə yerləşdirilən qlobal şəbəkə formalaşıb. Bir neçəsinin adını çəksək, görəcəyik ki, Azərbaycana qarşı fəaliyyət necə mükafatlandırılır”.

Z.Oruc əlavə edib ki, Azərbaycan bütün tərəfdarları ilə onu beynəlxalq izolyasiyaya məruz qoymağa çalışanlara qarşı səfərbər olunmalıdır:

“Baxın, bütün çıxışlarında dövlət adamlarını öldürməyə, antikonstitusion çevrilişlərə səsləyən adamlar hansı yüksək lojalarda əyləşdirilir. Mühacir terror mediası ilə bir sırada duran daşnaklar İrəvanda zəifləyir, Parisdə isə çiçəklənir, himayədarlarını artırırlar. Qarabağı Ermənistana verməyə hazır olan qüvvələri xaricdən ölkəmizə silah gücünə gətirmək istəyirlər.

Qələbəmizi “cəzalandırmağa” qalxanlar görsələr ki, Paşinyan Bakıya gəlib düşmənçiliyə son qoymağa razılıq verir, onu ya sərt sanksiyaya, ya da İshaq Rabinin taleyinə məruz qoyacaqlar. Ona görə də sanksiya və embarqo planlarını zərərsizləşdirməyin bir yolu qalır – biz İrəvanı Qərbin əlindən almalıyıq. Söhbət ərazini hərbi yolla ələ keçirməkdən getmir, məqsədimiz Bakı və İrəvanın qarşıdurmasına son qoyub, qlobal təzyiqlərdən xilas olmaqdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri