Metro əməkdaşları və könüllülər hər yerdə kömək edirlər sərnişin
Icma.az информирует, ссылаясь на сайт Day.az.
Xəbər verdiyimiz kimi, metronun "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti bu gündən müvəqqəti dayandırılıb.
Qərar Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi üzrə əsas tikinti işlərinə başlanılması ilə əlaqədardır. Tikinti mərhələsinin təxminən 10-11 ay davam edəcəyi gözlənilir.
Bu gün ilk dəfə tətbiq olunan dəyişikliklərlə bağlı metronun "Nizami" stansiyasında olub, vəziyyəti izlədik.
Bakı sakini, sərnişin Əli Əsədullayev mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirdi ki, dəyişikliklə bağlı heç bir çətinlik yaşamayıb:
"Mən də bu gün ilk dəfə bu sistemi sınadım və heç bir çətinliyim olmadı. Sağ olsunlar, əməkdaşlar hər yerdə bizə kömək göstərirlər. Həmçinin hər yerdə könüllülər fəaliyyət göstərir, vətəndaşları istiqamətləndirirlər. Hazırda hər hansı bir çətinliyimiz yoxdur".
O qeyd edib ki, bu dəyişiklik 11 aydan sonra metroda intervalların azaldılmasına xidmət edirsə, gözləməyə və müvəqqəti çətinliyə dəyər:
"Hazırda bu dəyişiklik vətəndaşlar üçün müəyyən çətinlik yarada bilər. Amma sonda əgər nəzərdə tutulan əsas məsələ intervalların azaldılmasıdırsa və biz bunu görəcəyiksə, təbii ki, burada problem yoxdur".
Sərnişin həmçinin, qeyd edib ki, sentyabrda dərslər açılanda vəziyyət bir qədər dəyişə bilər:
"Sadəcə, narahatlığımız məktəblər açılan vaxtda vəziyyətin belə olub-olmayacağı ilə bağlıdır: Sıxlıq yaranacaq, yoxsa hər şey rahat olacaq? Əsas narahatlığımız budur. Amma hazırda vəziyyət müsbətdir, bunu deyə bilərəm".
Другие новости на эту тему:
Просмотров:115
Эта новость заархивирована с источника 15 Августа 2026 11:42 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















