Icma.az
close
up
AZ
Menu

Война как неизбежность: Израиль и Иран на пороге столкновения МНЕНИЕ

Атака украинцев на Симферополь

Алиев, Эрдоган, Пашинян и их жены пообщались в Китае на полях саммита ШОС

Цепной пёс Кремля снова тявкнул на Баку Minval Politika

Всех упоротых Россия не перестреляет главная тема

Украинцы освободили село в Харьковской области Minval Politika

Во Львове убит лидер Евромайнада Андрей Парубий

Скандал в Италии: порносайт Phica опубликовал эротические фото Джорджи Мелони

Отчет ВБ: В Азербайджане могут запретить вредные для здоровья стройматериалы

Концерт INNA завершил музыкальные события августа в Sea Breeze ФОТО

От руководителя Администрации Президента Республики Узбекистан Саиды Мирзиёевой

Загадочный пост Трампа что бы это значило?

Убит экс спикер Рады Парубий

Иран ужесточил визовый режим для россиян

Украинское Фламинго уже при деле

В Баку на ряде дорог ограничат движение транспорта

Домашние матчи ЛЧ Карабах будет проводить на этом стадионе

КСИР воюет с Моссад

Украина получит еще 6 Patriot

ISW: Россия готовит новые удары по энергетике Украины Minval Politika

Laçın sammiti yeni dünya düzənində üç dövlətin geosiyasi simfoniyası

Laçın sammiti yeni dünya düzənində üç dövlətin geosiyasi simfoniyası

Icma.az, ссылаясь на сайт Day.az, отмечает.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Çağdaş dünyada beynəlxalq sammitlər çox zaman formal mərasimlərə, diplomatik şouya çevrilib. Ancaq dünən Laçında gerçəkləşən zirvə toplantısı belə deyildi. Bu, sadəcə diplomatik jest yox, açıq və cəsarətli geosiyasi manifest idi. Azərbaycan, Türkiyə və Pakistan bir masanın ətrafına oturmaqla hansısa qüvvəyə qarşı blok qurmaq yox, öz suveren baxışlarını, müstəqil oyun qaydalarını ortaya qoydular - kənar təsirdən uzaq, kolonial irsin diktəsindən xilas olmuş şəkildə.

Tarix və məkanın simvolizmi bu sammitə əlavə siyasi çəki verir. 28 May günü - 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür.

Dünənki gün işğaldan azad edilmiş Laçında sammit keçirmək - sadəcə tədbir deyil, diplomatik dillə yazılmış siyasi-poetik bəyanatdır. Bu, təkcə ərazilərin deyil, həm də siyasi subyektliyin, milli ləyaqətin, suveren söz demək haqqının geri alınması ayinidir.

Məhz Laçında - yenilənən, həyata dönən Qarabağın qalasında- "postmünaqişə dövrü" başa çatdı və regionda fəal geosiyasi quruculuq mərhələsi başladı. Bir vaxtlar münaqişənin hərbi və mənəvi pik nöqtəsi olan bu coğrafiyada indi Avrasiyanın yeni təhlükəsizlik, iqtisadi və mədəni konfiqurasiyası formalaşır.

Laçın xəritədə sadə bir rayon deyil. Laçın strateji damar, kontinentləri, tarixi mərhələləri və siyasi vektorları birləşdirən arteriyadır.

Bu rayon Azərbaycanın şərq və cənub bölgələrini Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirən əsas nəqliyyat qovşağıdır. Zəngilan üzərindən keçən yolun bərpası və uzunluğu 43,4 kilometr olan "Zəngəzur dəhlizi" avtomagistralının açılması ilə Azərbaycan regionda loqistik dairəni bağlayacaq. Bu, Xəzərdən Aralıq dənizi sahillərinə qədər uzanan ən qısa və dayanıqlı ticarət dəhlizinə çevrilir.

