Mətbuat Şurasının İdarə Heyətinin tərkibi kəskin dəyişəcək AÇIQLAMA
Icma.az, со ссылкой на сайт Day.az, информирует.
Oktyabrın 16-da keçiriləcək Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin tərkibi kəskin dəyişəcək.
Day.Az xəbər verir ki, şuranın hazırkı İdarə Heyətinin 13 üzvü, o cümlədən hazırkı sədr Rəşad Məcid namizədliklərinin seçki bülleteninə daxil edilməməsini xahiş edib.
Mətbuat Şurasının məlumatına görə, qurultay saat 09:00-da Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək. Tədbirdə ümumilikdə 225 nümayəndənin iştirakı təsdiqlənib.
Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketləri əsasında Şuranın İdarə Heyətinin üzvlüyünə namizədlər müəyyənləşdirilib.
Məlumat üçün bildirək ki, Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini Elçin Alıoğlu da namizadlər arasında yer alıb.
Hazırkı İdarə Heyətinin üzvlərindən Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Ceyhun Musaoğlu, Alqış Musayev, Akif Aşırlı və Yadigar Məmmədli adlarının seçki bülleteninə daxil edilməməsini xahiş ediblər.
Beləliklə, Mətbuat Şurasının İdarə Heyətinin 23 üzvlük tərkibində 13 yer üzrə dəyişiklik gözlənilir.
Другие новости на эту тему:
Просмотров:89
Эта новость заархивирована с источника 15 Октября 2026 17:27 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















