Mövsümi amillər avtomobil bazarına təsir edirmi? Ekspert AÇIQLADI
Icma.az, со ссылкой на сайт Day.az, информирует.
Yay və qış mövsümləri avtomobil bazarında tələb və qiymətlərə müəyyən təsir göstərə bilər. Bəs mövsümi dəyişikliklər avtomobillərin qiymətlərində nə dərəcədə özünü göstərir? İlin müxtəlif vaxtlarında avtomobil almaq daha sərfəlidirmi?
Day.Az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib ki, hələlik avtomobil bazarında vəziyyət əvvəlki kimi durğun olaraq qalır.
O, qeyd edib ki, bunun bir neçə əsas səbəbi var.
"İlk növbədə, insanlar nəqliyyat vasitələrini xaricdən gətirməyə hələ də maraq göstərirlər. Belə ki, müəyyən iş adamları, sahibkarlar və digər şəxslər avtomobillərin xaricdən idxalına üstünlük verirlər.
Bu tendensiya, öz növbəsində, idxal fəaliyyətinin təşviqi və ölkədə avtomobilləşmə səviyyəsi ilə əlaqədardır. Bununla yanaşı, elə vətəndaşlar da var ki, onlar müəyyən müddət ərzində pul toplayaraq avtomobil almağı planlaşdırırlar. Bu şəxslər üçün avtomobil əldə etmək qərarı mövsümdən asılı deyil", - o deyib.
Ekspert vurğulayıb ki, vətəndaşlar yaz, yay, payız və ya qış olmasından asılı olmayaraq, maddi imkanları yarandıqda avtomobil almağa çalışırlar.
"Onlar üçün əsas məsələ avtomobili əldə etmək, ondan istifadə etmək və ya xaricdən gətizdirməkdir. Bu baxımdan, mövsümi amillər hər zaman həlledici rol oynamır.
Digər tərəfdən, avtomobil seçimi zamanı onun rentabelliyi, istismar müddəti və texniki xüsusiyyətləri də xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar avtomobil bazarındakı tələbə və nəqliyyat vasitələrinin idxalına təsir göstərən amillərdəndir. Beləliklə, nəqliyyat bazarındakı mövcud vəziyyəti şərtləndirən bir sıra amillər var", - o yekunlaşdırıb.
Nəsimi Ələsgərli
Другие новости на эту тему:
Просмотров:93
Эта новость заархивирована с источника 28 Октября 2026 16:26 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















