Icma.az
close
up
AZ
Menu

Спрос на табак в России резко упал ФОТО

Российский артист азербайджанского происхождения раскрыл причину отказа от участия в реалити шоу

Вице президент: BP не будет финансировать проект дата центра в Азербайджане

Выступление Кенуль Хасиевой в пабе вызвало обсуждения ВИДЕО

В бакинском детсаду дети остаются без отопления из за снятого газового счетчика

В Азербайджане могут появиться новые телеканалы: AzTV уделит особое внимание детям и спорту

Дьявол ждет у двери

67 летний Люк Бессон станет отцом в шестой раз

Что ждет сборную Азербайджана в отборе Евро 2028? АНАЛИТИКА

Ученые выяснили, какая инфекция мозга повышает риск болезни Альцгеймера

Трамп разочаровался в Вэнсе

Netflix оказался в центре религиозного скандала из за нового сериала ВИДЕО

Израиль предложил США нанести совместные удары по Ирану

Сын Беюкаги Гаджиева: Не хочу пользоваться именем своего отца

Пашинян назвал оппозицию Армении препятствием на пути к миру с Азербайджаном

Названа опасность для смартфона в автомобиле

В известной бакинской пекарне произошел пожар

Картину Ван Гога Цветущие каштаны продали на аукционе за $190,4 млн

Дипломатия признания новых реалий: визит главы МИД ФРГ сначала в Баку, а потом в Ереван ТЕМА ДНЯ от Акпера Гасанова

Диалло и Тасима поборются с Инфантино за пост главы ФИФА

Mənzil qiymətləri niyə sürətlə artır? Bazara təsir edən amillər

Mənzil qiymətləri niyə sürətlə artır? Bazara təsir edən amillər

Согласно информации сайта Day.az, сообщает Icma.az.

Bakı şəhərində qəzalı və istismara yararlı olmayan binaların söküntüsünün başlaması ilə əlaqədar əhalinin kirayə mənzillər və ya yeni tikili binalarda mənzillər axtarması əmlak bazarında qiymətlərin artmasına səbəb olur.

Day.Az bildirir ki, bu sözləri Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

Sədrin sözlərinə görə, bazara müraciətlərin sayının artması ilə yanaşı, daşınmaz əmlakın investisiya obyekti kimi çıxış etməsi də qiymət artımına təsir göstərir:

"Əvvəllər əhali və sahibkar kapital yığımı üçün vəsaitlərini banklara qoyurdu. İndi isə banklarda depozit faizi illik 12%-dirsə, daşınmaz əmlakda illik qiymət artımı 15-20% arası olur. Həm də daşınmaz əmlaka investisiya qoymaq risk baxımından da daha az risklidir. Daşınmaz əmlak təkcə ildən-ilə qiymət artması ilə kifayətlənmir, eyni zamanda, həmin daşınmaz əmlak növündən kirayə məqsədilə istifadə etmək olur ki, bu da əlavə gəlirlər gətirir. Demək olar ki, daşınmaz əmlaka investisiya edən şəxslər iki qat gəlir götürür".

V.Orucov söküntü işləri həyata keçirilən əmlakın qiymətləndirilməsi prosesində yaşanan çətinliklərdən də danışıb. O bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, vətəndaş öz əmlakından imtina edə bilər və dövlət ehtiyacı üçün bazar dəyəri ədalətli şəkildə hesablanmış kompensasiya formasında ödəniş edilərək əmlak hüququ alına bilər:

"Vətəndaşlar özləri imtina edən zaman həmin ərazidə və ya yaxın yerlərdə mənzillə təmin olunurlar, əgər yaxın ərazidə mənzillər tikilmirsə, digər ərazilərdə mənzi almaq üçün kompensasiya məbləği müəyyənləşdirilir. Vətəndaşa kompensasiya məbləği ödənildikdən sonra onun mülkiyyət hüququ alınır.

Söküntü prosesində problemlər o zaman meydana gəlir ki, vətəndaş buna razı olmasın və ya verilən kompensasiya məbləğinə razı olmasın. Bu zaman da vətəndaşın hüququ var ki, məhkəməyə müraciət etsin və yenidən qiymətləndirilmənin keçirilməsini tələb etsin. Həmçinin, sökülən binaların qəzalı vəziyyətdədir və onların bazar dəyəri aşağıdır.

Vətəndaşa bu mənzillərə uyğun kompensasiya verildikdə yeni tikili binalardan mənzil almaq üçün kifayət etmir. Buna görə də vətəndaş narazılıq bildirir. Bunun üçün daha yaxşı olar ki, vətəndaşın əmlakının yerləşdiyi binanın yerində yeni tikili inşa olunsun və həmin yeni tikilindən vətəndaşa mənzil ayırılsın. Bu hal mümkün deyilsə, vətəndaşa bir kvadratmetr üçün yeni tikili mənzillərin qiymətini hesablamaqla kompensasiya verilsin. Bu, həmin problemin həlli üçün alternativ yoldur.

