Məzuniyyətə görə pul almaq olar? AÇIQLAMA
Icma.az, со ссылкой на сайт Day.az, информирует.
İşçi ilə işəgötürən arasında əmək müqaviləsinin əsas şərtlərindən biri işçinin məzuniyyət hüququdur. Belə ki, rəsmi əmək müqaviləsi ilə işləyən hər kəsə 21 gündən az olmayaraq ödənişli məzuniyyət verilir. Bəzən isə işçilər məzuniyyət götürmək istəmir, əvəzində kompensasiya istəyirlər.
Bəs bu necə tənzimlənir?
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, işçilərin məzuniyyətə çıxmaması Konstitusiyada əks olunmuş istirahət hüququnun pozulması deməkdir. Eyni zamanda əməyin mühafizəsi qaydalarına ziddir.
Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi xidmətinin əməkdaşı Namiq Ağayev bildirib ki, hazırda işçinin məzuniyyətə çıxmayıb kompensasiya istəməsi mümkündür:
"Müvafiq iş yerində istənilən səbəbdən işçi tərəfindən əmək məzuniyyətindən istifadə edilmədikdə həmin iş yerinə görə işə götürən tərəfindən müvafiq qaydada kompensasiya ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, işçinin məzuniyyət hüququnun pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsi və kompensasiyanın ödənilməməsi görə inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Bu halda vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər cərimə edilə bilərlər".
Другие новости на эту тему:
Просмотров:98
Эта новость заархивирована с источника 12 Января 2026 15:27 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















