Oğlum söz vermişdi ki, tarix yazacaq Şəhid anası
Icma.az, со ссылкой на сайт Day.az, информирует.
Oğlum mənə söz vermişdi ki, işğal altındakı torpaqlarımız azad olunanda tarix yazıb tarixə düşəcək. Elə də oldu.
Bunu Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin anası Aidə İbrahimova Trend-ə açıqlamasında deyib.
O bildirib ki, Adil uşaqlıqdan Vətənə bağlı olub: "Ona deyirdim ki, işini dəyiş, bu iş çox çətindir. Cavab verirdi ki, "Ana, biz Vətən üçün doğulmuşuq, Vətən üçün də canımızı qurban verməliyik". Həmişə deyirdi: "Birinci Vətən, sonra sən".
Şəhid anasının sözlərinə görə, Adil atasına da işğal altındakı torpaqların azad olunacağına inandığını söyləyirdi: "Atası Birinci Qarabağ müharibəsi qazisidir. Adil ona deyirdi ki, "Siz o vaxt bacarmadınız, amma biz bacaracağıq, torpaqlarımızı qaytaracağıq".
Aidə İbrahimova oğlu ilə son görüşünü də xatırlayıb: "Onu yola salanda qucaqlaşdıq. Mənə "Ana, narahat olma" dedi. Adil noyabrın 7-də Şuşanın Daşaltı kəndində şəhid oldu. Nəşi noyabrın 19-da bizə təhvil verildi. Altı il keçsə də, yoxluğunu hələ də qəbul edə bilmirəm".
O əlavə edib ki, oğlu övladlarının yaxşı təhsil almasını, gələcəkdə xaricdə oxumasını arzulayırdı.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis edilib. Bu gün ölkənin şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılır.
Другие новости на эту тему:
Просмотров:100
Эта новость заархивирована с источника 27 Сентября 2026 11:20 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















