Icma.az
close
up
AZ
Menu

Украинские дроны бьют по Москве видео

Первое интервью посла РФ в Азербайджане: какова позиция Москвы в связи с мирным соглашением?

Ильхам Алиев поднял выплаты героям

Юбилей Лалы Аббасовой: Мир женщины история жизни, рассказанная сердцем (ФОТО)

Генштаб Украины опубликовал потери России в войне

ЧВК Вагнер : отражение России, готовой убивать везде ВЗГЛЯД

В Индонезии обсудили расширение сотрудничества со структурами оборонпрома Азербайджана (ФОТО)

Трамп заявил о вторжении иностранного врага в США

Французский легионер покидает Карабах

В США заявили, что Иран активно работает над созданием ядерного оружия

Milli Məclisin sədri Sahibə Qafarova Astanada Nurdinjon İsmoilov ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib

Бюджет под давлением: куда движется российская экономика в 2025 году? АНАЛИЗ от Baku Network

Уиткофф: Трамп способен совмещать роль президента США и премьер министра Израиля

Сотрудники госструктур могут и веслами грести фото

У берегов Антарктиды впервые засняли редкого глубоководного кальмара

Крым охватили взрывы

Иран приготовился к удару по Израилю

Сейм Польши выразил вотум доверия правительству Туска

Porsche остается лидером среди люксовых брендов

В какие страны азербайджанцы могут въехать без визы, а в какие нет

İrəvanda "dövlət naziri" peyda oldu Ermənistan saxtakarlığı davam etdirir

İrəvanda "dövlət naziri" peyda oldu Ermənistan saxtakarlığı davam etdirir

Согласно сайту Day.az, передает Icma.az.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

İrəvanın düz mərkəzində, özü də Ermənistan rəhbərliyinin "Azərbaycanla sülhə can atdığını" iddia etdiyi bir zamanda Njde İskəndəryan adlı biri özünü "arsaxın dövlət naziri" elan edib.

Halbuki nə beynəlxalq hüquq çərçivəsində, nə də real siyasi müstəvidə bu cür bir struktur tanınır. Bu absurd gediş yalnız daxili siyasi bazara hesablanmış marazm yox, həm də daha böyük bir planın parçası kimi görünür.

Ermənistandakı revanşist dairələrin, erməni diasporunun və müəyyən xarici mərkəzlərin manipulyativ layihəsi təki.

Xatırladaq ki, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində qeyd olunur ki, güc tətbiqi və ya güclə hədələmə, hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı yönəlməməlidir. Qarabağ bölgəsi Azərbaycanın həm de-yure, həm də de-fakto ayrılmaz hissəsidir.

Bu, yalnız Azərbaycan deyil, dünya ictimaiyyəti tərəfindən dəfələrlə təsdiqlənib. Konkret sənədlər sırasında BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Aİ və BMT çərçivəsində imzalanmış sənədlər, Avropa İnsan Haqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə qərarları da var. Həmin sənədlər təkcə ərazilərimizin qanunsuz işğalını deyil, həm də Ermənistanın Qarabağda "effektiv nəzarət həyata keçirdiyini", yəni həmin ərazilərin 30 il ərzində erməni işğalında olduğunu rəsmən etiraf edir.

Bu fonda İskəndəryanın "nazirlik iddiası" yalnız idiotik gediş yox, həm də təxribatdır. Üstəlik, "özünütəyinat aktı" sual doğurur: axı kimdir bu adam?

Onun kimliyi haqda məlum olanlar barmaqla sayılacaq qədərdir. Guya "arsax Gənclər Təşkilatı" adlı qeyri-rəsmi bir qurumu təmsil edir, həmçinin özünü "arsaxlıların Hüquqlarının Müdafiə Şurası" adlı ictimai hərəkatın üzvü kimi təqdim edir. Amma diqqət edin - bu strukturlar nə Ermənistanda, nə də beynəlxalq səviyyədə hüquqi və siyasi çəkisi olan qurumlar deyil.

Onların arxasında nə parlament, nə hökumət, nə də xarici dəstək var. Yəni bu, sadəcə bir fərdi təşəbbüsdür - özü də sağlam düşüncədən xeyli uzaq bir təşəbbüs. Görünən odur ki, İskəndəryan ya ideoloji psixozla yaşayır və dövlətçiliyi imitasiyaya çevirir, ya da Ermənistan-Azərbaycan normallaşmasına qarşı maraqlı olan qüvvələrin əlində alətə çevrilib.