Laçından gələcəkdə təkcə humanitar yük karvanları deyil, həm də iri miqyaslı dəmir yolu magistralları keçəcək. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun 83 faizinin bu ilin sonunadək tamamlanması nəzərdə tutulub. Məzkur xəttin Laçın-Naxçıvan-Qars istiqamətində uzadılması ilə Laçın Qərbi Avrasiya üçün ilk "dənizə çıxışı olmayan" quru nəqliyyat limanına çevriləcək.

Laçınımız 1992-ci il mayın 18-dən 2020-ci il dekabrın 1-dək Ermənistanın işğalı altında qaldı. Təxminən 30 il ərzində bu ərazilər beynəlxalq hüququn və diqqətin kənarına atılmış "boz zona"ya çevrilmişdi. Yaşayış məntəqələrinin 80 faizindən çoxu ya tamamilə dağıdılmış, ya da istifadədən çıxarılmışdı.

Azadlıqdan dərhal sonra rəsmi Bakı dövləti Laçının dirçəlişi üçün xüsusi Dövlət Proqramı qəbul etdi. Proqrama 3,2 milyard manat (təxminən 1,9 milyard ABŞ dolları) ayrıldı.

Laçında artıq yüksək gərginlikli 19 km elektrik xətti bərpa olunub, ümumi gücü 22 meqavat olan 4 kiçik su elektrik stansiyası tikilib, 2 müasir təhsil kompleksi istifadəyə verilib, habelə 520-dən çox ailə, o cümlədən 1990-cı illərin məcburi köçkünləri Laçına qayıdıb.

Bu bölgədə sammit təşkil etmək rəsmi Bakının "Qarabağ qayıtdı" deməsi yox, "Qarabağ artıq Azərbaycanın siyasi ürəyidir" bəyanatıdır.

Türkiyə və Pakistan kimi qardaş və strateji müttəfiqlərin Laçında beynəlxalq sammitdə iştirakı - diplomatik jest deyil, 1990-cı illərin qəlibləri ilə düşünən və münaqişədən sonrakı reallıqları görməyən Avropa İttifaqına, separatizmi dəstəkləyən, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan Fransaya və hələ də rəsmi olaraq Azərbaycanın sərhədlərini tanımaqdan yayınan və delimitasiya prosesinə əngəl törədən Ermənistana mesajdır.

Sammitə Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilaninin və Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin qatılması Azərbaycanın Laçın da daxil olmaqla Qarabağ üzərində tam suverenliyinin institusional tanınması deməkdir.

Laçının simvolikası sadəcə müharibə və azadlıq hekayəsi deyil. Bu, eyni zamanda gələcək dinc birgəyaşayışın platformasıdır. Artıq burada İslam mədəniyyəti mərkəzləri açılıb, Qarabağ Dirçəliş Muzeyi inşa olunur, Azərbaycan, türk və ingilis dillərində təhsil proqramları həyata keçirilir.

Burada söhbət təkcə təhlükəsizlikdən getmir. Laçın eyni zamanda regionun yeni geokultural kodunun yazıldığı məkandır. Bu baxımdan, o, Şuşanın siyasi paralelidir - lakin mədəniyyət yox, strateji planlaşdırma, diplomatiya və logistik funksiyaları ilə.

Laçın sadəcə bir coğrafi məkan yox, yeni siyasi-coğrafi anlayışdır: burada cəbhə xətləri və magistrallar, yaddaş və gələcək, tarix və strategiya kəsişir. Məhz bu məkanda - Avrasiyanın qovşağında - Azərbaycan, Türkiyə və Pakistan, üç qardaş dövlət Laçın geosiyasət məktəbinin təməlini qoyur: praqmatik, suveren və öz yolunu özü müəyyən edən bir məktəb.

Müasir dövrdə bir çox regional bloklar şüarçılıq və qeyri-müəyyən gündəmlə yadda qalır. Amma Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan üçtərəfli tərəfdaşlıq bu mənzərədə aydınlığı, sinxronluğu və siyasi etimadın dərinliyi ilə fərqlənir. Bu, "birləşək, nə olsa da bir yerdə olaq" prinsipi ilə yox, konkret ortaq maraqlar, mədəni və tarixi qohumluq, eləcə də çətin dönəmlərdə bir-birini yarı yolda qoymamaq prinsipinə əsaslanan strateji birlikdir.

