“KOB FEST” sərgisatış yarmarkası bu dəfə Göyçayda
Icma.az сообщает, ссылаясь на сайт Day.az.
Göyçay "KOB FEST"ə qatılmaq istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri noyabrın 29-dək KOBİA-ya müraciət edə bilərlər.
3-5 dekabr tarixlərində Göyçay rayonunda "KOB FEST" sərgi-satış yarmarkası keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək yarmarkaya qatılmaqla KOB subyektləri istehsal etdikləri məhsul və xidmətləri geniş istehlakçı auditoriyasına tanıda, satış imkanlarını artıra və yeni biznes əlaqələri qura biləcəklər.
Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Göyçay və ətraf bölgələrdən olan KOB subyektləri noyabrın 29-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "KOB Fest - Göyçay" qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.
Другие новости на эту тему:
Просмотров:150
Эта новость заархивирована с источника 25 Ноября 2024 15:07 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