Bütün bu absurd teatr Ermənistanın daxilindəki siyasi xaos və ziddiyyətləri bir daha açıq nümayiş etdirir.

Bir tərəfdə Ermənistanın baş naziri Nikol Paşinyan çıxıb sülh çağırışları edir, digər tərəfdə isə İrəvanın ortasında "dövlət naziri" təyin olunur. Bu artıq sadəcə riyakarlıq deyil - bu, tam anlamıyla siyasi şizofreniyadır.

Ortaya bir neçə versiya çıxır: ya Ermənistan hökuməti öz paytaxtında baş verən prosesləri idarə edə bilmir, ya da bu cür təşəbbüslərə bilərəkdən şərait yaradır.

Bu isə Brüssel və Vaşinqton formatlarında imzalanmış sənədlərə, 2023-2024-cü illərin diplomatik razılaşmalarına və "Ermənistan-Bakı-Tbilisi" üçtərəfli yaxınlaşma paketinə ziddir. Ermənistan bu sənədlərdə açıq şəkildə öhdəlik götürmüşdü ki, separatizmi heç bir formada təşviq etməyəcək. Amma əməldə əksini müşahidə edirik.

İskəndəryanın çıxışları və "nazir oyunu" təkcə hüquqi cəfəngiyat deyil, həm də informasiya sabotajı elementləri daşıyır. 2023-cü ilin payızında terrorçu-separatçı xuntanın tam süqutundan, istər inzibati strukturlar, istərsə də Ermənistan silahlı birləşmələri bölgədən çıxarılandan sonra belə çıxışların məqsədi açıq-aşkardır:

Birincisi, "arsax" adlı qurumun hələ də "mövcud olduğu" illüziyasını saxlamaq, informasiya məkanında saxta mövqe formalaşdırmaq.

İkincisi, Bakını sərt ritorikaya sürükləmək və sonra bunu "erməni tərəfinə qarşı hədə" kimi təqdim edərək beynəlxalq mediada əks kampaniyaya çevirmək.

Üçüncüsü isə erməni cəmiyyətinin onsuz da parçalanmış şüurunda yeni çaşqınlıq toxumları səpmək, "arsaxın dirçəlişi" haqqında romantik mifləri yenidən dövriyyəyə buraxmaq.

Bütün bunlar tək bir nəticəyə xidmət edir - normallaşmanı sabotaj etmək. Ermənistanın daxilində və xaricindəki revanşist dairələr anlayır ki, proses irəli getsə, "arsax kartı" birdəfəlik gözdən düşəcək.

Ona görə də bu kartı heç olmasa informasiya səviyyəsində "ölümdən qurtarmaq" istəyirlər. Amma zaman dəyişib - nə Bakı əvvəlki Bakıdır, nə də region əvvəlki region.

Azərbaycan bu cür uydurmaları nə ciddiyə alır, nə də cavabsız qoyur. Diplomatik müstəvidə, hüquqi arqumentlərlə, real faktlarla - bu cür avantüraların qarşısı alınacaq. İrəvanda isə bu cür "nazir təyinatları" ölkənin beynəlxalq nüfuzunu bir az da yerlə bir edir. Çünki dünya ictimaiyyəti artıq bu siyasi maskaradan bezib. Onlar sülh istəyir. Sülh isə fantom strukturlarla yox, real dövlətlərlə olur.

İrəvanda yaşanan olay təkcə siyasi yox, həm də ideoloji baxımdan ciddi əlamət daşıyır: Ermənistan hüquq-mühafizə orqanları qondarma "arsax"ın sonuncu "prezidenti" Samvel Şahramanyanı dindirdi. Amma diqqət edin - söhbət Azərbaycanın ərazi bütövlüyünə qarşı törədilən cinayətlərdən, qeyri-qanuni silahlı dəstələrin yaradılmasından, etnik təmizləmədən və ya soyqırımı aktlarından getmir. İttihamlar sadəcə "vəzifə səlahiyyətlərini aşma" və "texnikanı ərazidə qoyub getmə" kimi texniki məsələlərlə məhdudlaşır. Yəni məntiq budur: Şahramanyan günahkardır, çünki "azərbaycanlılara qarşı yetərincə müqavimət göstərməyib". Bu - zarafat deyil, acı reallıqdır.