Bəzən köhnə tikililərdə mənzillərin sahəsi kiçik olur, vətəndaş da onlara veriləcək mənzillərin daha böyük olmasını istəyir. Bununla əlaqədar olaraq, mövcud normativlər nəzərə alınmaqla vətəndaşın əmlakının 20% artıq əmlak sahəsi və ya həmin sahəni əldə etmək üçün kompensasiya məbləği ayırmaq mümkündür. Buna görə də, kiçik sahəsi olan mənzillərə individual yanaşma göstərmək lazımdır ki, həmin yanaşmada vətəndaşın ailə üzvlərinin sayı, o cümlədən, ona məxsus əmlakın yerləşdiyi yer və digər individual xüsusiyyətlər nəzərə alınmalıdır".

Mövuz ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov da fikirlərini Trend-ə bildirib. O, əmlak bazarında qiymət artımının digər səbəblərinə toxunub:

"Son zamanlar Bakı şəhərində istismar müddəti bitmiş binaların yenilənməsi ilə bağlı demək olar ki, layihələr icra olunmadı. Əgər 2016-2018-ci illərdə 120-dən çox binanın yenidən qurulması baş verdisə, bazar kifayət qədər canlandısa, bu proses 2020-ci ildən etibarən 10 dəfə azaldı. Bu, qiymətlərin bahalaşmasına səbəb oldu, tikinti şirkətləri satdıqları mənzillərin qiymətlərini qaldırmağa başladılar.

Həmçinin, Arxitektura Komitəsinin yeni normativlər tətbiq etməsi, inşaat şərtlərinin sərtləşməsi tikinti şirkətlərinin maya dəyərinə ciddi təsir etməyə başladı. Tikinti şirkətləri keçmişdə bir hektar ərazidə 50 min kvadratmetr inşa edirdilərsə, bu normativ 2-2,5 dəfə azaldı.

Daha sonra Rusiya-Ukrayna arasında başlayan müharibə həmin ölkələrdə olan bir çox vətəndaşların Azərbaycana geri dönüş etməsinə səbəb oldu. Onlar kütləvi şəkildə daşınmaz əmlak almağa başladılar. Bu axımın nəticəsində tikinti şirkətləri süni şəkildə qiymətləri artırmağa başladı. 2020-2021-ci illərdən etibarən ölkədə mənzil bazarında ciddi qiymət artımı müşahidə olundu.

Qiymət artımının digər səbəbi tikinti materiallarının bahalaşması ilə bağlıdır. Xüsusilə armaturun qiyməti bir ton üçün 780 manatdan 1 250 manat kimi kəskin bahalaşdı. Bununla yanaşı, bəzi inşaat materiallarının qiymətinin 5-25% aralığında bahalaşması mənzil qiymətlərinin artımına səbəb oldu".

Ekspert əmlak bazarında qiymətlərin normallaşması üçün və daha rəqabətli bazarın təşkil olunması üçün bir neçə təkliflə çıxış edib:

"Baxmayaraq ki, 2024-cü ilin əvvəllərindən Bakı şəhərinin Baş Planı təsdiqlənib, amma bu gün də tikinti şirkətlərinin aktivliyi əvvəlki səviyyəyə qayıtmayıb. Tikinti sektorunda icazələr məhdud sayda verilir ki, bu da daşınmaz əmlak bazarındakı qiymətlərə birbaşa olaraq təsir edir.

Ölkədə istismar müddəti bitmiş 16 min binanın 1 100-ü artıq qəzalı və qismən qəzalı vəziyyətdə, 194 bina isə yaşayış üçün ciddi şəkildə təhlükəlidir. elə buna görə Komisiya yaradılıb. Bu il ərzində həmin binaların sökülməsi ilə bağlı planlama işləri aparılacaq, bəzi binalarda isə artıq söküntü işlərinə başlanılıb. Bu proses əmlak bazarı ilə bağlı yaxşı xəbərdir. Bazarın normallaşmasında əhəmiyyətli rol oynaya bilər.

O cümlədən, nə zaman bazarda tikinti şirkətlərinin sayı əvvəlki dövrdəki qədər olarsa, tikinti şirkətləri aktiv bazara çıxarlarsa, kifayət qədər əmlak satışa çıxarılarsa, yalnız bu müddətdən sonra əmlak bazarında stabilləşmə ola bilər. Bunun üçün kifayət qədər vaxt lazımdır. Əks halda ölkədə daşınmaz əmlak bazarında qiymətlər baha olacaq, xüsusilə də paytaxtda. Getdikcə bütün regionlarda bu, öz əksini tapacaq".