44 günlük Vətən müharibəsindəki qələbə ilə Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də Cənubi Qafqazda əsas geostrateq statusunu möhkəmlətdi. 2021-2024-cü illər ərzində ölkə Avropaya qaz ixracını 8,5 milyard kubmetrdən 12,1 milyarda yüksəltdi. Bu artımın böyük hissəsi Cənub Qaz Dəhlizi vasitəsilə reallaşdı və Azərbaycan Avropa İttifaqı üçün Rusiya asılılığını azaldan əsas alternativə çevrildi.

Azərbaycan hazırda regionun aparıcı tranzit mərkəzləri olan, İllik ötürücülük qabiliyyəti 25 milyon ton olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələt), Çini Avropa ilə birləşdirən Transxəzər nəqliyyat marşrutuna və Bakı-Tbilisi-Qars dəmir yoluna (bu xətt həm Türkiyə, həm də Avropa dəmir yolu sisteminə inteqrasiya olunub) nəzarət edir.

Bundan əlavə, Azərbaycan Türkiyə və İsrailin dəstəyi ilə rəqəmsal "İpək Yolu" adlandırılan Trans-Avrasiya İnformasiya Super Magistralı (TASIM) layihəsi çərçivəsində regional rəqəmsal infrastrukturun əsas dayaq nöqtəsinə çevrilir.

Hərbi-siyasi baxımdan da Bakı 2020-2024-cü illər arasında Türkiyə və Pakistanla 11-dən çox birgə hərbi təlim keçirdi. Onların arasında "Üç qardaş-2021" və "Heydər Əliyev-2023" kimi önəmli manevrlər var. Bu təlimlər təkcə ordu birliyini yox, siyasi həmrəylik mesajını da nümayiş etdirdi.

Türkiyə öz növbəsində son beş ildə Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi Aralıq dənizi coğrafiyasında təsir imkanlarını gücləndirərək regional liderliyini yeni səviyyəyə qaldırdı.

2024-cü ildə Türkiyənin müdafiə sənayesi ixracatı 5,5 milyard dolları ötüb, bunun da təxminən 20 faizi türk dünyası ölkələrinin - o cümlədən Azərbaycan və Pakistanın - payına düşüb.

Türkiyə Türk Dövlətləri Təşkilatını yalnız mədəni birlik deyil, eyni zamanda, geosiyasi platforma kimi inkişaf etdirir. Bu təşəbbüs nə NATO-ya, nə də Aİ-yə alternativ deyil - tamamlayıcı rol oynayır.

Enerji sahəsində TANAP vasitəsilə Azərbaycan qazının ötürülməsində əsas tranzitör kimi çıxış edən Türkiyədən bu günə qədər 18 milyard kubmetrdən çox qaz keçib. İğdır-Naxçıvan qaz kəmərinin inşası isə Bakı ilə Ankara arasında strateji inteqrasiyanı daha da gücləndirəcək.

Hərbi sahədə Türkiyə Azərbaycanın Silahlı Qüvvələrinin modernləşməsində kritik rol oynayıb. Bayraktar TB2, Akıncı və yaxın gələcəkdə təhvil veriləcək Bayraktar Kızılelma kimi yüksək texnologiyalı pilotsuz uçuş aparatlarının tədarükü, azərbaycanlı zabitlərin Türkiyədə təhsili - bütün bunlar ordu sistemlərinin uyğunlaşdırılması deməkdir.

2023-cü ildə Türkiyə ilə Pakistan arasında T129 ATAK hücum helikopterlərinin birgə istehsalına dair memorandum imzalanıb, üçtərəfli müdafiə konsorsiumunun yaradılması istiqamətində işlər aparılır.