Belə bir dindirilmə, əslində, separatizmin özünü yox, onun qeyri-effektiv həyata keçirilməsini "cinayət" kimi təqdim edir. Bu, ya hüququn total deqradasiyası, ya da siyasi manipulyasiyanın növbəti mərhələsidir. Yəni Ermənistanda separatçılıq faktının özü yox, onun "səviyyəsi" problem hesab olunur: önümüzdə ideoloji reabilitasiya, revizionizmə yaşıl işıq yandırmaq cəhdi var.

İndisə birbaşa nəticələrə nəzər salaq. Njde İskəndəryanın "arsaxın dövlət naziri" təyin olunması haqda sərsəm bəyanatı - hüquqi baxımdan cəfəngiyyat, siyasi planda isə təxribat xarakterli, regiondakı sülh prosesinə qarşı yönəlmiş zəhərli müdaxilədir. Bu cür açıqlamalar beynəlxalq hüququn təməl prinsiplərini pozur, Azərbaycanın suverenliyini sual altına alır, Ermənistanda daxili sabitliyi zədələyir və Brüssel-Vaşinqton xətti üzrə aparılan danışıqların nəticələrini baltalayır.

Şəxsi bir adamın mövcud olmayan bir "dövlət"də vəzifəyə gəlmək iddiası - sadəcə eksentrik davranış deyil, bu, Ermənistanda dərinləşmiş siyasi şizofreniyanın simptomudur. Aydın məsələdir ki, rəsmi İrəvan ya bu xəstəliyi müalicə etmək istəmir, ya da ona qarşı heç bir mexanizmi yoxdur.

Unutmayaq: Ermənistan - beynəlxalq hüququn rəsmi subyektidir və BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, habelə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə bir sıra öhdəliklər götürüb. Həmin bəyanatda Ermənistan faktiki və hüquqi baxımdan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edib, onun "müstəqillik iddiasından" əl çəkdiyini, separatçı strukturlara dəstək verməyəcəyini öhdəsinə götürüb. Bu sənədlərin hər hansı formada pozulması - xüsusən də, "arsax hökuməti" adlı fantaziyaların yenidən gündəmə gətirilməsi - danışıqlar prosesindəki etimadın altını oyur.

Nikol Paşinyan 2023-cü ilin iyun ayında Milli Məclisin plenar iclasında açıq şəkildə bəyan etmişdi: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı onun tərkib hissəsi kimi tanıyır." Bu fonda İskəndəryanın "nazir təyinatı" - ya Paşinyanın yalan danışdığını, ya da Ermənistanda dövlətin daxilində başqa bir, gizli və revanşist bir mərkəzin fəaliyyət göstərdiyini göstərir.

BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən, təşkilata üzv dövlətlər digər dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor tətbiqindən və ya zor hədəsindən çəkinməlidirlər. Azərbaycanın bir parçası olan ərazidə - özü də heç bir real nəzarət və suverenlik imkanı olmayan bir yerdə - dövlət qurumu adı altında "vəzifə bölgüsü" aparmaq, bilavasitə bu prinsipin pozulmasıdır.

Beynəlxalq Ədalət Məhkəməsinin 2010-cu ildə Kosovo üzrə verdiyi rəyə əsasən, birtərəfli "müstəqillik" bəyanatları - mərkəzi hökumətin razılığı olmadan - avtomatik dövlətçilik hüququ yaratmır. Yəni bu cür açıqlamalar - hüquqi baxımdan əhəmiyyətsiz, siyasi planda isə təxribat kimi qiymətləndirilir.

2023-2024-cü illərdə Avropa İttifaqı və ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların bəzilərini yada salaq: Ermənistanın Azərbaycanın suverenliyini tanıması (Brüssel, 2023-cü ilin mayı), xarici işlər nazirləri səviyyəsində sülh sazişinin detallarının müzakirəsi (Vaşinqton, 2023-cü ilin oktyabrı), hər iki dövlətin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına dair birgə bəyanatlar.

Və bu məqamda - tərəflər sülh sazişinə doğru irəlilədikcə - heç kimin tanımadığı bir şəxs çıxıb "qondarma dövlət" adından "nazirlik" iddiası ilə gündəmə gəlir. Ermənistan hakimiyyətinin bu məsələyə laqeyd yanaşması isə onu göstərir ki, ölkə daxilində hələ də separatizmi diri saxlamaq istəyən, real siyasətə zərbə vurmaq məqsədi güdən qüvvələr aktivdir.

Bu hal - yəni vətəndaşlar arasında paralel diskursun yaranması, "arsax" mifologiyasının yenidən cəmiyyətə sırınması, Azərbaycanın ərazi bütövlüyünün guya "müvəqqəti ədalətsizlik" kimi təqdim olunması - yalnız daxili zəhərlənmə ilə bitmir. Bu həm də regionda sabitliyə təhdid yaradır, ekstremizmin təkrar boy göstərməsinə zəmin hazırlayır.