Bunlarla yanaşı Trend əmlak və tikinti bazarı ilə bağlı rəsmi məlumatlar əsasında bəzi statistik göstəricilər toplayıb. Belə ki, rəsmi məlumatlara görə, Azərbaycanda mənzil qiymətləri 2020-ci ildən bəri 32% artıb. Təkcə 2024-cü ildə isə ilkin mənzil bazarında qiymətlər 11,3%, təkrar mənzil bazarında qiymətlər isə 9,8% bahalaşıb.

Ötən il ərzində ölkədə 20 min 149 fərdi yaşayış evi tikilib. Yaşayış evlərinin 11 min 502-si əhali tərəfindən inşa edilib, 6341 ədədi qeyri-dövlət (özəl) müəssisələri tərəfindən inşa edilib, 2306-sı dövlət müəssisələri tərəfindən inşa edilib. Bəhs olunan dövrdə mənzil tikintisi ilə əlaqədar iqtisadiyyata 2,573 milyard manat (illik müqayisədə 92,8% çox) investisiya yönəldilib. Daşınmaz əmlakla əlaqədar əsas kapitala 9,8 milyon manat investisiya yönəldilib.

Ötən ilin sonunda Azərbaycanda daşınmaz əmlak sektorunda 19,6 min nəfər çalışıb. Onlardan 5,5 min nəfəri dövlət, 14,1 nəfəri isə özəl şirkətlərdə fəaliyyət göstərib. Həmin işçilərin orta aylıq nominal əməkhaqqı 1 073 min manat olub. Dövlət sektorunda bu məbləğ 1 250 manat, özəl sektorda isə 1 007 manat təşkil edib.

Həmçinin, ötən il dövlət büdcəsinə 338,5 milyon manat əmlak vergisi ödənilib.

O cümlədən, 2024-cü il ərzində ölkədə tikinti sektorunda ümumi daxili məhsul istehsalının həcmi 8,478 milyard manat təşkil edib. Tikinti materiallarının istehsalı sahəsində isə illik müqayisədə 16,9% çox olmaqla 1,423 milyard manatlıq məhsul istehsal edilib. Tikintisi sekoru ilə əlaqədar ölkə iqtisadiyyatına 5,354 milyard manat (illik müqayisədə 11,8% çox) investisiya yönəldilib.

Keçən il ölkədə tikinti sektorunda muzdla çalışan işçilərin sayı 119,1 min nəfər olub. Onların 24,5 min nəfəri dövlət sektorunda, 94,6 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib. Onların orta aylıq nominal əməkhaqqı 1 083 manat təşkil edib. Bu rəqəm özəl sektorda 1 091 manat, dövlət sektorunda 1 054 manat təşkil edib.

Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
seeПросмотров:199
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 11 Июля 2025 14:52
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Спрос на табак в России резко упал ФОТО

19 Ноября 2026 02:37see319

Российский артист азербайджанского происхождения раскрыл причину отказа от участия в реалити шоу

18 Ноября 2026 18:22see303

Вице президент: BP не будет финансировать проект дата центра в Азербайджане

19 Ноября 2026 15:38see274

Выступление Кенуль Хасиевой в пабе вызвало обсуждения ВИДЕО

18 Ноября 2026 15:04see259

В бакинском детсаду дети остаются без отопления из за снятого газового счетчика

18 Ноября 2026 20:41see259

В Азербайджане могут появиться новые телеканалы: AzTV уделит особое внимание детям и спорту

19 Ноября 2026 01:17see258

Дьявол ждет у двери

18 Ноября 2026 15:55see254

67 летний Люк Бессон станет отцом в шестой раз

18 Ноября 2026 15:17see250

Что ждет сборную Азербайджана в отборе Евро 2028? АНАЛИТИКА

18 Ноября 2026 19:45see246

Ученые выяснили, какая инфекция мозга повышает риск болезни Альцгеймера

19 Ноября 2026 03:46see225

Трамп разочаровался в Вэнсе

19 Ноября 2026 00:05see212

Netflix оказался в центре религиозного скандала из за нового сериала ВИДЕО

18 Ноября 2026 18:42see206

Израиль предложил США нанести совместные удары по Ирану

19 Ноября 2026 01:24see204

Сын Беюкаги Гаджиева: Не хочу пользоваться именем своего отца

18 Ноября 2026 18:39see178

Пашинян назвал оппозицию Армении препятствием на пути к миру с Азербайджаном

18 Ноября 2026 22:17see174

Названа опасность для смартфона в автомобиле

19 Ноября 2026 02:31see174

В известной бакинской пекарне произошел пожар

19 Ноября 2026 00:04see165

Картину Ван Гога Цветущие каштаны продали на аукционе за $190,4 млн

19 Ноября 2026 08:01see164

Дипломатия признания новых реалий: визит главы МИД ФРГ сначала в Баку, а потом в Ереван ТЕМА ДНЯ от Акпера Гасанова

18 Ноября 2026 23:00see164

Диалло и Тасима поборются с Инфантино за пост главы ФИФА

19 Ноября 2026 18:30see164
newsПоследние новости
Самые свежие и актуальные события дня