Pakistan - 240 milyon əhaliyə sahib, İslam dünyasında əhalisinə görə ikinci, nüvə gücünə görə isə birincidir. Ölkənin 165 nüvə başlığı var. Ordusu isə təqribən 650 min hərbçi, 3000 tank və 20-dən çox nüvə daşıyıcı platformaya malikdir. Xüsusilə "Shaheen-III" ballistik raketləri regionda hərbi çəkindirmə gücünü formalaşdırır.

Son illərdə Pakistan öz xarici siyasət kursunu açıq şəkildə Avrasiya istiqamətində dəyişib. 2023-cü ildə ölkə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü statusu alıb və Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) Naxçıvan üzərindən keçəcək Zəngəzur dəhlizi ilə birləşdirilməsi ideyasını müzakirə edir.

Azərbaycanla münasibətlər isə tarixdə görünməmiş səviyyəyə yüksəlib. Xatırladaq ki, 2021-ci ildə Pakistan Qarabağ üzərində Azərbaycanın suverenliyini tanıyan ilk ölkələrdən biri olub, 2022-ci ildə hərbi sahədə strateji tərəfdaşlığa dair memorandum imzalanıb (sənəddə təlimçilərin, mütəxəssislərin və elmi-texniki işçilərin mübadiləsi, birgə hərbi tədqiqatlar nəzərdə tutulurdu).

Türkiyə ilə də Pakistan D-8 və İƏT çərçivəsində əməkdaşlıq edir, amma paralel olaraq ikitərəfli hərbi-texniki layihələr də icra olunur. 2024-cü ildə dördüncü nəsil PUA-ların birgə hazırlanması başlanıb.

Bu üç ölkəni birləşdirən əsas meyarlar bunlardır:

- Onlar xarici siyasətdə tam suverenlik nümayiş etdirirlər, nə Aİ, nə NATO, nə də KTMT qarşısında öhdəlikləri yoxdur;

- Onları birləşdirən İslam mədəniyyətidir, amma heç biri ideoloji və dini dogmalara əsaslanmır;

- Onlar "pragmatik çoxtərəflilik" prinsipini bölüşürlər: maraqlar coğrafiya ilə deyil, dayanıqlı inkişaf perspektivləri ilə müəyyən olunur.

Bu üçbucaq "mərkəz-periferiya" məntiqi ilə yox, razılaşdırılmış təsir paylaşımı əsasında fəaliyyət göstərir. Belə ki, Azərbaycan - nəqliyyat və enerji katalizatoru; Türkiyə - strateji sabitləşdirici qüvvə; Pakistansa hərbi təminatçı və demoqrafik lokomotivdir.

Bakı-Ankara-İslamabad ittifaqı, əslində, vertikal asılılıqlardan azad olan, tərəflər arasında bərabərliyi əsas tutan bir "inam arxitekturası" formalaşdırır. Bu ittifaqda heç kim "kiçik tərəfdaş" deyil - hər kəs bənzərsiz funksiyası ilə ortaq geosiyasi layihədə söz sahibidir. Bu təkcə dövlətlər birliyi deyil - bu, inamın birliyidir. Gələcəyi bu gün quranların layihəsidir.

Laçın sammiti sadəcə təntənəli bəyanatlarla məhdudlaşmadı - konkret istiqamətlər üzrə praktiki gündəmlə yadda qaldı. Bu formatda başlıca vektorlar aşağıdakılardır:

Tərəflər hərbi-texniki əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret planları, yəni pilotsuz uçuş aparatları üzrə birgə müəssisələrin yaradılmasını, ortaq hərbi təlim və tədris mərkəzlərinin layihələndirilməsini və həmçinin, hibrid hücumlara qarşı regional "kiberqalxan" platformasının formalaşdırılması təşəbbüsünü müzakirə etdilər.

Burada əsas prinsip "sinergiya yolu ilə suverenlik"dir: yəni kənardan müdaxilələrsiz, sadəcə öz imkanlarımızla.