Bunun beynəlxalq nümunələri də var: Gürcüstanda Abxaziyanın "sürgündə hökuməti", Çeçenistanın ölkə xaricində formalaşmış separatçı idarəetmə strukturları - bütün bunlar münaqişələrin dondurulması, ekstremizmin artması və cəmiyyətlərin radikallaşması ilə nəticələndi.

İndi Ermənistanın əlinə "real" fürsət düşüb - Azərbaycanla sülh sazişini imzalamaq, regionda əməkdaşlıq üçün yeni səhifə açmaq. Amma əgər İrəvanda bu cür fantom və sərsəm "qurum"larla "post"lara göz yumulursa, demək ki, məsuliyyətdən qaçmaq, keçmişin kabuslarını diriltmək niyyəti var. Bu isə nə regiona, nə Ermənistana, nə də sülh istəyən beynəlxalq ictimaiyyətə lazımdır.

Bu cür hoqqabazlıqlar Azərbaycan üçün kifayət qədər ciddi və hüquqi əsaslı addımlar atmaq imkanını yaradır. Konkret desək, ölkəmizin beynəlxalq platformalarda - BMT, ATƏT və Avropa Şurasında - İrəvanda baş verən separatizm təzahürlərinə qarşı siyasi və hüquqi qiymət verilməsi tələbi ilə çıxış etməsi tamamilə haqlıdır. Azərbaycanın bu kontekstdə Ermənistana qarşı danışıqlar masasında daha sərt mövqe sərgiləməsi, separatizm ideyalarını yaymağa davam edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsi - artıq beynəlxalq hüququn və üçtərəfli razılaşmaların tələblərinə uyğun zərurətə çevrilib.

Bundan əlavə, Azərbaycan Ermənistanla birgə regional layihələrdə iştirakdan, o cümlədən platforma və təşəbbüslərdə əməkdaşlıqdan imtina edə bilər - ta ki, rəsmi İrəvan bu cür sərsəm bəyanatlardan açıq şəkildə imtina edib, onu rəsmən təkzib edən mövqe ortaya qoysun. Paralel olaraq, bu cür fəaliyyətlərə açıq və ya dolayı yolla dəstək verən istənilən təşkilatın, xüsusən də Qərbdəki erməni diasporası içində fəaliyyət göstərən QHT-lərin beynəlxalq səviyyədə ifşası və izolasiya olunması üçün konkret mexanizmlər işə salına bilər.

Əslində, İskəndəryanın bu sərsəm bəyanatı "arsaxın mirasını yaşatmaq" cəhdindən daha çox, həmin uydurma strukturun beynəlxalq hüquq qarşısında sonuncu zərbə alması və onun hüquqi dəfninin sürətlənməsi deməkdir. Onun "nazir" çıxışı - hüquqi baxımdan heç bir əsası olmayan, lakin informativ zəhərlənməyə səbəb olan, regionda sülh prosesini baltalamağa xidmət edən təhlükəli ritorikanın davamıdır.

Daha təhlükəli məqam isə - bu cür bəyanatların Qərbdə, xüsusilə Fransa, Kanada və ABŞ-da yaşayan erməni diasporası tərəfindən "Qarabağ ermənilərinin kimliyi"nin mövcudluğuna sübut kimi təqdim olunmasıdır. Beynəlxalq hüquqda tanınmayan bu mifoloji konsepsiya indi "mədəni identiklik" pərdəsi altında qorunmağa çalışılır və bu istiqamətdə aşağıdakı aktorlar fəallaşır:

- ANCA, HyeAid, Armenian Assembly of America kimi diaspor təşkilatları bu cür ritorikanı informasiya vasitəsilə dövriyyəyə buraxır;

- Fransa (Fransua Püponi, Gi Tessye), Kanada (Ruben Kaçoyan), ABŞ (Adam Şiff, Cekki Speyer) kimi ölkələrdəki erməni lobbiçiləri bu mifləri parlament müstəvisinə daşıyır;

- "Le Monde diplomatique", "Mediapart", "The Armenian Weekly" kimi mətbuat orqanları isə bu mifləri "mühasirədə olan millət" narrativi ilə birləşdirərək Qərb auditoriyasına təqdim edir.

