Kərim Vəliyev Pakistandadır FOTO
Согласно информации сайта Day.az, сообщает Icma.az.
Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistanda keçirilən "IDEAS 2024" 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarında iştirak etmək üçün bu ölkəyə səfər edib.
Day.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, K.Vəliyevin rəhbərlik etdiyi, Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin yüksəkrütbəli hərbi qulluqçularının da olduğu nümayəndə heyəti sərgidə nümayiş etdirilən müdafiə və təhlükəsizlik texnologiyaları, müxtəlif təyinatlı silah və hərbi texnika nümunələri ilə tanış olub.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanın Strateji Planlar Departamentinin Baş direktoru general-leytenant Yusuf Camal ilə görüşüb. Görüşdə hərbi, hərbi-texniki sahədə əməkdaşlığa dair müzakirələr aparılıb.
38 ölkənin, 350-dən artıq beynəlxalq nümayəndə heyətinin iştirakı ilə Kəraçi Ekspo Mərkəzində keçirilən sərgi çərçivəsində, həmçinin konfranslar və seminar təşkil olunacaq.
Qeyd edək ki, "IDEAS 2024" beynəlxalq sərgisi sülhün, stabilliyin və tərəqqinin birgə baxışını özündə ehtiva edir.
Другие новости на эту тему:
Просмотров:130
Эта новость заархивирована с источника 19 Ноября 2024 16:21 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