Pakistan tərəfi Azərbaycanın və Türkiyənin ərazisindən keçməklə qaz və bərpaolunan enerji layihələrində iştirakla bağlı marağını açıq şəkildə ifadə etdi. Müzakirələr zamanı Xəzər-Cənubi Asiya enerji sistemlərini birləşdirəcək "yaşıl enerji kəməri" konsepsiyası səsləndirildi.

CPEC-lə (Çin-Pakistan İqtisadi Dəhlizi) Cənubi Qafqaz infrastruktur layihələrinin uzlaşdırılması sammitin əsas məqamlarından biri oldu. Naxçıvanda multimodal nəqliyyat qovşağının yaradılması təklif olundu - bu mərkəz Transxəzər marşrutu ilə CPEC-in strateji birləşmə nöqtəsi kimi nəzərdə tutulur.

Tərəflər 1 milyard dollarlıq nizamnamə kapitalı olan Birgə İnvestisiya Fondunun yaradılmasına dair razılığa gəldilər. Fondun prioritet sahələri bunlardır: Qarabağın bərpası, kənd təsərrüfatı və su ehtiyatlarının inkişafı, yüksək texnologiyalar üzrə layihələr.

Sammit iştirakçıları İslam dünyasının elmi potensialını birləşdirəcək tədqiqat mərkəzlərinin və Qarabağ mədəni irs fondunun yaradılmasını dəstəklədilər. Həmçinin "Türk-İslam mədəniyyət paytaxtı" təşəbbüsü irəli sürüldü - bu statusun növbəli şəkildə Bakı, Ankara və Lahor arasında rotasiya edilməsi planlaşdırılır.

Laçın sammiti "regionallıq" anlayışının özünün də yenidən baxılmalı olduğunu göstərdi. Burada iştirak edən dövlətlər açıq mesaj verdilər: klassik geosiyasi bloklar dövrü arxada qalır. Onların yerini dəyərlərə, ortaq baxışlara və suveren maraqlara əsaslanan çoxqütblü əməkdaşlıq modeli tutur.

Vaxtilə Brüsseldə və Parisdə çəkilən xəritələrlə bütün dünyaya model təqdim edilirdi. Amma bu dövr başa çatıb. Laçında verilən mesaj aydındır: dünya yalnız bir ideologiyanın prizmasından baxmaqla idarə oluna bilməz. Yeni dəyərlər - suverenlik, qarşılıqlı hörmət və praqmatizm - bugünkü əməkdaşlığın əsasına çevrilib.

Qərb və Qlobal Cənub arasındakı geosiyasi mübarizənin dərinləşdiyi bir zamanda Bakı-Ankara-İslamabad formatı yalnız NATO və Aİ-yə deyil, hətta öz içində parçalanmış və ləng hərəkət edən BRICS-ə də alternativ kimi formalaşır. Bu ittifaqın üstünlüyü - çeviklik, operativlik və bürokratik ətalətin olmamasıdır.

Laçının seçilməsi təsadüfi deyil. Bu, təkcə simvol yox, həm də siyasi siqnaldır: Qarabağ mövzusu bağlanıb. İştirakçı ölkələr bu mövzunun altına öz imzalarını atıblar. Pakistan və Türkiyənin iştirakı bu imzanı daha da gücləndirir. Eyni zamanda, bu mesaj da var: əgər Ermənistan tərəfindən növbəti eskalasiya cəhdi olarsa, cavab çoxvektorlu və koordinasiyalı olacaq.

Bu sammit faktiki olaraq Cənubi Qafqazı yeni təhlükəsizlik bölgəsi kimi tanıtdı - nə Rusiya, nə də Qərb "qoruyucu" kimi burada yox idi. Bu, geosiyasi müstəqilliyin bəyanıdır. Qafqaz artıq imperiyaların "arxa həyəti" deyil, öz səsini beynəlxalq səviyyədə eşitdirən yeni güc düyünüdür.