Nəticədə isə informasiya səviyyəsində saxta bir atmosfer formalaşır. Bu süni səs-küy içində real hüquqi və siyasi faktlar itib-batır, müharibədən sonrakı nizamlama prosesi ləngiyir və Qərb ictimai rəyində təhrif olunmuş təsəvvürlər formalaşır. Bu da, öz növbəsində, regionda sabitliyin bərqərar olunmasına əngəl yaradır.

Və nəticə etibarilə aydın bir mənzərə yaranır: Njde İskəndəryan "dövlət naziri" ola bilməz. O, sadəcə bir simptomdur. Ermənistan cəmiyyətinin hələ də keçmişin kabusları ilə yaşadığının, xəyallardan əl çəkmək istəmədiyinin simptomu. İrəvanda "nazir" uydurulduğu bir vaxtda, Brüsseldə və Münhendə diplomatik masa arxasında ərazi bütövlüyü və delimitasiya məsələləri müzakirə olunur. Bu nəinki səmimiyyətsizlikdir, bu - etimadın açıq şəkildə sabotajıdır.

Qarabağlı ermənilərin separatizmi artıq tarixə gömülüb. Amma hər yeni "nazir təyinatı" - bu xəyal qurğusunun dirilməsi yox, onun məzarı üzərində rəqsdir. Hər iki tərəfdən həlak olan insanların xatirəsini siyasi avantüralara qurban vermək - insanlıq adına ən alçaldıcı oyundur. Beynəlxalq hüquqda heç bir nümunə yoxdur ki, ölən bir separatçı struktur şəxsi bəyanatla yenidən "dirildilsin". Amma kifayət qədər presedent var ki, belə çıxışlar beynəlxalq səviyyədə izolasiya və nüfuz itkisiylə nəticələnib.

Bəli, sirk artıq dağılıb. Amma əgər özünü məsuliyyətli dövlət adlandıran bir ölkənin paytaxtında hələ də "ölü dövlətin" nazirləri peyda olursa - bu artıq sadəcə klounluq deyil. Bu - diaqnozdur. Ermənistan bu diaqnozdan xilas olmaq istəyirsə, real dünyaya dönməlidir.

Əks halda, təkcə regionda yox, öz gələcəyində də marqinallaşacaq.

Не пропустите дальнейшие события, следите за актуальными новостями на Icma.az.
seeПросмотров:98
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 12 Июня 2025 10:55
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Украинские дроны бьют по Москве видео

12 Июня 2025 10:16see427

Первое интервью посла РФ в Азербайджане: какова позиция Москвы в связи с мирным соглашением?

12 Июня 2025 01:45see218

Ильхам Алиев поднял выплаты героям

12 Июня 2025 17:30see195

Юбилей Лалы Аббасовой: Мир женщины история жизни, рассказанная сердцем (ФОТО)

11 Июня 2025 17:14see172

Генштаб Украины опубликовал потери России в войне

12 Июня 2025 09:31see136

ЧВК Вагнер : отражение России, готовой убивать везде ВЗГЛЯД

12 Июня 2025 20:01see134

В Индонезии обсудили расширение сотрудничества со структурами оборонпрома Азербайджана (ФОТО)

11 Июня 2025 19:05see124

Трамп заявил о вторжении иностранного врага в США

11 Июня 2025 14:30see124

Французский легионер покидает Карабах

11 Июня 2025 21:46see122

В США заявили, что Иран активно работает над созданием ядерного оружия

12 Июня 2025 03:48see122

Milli Məclisin sədri Sahibə Qafarova Astanada Nurdinjon İsmoilov ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib

11 Июня 2025 20:50see122

Бюджет под давлением: куда движется российская экономика в 2025 году? АНАЛИЗ от Baku Network

12 Июня 2025 16:16see121

Уиткофф: Трамп способен совмещать роль президента США и премьер министра Израиля

12 Июня 2025 16:13see121

Сотрудники госструктур могут и веслами грести фото

11 Июня 2025 21:58see121

У берегов Антарктиды впервые засняли редкого глубоководного кальмара

12 Июня 2025 02:25see120

Крым охватили взрывы

13 Июня 2025 10:22see118

Иран приготовился к удару по Израилю

12 Июня 2025 08:29see116

Сейм Польши выразил вотум доверия правительству Туска

11 Июня 2025 19:29see115

Porsche остается лидером среди люксовых брендов

12 Июня 2025 03:31see114

В какие страны азербайджанцы могут въехать без визы, а в какие нет

12 Июня 2025 10:55see113
newsПоследние новости
Самые свежие и актуальные события дня