CPEC, TANAP və Zəngəzur dəhlizi artıq ayrı-ayrı layihələr deyil. Laçında bu marşrutlara vahid siyasi məna verildi. Artıq bu layihələr birləşərək yeni geoiqtisadi ox formalaşdırır: Qvadar - Kaşqar - Laçın - Naxçıvan - Qars - Avropa. Bu ox üçüncü tərəflərin "nə zaman istəsəm, dəstəkləyərəm" yanaşmasından asılı deyil. Artıq öz dinamikası var.

Laçın sammiti yeni diplomatiyanın arxetipinə çevrildi. Burada forma yox, məzmun danışdı. Burada sadəcə niyyətlər yox, real qarşılıqlı öhdəliklər müzakirə edildi. Və ən əsası: bu ittifaq kağız üzərində yaranmadı. Bu ittifaq savaşda, qardaşlıqda, ortaq risqlərdə bərkiyib.

Ankara, Bakı və İslamabad bu gün yalnız alyans qurmur. Onlar bir paradigma formalaşdırır: təhlükəsizlik ötürülməyən, inşa edilən bir dəyərdir; iqtisadiyyat - xarici təzyiqlərin deyil, suveren qərarların məkanıdır; mədəniyyət isə imitasiyalarla deyil, siyasi subyektliklə ölçülür.

Laçın - tarix xəttinin kəsişdiyi yerdir. Burada yeni Avrasiya xəritəsi çəkilməyə başladı. Bu, hegemonluqdan azad, strateji qardaşlığa əsaslanan bir xəritədir.

Bu ittifaqın gələcəyi keçmişin formatlarına bənzəməkdə deyil. Onun gücü - başqasına tabe olmadan, məqsədə güzəşt etmədən, öz dəyərlərinə sadiq qalaraq birlik qurmaq modelindədir.

Və bu simfoniya Laçında başladı.

Amma səsi hələ qabaqdadır - İslamabadda, Ankarada, Şuşada və onların hüdudlarından çox-çox uzaqlarda...

Продолжайте следить за ситуацией на Icma.az, где мы всегда предоставляем свежие новости.
seeПросмотров:126
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 29 Мая 2025 10:05
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Война как неизбежность: Израиль и Иран на пороге столкновения МНЕНИЕ

30 Августа 2025 16:00see478

Атака украинцев на Симферополь

31 Августа 2025 10:31see415

Алиев, Эрдоган, Пашинян и их жены пообщались в Китае на полях саммита ШОС

31 Августа 2025 18:33see340

Цепной пёс Кремля снова тявкнул на Баку Minval Politika

30 Августа 2025 14:44see298

Всех упоротых Россия не перестреляет главная тема

30 Августа 2025 21:00see261

Украинцы освободили село в Харьковской области Minval Politika

31 Августа 2025 00:20see261

Во Львове убит лидер Евромайнада Андрей Парубий

30 Августа 2025 14:25see249

Скандал в Италии: порносайт Phica опубликовал эротические фото Джорджи Мелони

30 Августа 2025 22:42see226

Отчет ВБ: В Азербайджане могут запретить вредные для здоровья стройматериалы

30 Августа 2025 16:50see209

Концерт INNA завершил музыкальные события августа в Sea Breeze ФОТО

31 Августа 2025 13:46see205

От руководителя Администрации Президента Республики Узбекистан Саиды Мирзиёевой

30 Августа 2025 11:56see199

Загадочный пост Трампа что бы это значило?

31 Августа 2025 11:16see194

Убит экс спикер Рады Парубий

30 Августа 2025 13:45see188

Иран ужесточил визовый режим для россиян

30 Августа 2025 13:08see167

Украинское Фламинго уже при деле

31 Августа 2025 22:20see155

В Баку на ряде дорог ограничат движение транспорта

30 Августа 2025 18:52see148

Домашние матчи ЛЧ Карабах будет проводить на этом стадионе

31 Августа 2025 13:24see144

КСИР воюет с Моссад

30 Августа 2025 12:24see132

Украина получит еще 6 Patriot

30 Августа 2025 12:49see126

ISW: Россия готовит новые удары по энергетике Украины Minval Politika

31 Августа 2025 11:19see120
newsПоследние новости
Самые свежие и актуальные события дня